XAMİDƏ
XAMİSƏ
OBASTAN VİKİ
Xamis Muradov
Xamis Bəkir oğlu Muradov (15 sentyabr 1943, Qax rayonu) — Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2012), "Azərbaycanfilm" kinostudiyasının direktoru (2002–2011). == Həyatı == Xamis Muradov 15 sentyabr 1943-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. Yeddiilik məktəbi bitirdikdən sonra 14 saylı sənət məktəbində, 14 yaşında Bakıya gələrək 72 nömrəli məktəbdə təhsil almışdır. 1962–1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxumuşdur. 1969–1971-ci illərdə Moskvada fəaliyyət göstərən ali rejissorluq və ssenarist kurslarında təhsilini davam etdirmişdir. == Fəaliyyəti == 1966-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlamışdır. 50-dən çox sənədli filmin rejissoru, eyni zamanda 20-yə yaxın filmin ssenari müəllifidir. 1988–2001-ci illərdə "Salnamə" studiyasına rəhbərlik etmişdir. 2002-ci ilin əvvəlindən 2011-ci ilin axırlarınadək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində işləmişdir. == Ad və mükafatlar == Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("Əks-səda" və "Balaban" qısametrajlı filmləri üçün) "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 18 dekabr 2000 "Qızıl Çıraq" Milli Kino Mükafatı — 2003 ("9 dəqiqə" sənədli filminə görə "Ən yaxşı sənədli film nominasiyası" üzrə) "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2005 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2012-ci ildən == Filmoqrafiya == Rejissor assistenti kimi Torpaq.
Xamis Məmmədov
Xamis Məmmədov — qaydasız döyüş üzrə dünya çempionu, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi. == Həyat və fəalliyəti == Xamis Məmmədov 1984-cü il iyunun 24-də Sabirabad rayonunda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışıb. Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış Xamis Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub. === Maraqlı faktlar === Xamis Məmmədovun 2007-ci ildə Həbib Nurməhəmmədova qalib gəlməsi barədə isə yanlışlıqlar var. Belə ki, 2007-ci ildə Həbib Nurməhəmmədova qalib gələn Xamis yox, Məhəmməd İbrahimov olub. Çeçenistanı təmsil edən M.İbrahimov H.Nurməhəmmədovu məğlub edərək, Rusiya çempionu olub. 1985-ci il təvəllüdlü M.İbrahimov Rusiya və Özbəkistan bayrağı altında vuruşur, dağıstanlıdır.Xamisin məğlub etdiyi döyüşçü isə Məhəmməd Nurməhəmmədovdur.
Xamis əl-Qəddafi
Xəmis əl-Qəddafi (ərəb. خميس القذافي‎; 27 may 1983, Tərabülüs əl-Qərb – 29 avqust 2011, Tarhuna) — Müəmmər əl-Qəddafinin övladlarından biri. Hərbi təhsilini Rusiyada alıb, polis zabitidir. Özəl hərbi dəstənin komandanıdır. 2011-ci ilin fevralında Liviyanın Benqazi şəhərində Qəzzafi hakimiyyətinə etiraz edən aksiyaçılara qarşı silahlı əməliyyatlara komandanlıq edib.
Herbert Xamison
Herbert Xamison (d. 17 sentyabr 1875; Peoriya, Birləşmiş Ştatlar - ö. 22 iyun 1938; Peoriya, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Herbert Xamison 1875-ci ilin 17 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Peoriya şəhərində anadan olub. 1938-ci ilin 22 iyun tarixində isə elə həmin şəhərdə ömrünün 62-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Herbert Xamison 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 400 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Xamison təsnifat mərhələsində 56.8 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 55.2 saniyə nəticəyə imza atan Herbert Xamison I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.

Значение слова в других словарях

а́рфа ги́бщик захло́пывать инди́кт расшу́чиваться соразме́рно с убеждённость электромонтёр антими́р видеокульту́ра отда́ивать сторони́ться студи́йный умилённость квокать baseless flesh-peddler Horatian irreverend pacation наглаживаться наживлять подспорье светопреставление серозный