İBAD
İBARƏT
OBASTAN VİKİ
İbadulla
İbadulla — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İbadulla kəndi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Arpacayın sahilində, düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə İbadulla adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. İbadulla sözü ərəb mənşəli söz olub tərcümədə mənası "Allahın qulları" deməkdir. 29 mart 2005-ci ildə Qışlaqabbas kəndi İbadulla kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qışlaqabbas kənd inzibati ərazi vahidi yaradılmışdır. == Əhali == Əhalisi 1437 nəfərdir.(2009 - cu il) Əsasən üzümçülük, tütünçülüklə məşğul olurlar. Arxeoloji abidələrdən aid olur ki, burada Tunc dövrünə aid yaşayış yeri var. == İstinadlar == == Xarici keçidlər == İbadulla kəndi GEOnet Names Serverdə.
İbadulla Ağayev
Ağayev İbadulla Əliağa oğlu (17 yanvar 1950, Muğan Gəncəli, Sabirabad rayonu) — Azərbaycan alimi, tibb elmləri doktoru, professor, Baş epidemioloq (1992-2020), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2007), Əməkdar müəllim (2000). Rusiya Təbiət Elmləri Akademiyasının üzvü (1999). == Həyatı == İbadulla Ağayev 1950-ci il yanvar ayının 17-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuşdur.Orta təhsilini 1966-cı ildə bitirdikdən sonra N.Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olaraq 1973-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdu. == Fəaliyyəti == 1973-1974-cü illərdə E.Əfəndiyev adına Bakı şəhər 2 saylı klinik xəstəxanada həkim-intern işləmişdir.1974-1976-cı illərdə isə Bakı şəhər 2 saylı təcili tibbi yardım stansiyasında səyyar həkim vəzifəsini daşımışdır.1976-1982-ci illərdə həmin kafedrada assisent vəzifəsində çalışmışdır. 180 elmi əsərin müəllifidir. 1982-1992-ci illərdə ATU-nun epidemiologiya kafedrasının assisenti vəzifəsindən yüksələrək kafedranın dosenti vəzifəsində çalışmışdır. 1992-ci ildə ATU-nun epidemiologiya kafedrasının müdiri vəzifəsinə layiq görülmüşdir. Həmin ildə Ali Attestasiya Komissiyası tərəfindən ona professor elmi adı verilmişdir. Epidemiologiya sahəsində əvəzsiz xidmətlərinə görə İbadulla Ağayev 1992-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş epidemioloqudur. O, 1992-ci ildə Azərbaycan epidemioloqları və parazitoloqları elmi cəmiyyətinin sədri, 1994-cü ildən Atu-nun epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə problem komissiyasının sədri, 1995-ci ildən ATU-nun tibbi-profilaktika və tibbi biologiya fakultəsinin sahə metodik komissiyanın sədri seçilmişdir.
İbadulla Dəmirov
İbadulla Dəmirov (tam adı: İbadulla Ağabala oğlu Dəmirov ; d. 21.08.1959, İmişli Otuziki kəndi, - ö. 25.06.1992, Qazançı, Zəngilan rayonu) — "Hərbi xidmətlərə görə" medalı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbadulla Dəmirov 1959-cu il 21 avqustda İmişli rayonu Otuziki kəndində dünyaya gəlmişdir. 1965-ci ildə Biləsuvar rayonu Səmədabad kənd orta məktəbinə daxil olmuş,daha sonra isə ailəsi ilə birlikdə Biləsuvar rayonuna köçmüşdür və Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. 1975-ci ildə Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. İbadulla Dəmirov 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. 1983-cü ildə Leninqrad şəhərində Ali hərbi məktəbə daxil olmuş,məktəbi qurtardıqdan sonra İbadulla təyinatla Alma-Ata şəhərində yerləşən hərbi hissəyə göndərilmişdir. 1990-cı ilin yanvar ayından Azərbaycan Respublikası Daxili Qoşunlar Komandanlığının sərəncamı ilə N saylı hərbi hissəsinin birinci batalyonunda komandir müavini vəzifəsində çalışmışdir. === Ailəsi === Dəmirova Kamilə Umudəli qızı - həyat yoldaşı Dəmirov Natiq İbadulla oğlu - övladı == Döyüşlərdə iştirakı == İbadulla Dəmirov 1992-ci ilin aprel ayından Ağdam rayonunun Papravənd kəndində gedən döyüşlərdə iştirak etmişdir.
İbadulla Əliyev
Əlizadə İbadulla Ağaməli oğlu (Əliyev İbad Əli oğlu)-(1879-1938) - Görkəmli Azərbaycan mühəndisi, beynəlxalq iqtisadçı, müəllim. == Həyatı == İbadulla Ağaməli oğlu 1879-cu ildə Bakıda anadan olmuşdur. Riqa Politexnik İnstitutunda H.Z.Tağıyevin təqaüdü ilə ali təhsil almışdı (1902-1909). Bakıda Tağıyevin neft mədənlərində mühəndis işləyib (1909-1917). Azərbaycan Cümhuriyyəti dövründə (1918-20) Bakı Şəhər İdarəsinin işçisi və Şollar- Bakı su kəmərinin müdiri olub. Sovet hakimiyyətinin başlanğıcında (1920-21) Azərbaycan SSR Xarici İşlər Xalq Komissarlığında ticarət müşaviri olub. 1921-ci ildə N.Nərimanovun təklifi ilə Azərneft xəttiylə Azərbaycanın Berlindəki Ticarət Nümayəndəliyinə göndərilib. 9 sentyabr 1921-dən 30 sentyabr 1927-yədək burada texniki şöbənin mühəndisi olub (1922-də SSRİ yarandıqdan sonra SSRİ-nin Almaniyadakı Ticarət Nümayəndəliyində bu dövlətin təmsilçisinə çevrilib). Orada 1 noyabr 1927-ci il 1 sentyabr 1928-ci il arasında neft avadanlıqları şöbəsinin məsul əməkdaşı ("müxbir"i) işləyib. Bu illərdə menşeviklərin 1920-də partlatdığı Şollar su kəmərini bərpa etməkçün Almaniyadan dizel maşınları alınmasını, Bakının neft mədənləri üçün avadanlıqlar göndərilməsini və dövlət əhəmiyyətli bir çox məsələləri uğurla təşkil edib.
