XAMİSƏ
XAMİZƏ
OBASTAN VİKİ
Xamiz Muradov
Xamis Bəkir oğlu Muradov (15 sentyabr 1943, Qax rayonu) — Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2012), "Azərbaycanfilm" kinostudiyasının direktoru (2002–2011). == Həyatı == Xamis Muradov 15 sentyabr 1943-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. Yeddiilik məktəbi bitirdikdən sonra 14 saylı sənət məktəbində, 14 yaşında Bakıya gələrək 72 nömrəli məktəbdə təhsil almışdır. 1962–1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxumuşdur. 1969–1971-ci illərdə Moskvada fəaliyyət göstərən ali rejissorluq və ssenarist kurslarında təhsilini davam etdirmişdir. == Fəaliyyəti == 1966-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlamışdır. 50-dən çox sənədli filmin rejissoru, eyni zamanda 20-yə yaxın filmin ssenari müəllifidir. 1988–2001-ci illərdə "Salnamə" studiyasına rəhbərlik etmişdir. 2002-ci ilin əvvəlindən 2011-ci ilin axırlarınadək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində işləmişdir. == Ad və mükafatlar == Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("Əks-səda" və "Balaban" qısametrajlı filmləri üçün) "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 18 dekabr 2000 "Qızıl Çıraq" Milli Kino Mükafatı — 2003 ("9 dəqiqə" sənədli filminə görə "Ən yaxşı sənədli film nominasiyası" üzrə) "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2005 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2012-ci ildən == Filmoqrafiya == Rejissor assistenti kimi Torpaq.
во́льтов либретти́ст на́нду подборо́дник порайо́нно превозвыша́ться рыбёшка уве́рить уче́бник вынужда́ться девятидеся́тый за́яц косми́зм нац... раздро́бленность запас понцы casuistic cataract cokefiend episyllogism inflammability staggering выдающийся прогуливаться