Səyyarə İbadullayeva
Səyyarə Cəmşid qızı İbadullayeva (22 fevral 1957, Naxçıvan) — biologiya elmləri doktoru, professor, AMEA Botanika İnstitutunun direktoru. == Həyatı == Səyyarə İbadullayeva 22 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan оlub. 1980-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiət-Coğrafiya fakültəsini bitirib. Universiteti bitirdiyi il Azərbaycan Еlmlər Akademiyası Naхçıvan Regional Еlm Mərkəzində, daha sonralar isə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Həsən Əliyev adına "Araz" Elm-İstehsalat Birliyində kiçik elmi işçi kimi işləyib. 1993-cü ildə Bakı şəhərinə işə dəvət edilib və fəaliyyətini AMEA Eroziya və Suvarma İnstitutunda (Aqroekologiya Elm Mərkəzində) davam etdirib. === Təhsili === 1990–1994-ci illərdə AMEA Botanika İnstitutunun dissertantı olub və Botanika ixtisası üzrə "Naxçıvan MR florasında Baldırğan (Heracleum L.) növlərinin bioekoloji xüsusiyyətləri və efiryağlılığı" mövzusunda namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ildə AMЕA Bоtanika İnstitutunda əvvəlcə elmi fəaliyyət göstərib, daha sonra isə Botanika institutunun Еtnоbоtanika şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bakı Dövlət Universitetində "Azərbaycan florasının Kərəvüzkimiləri — Apiaceae Lindl" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir (2005). 2012-ci ildə artıq yüksək elmi fəaliyyəti layiqincə qiymətləndirilmiş və professor elmi adına layiq görülmüşdür. Oktyabrın 18-də AMEA Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Botanika İnstitutun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.
Əli İbadullayev
Əli Əziz oğlu İbadullayev (11 aprel 1951, Bakı) — Azərbaycan heykəltaraşı və rəngkarı, Azərbaycan Respublikasının xalq rəssamı (2015). == Həyatı == Əli İbadullayev 11 aprel 1951-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1966–1970-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və 1970–1975-ci illərdə isə Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbində təhsil almışdır. 1978-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Əli İbadullayevin yaradıcılığında heykəltaraşlıq nümunələri geniş yer tutur. O, 2006-cı ildən başlayaraq əksər heykəltaraşlıq əsərlərini həmkarı Səlhab Məmmədovla birgə işləmişdir. Bu istiqamətdə onun "Muğam" (2009, Bakı), "Neftçi Fərman Salmanovun abidəsi" (2009, Yuqra, Rusiya), "Xocalı" (2011, Berlin, Almaniya), "Dərvişlər" (2011, Bakı), "Nizami Gəncəvinin abidəsi" (2012, Roma), "Abşeron işıqları" (2012, Bakı), "Azərbaycan–Polşa dostluğu abidəsi" (2013, Qnezno, Polşa), "Su mühəndisi Stefan Skşıvanın xatirə lövhəsi" (2013, Lodz, Polşa), "Rasim Ocaqovun xatirə lövhəsi" (2013, Bakı), "Neft mühəndisi Pavel Pototskinin abidəsi" (2015, Krakov, Polşa), "Nar abidəsi" (2015, Göyçay) kimi kompozisiyaları vardır. Heykəltaraşın Bakı Müasir İncəsənət Muzeyinin qarşısıda yerləşdirilmiş "Külək" və "Kometa" əsərləri müstəqil olaraq hazırladığı plastika nümunələridir.Mücərrəd tablolar rəssamın fəaliyyətinin əhəmiyyətli hissəsini əhatə edir. Onun, əsasən, iri ölçülərdə işlədiyi "Muğam", "Xəzər", "Vulkan", "Abşeron motivi" triptixləri, eləcə də "Hərəkət", "Çəhrayı güllər", "Uçuş", "Nar", "Üzümlük" və başqa əsərləri bu qəbildən hesab olunur.2011-ci ildə Əli İbadullayevin Berlində fərdi sərgisi keçirilişdir. Onun əsərləri Azərbaycan, Rusiya, Almaniya, Kanadadakı dövlət muzeylərində, İspaniya, İtaliya, Fransa, Belçika, Danimarka, İsveç, Niderland, Böyük Britaniya, Türkiyə, İsveçrə, Yaponiya, Əlcəzair, ABŞ, Venesuela və başqa ölkələrdəki müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.

Значение слова в других словарях

Амфитрио́н молоти́ло орке́стрик па́нский пепси́н перегово́рный понора́вливать противоми́нный уви́деть дамбострои́тель дегенерати́вность нашаты́рный раси́зм растряхну́ть совеща́тельный actinium autolysis Bowden cable cabette Grundyism housefront мазнуть настояться резервация хрустальный