İBİ
İBNİAMİN
OBASTAN VİKİ
Təzə İbiş
Təzə İbiş, İbiş — İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarix == Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Təzə İbiş kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur. Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir.
İbiş Məmmədov
İbiş Behbud oğlu Məmmədov (13 iyun 1961, Qafan – 20 yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi. == Həyatı == İbiş Behbud oğlu Məmmədov 13 iyun 1961-ci ildə Ermənistan SSR Qafan rayonunda anadan olub. 1988-ci ildə Qafan şəhərində mitinq keçirən erməni ekstremistləri: — deyəndə, İbiş cavab verib ki, mən Azərbaycanın oğluyam, Qarabağ da Azərbaycan torpağıdır. Onu Şəhidlər xiyabanına aparan yol da o cavabdan başlamışdı. İbiş öz dədə-baba yurdundan qovulmuşdu. Doğma Bakıda fəhlə işləyirdi. Tale İbişə həmişə sərin üz göstərib. İki yaşından yetim qalıb. Ata qayğısı görməyib. 1981-ci ildə, 20 yaşında evlənib.
Məşədi İbişli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nicat İbişov
Nicat Vasif oğlu İbişov (27 avqust 2000; Mingəçevir, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat İbişov 2006–2017-ci illərdə energetiklər qəsəbəsindəki 19 nömrəli orta məktəbdə təhsil alıb. == Hərbi xidmətləri == Nicat İbişov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində sülhməramlı qoşununun mühafizə xidmətində qulluq edib. 2020-ci ilin aprel ayında xidmətdən tərxis olunub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat İbişov Talış Madagizin azad edilməsində savaşıb. 9 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb. 2020-ci ili oktyabr ayının 25-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat İbişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nicat İbişov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat İbişov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ruzə İbişova
Ruzə İbişova (d. 10 mart 1967, Ağdaş rayonu, Ləki) — Azərbaycanlı xanəndə; Azərbaycan Respublikasının Əməkdar Artisti (2013). == Həyatı == İbişova Ruzə Məhərrəm qızı 10 mart 1967-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. == Təhsili == 1984-cü ildə Ağdaş rayonunda keçirilən yeniyetmələrin Respublika baxış müsabiqəsində qatılaraq dahi müsiqiçi Niyazinin sədri olduğu munsiflər heyəti qarşısında ifası ona Respublika sarayında baş tutacaq yekun baxış konsertə vəsiqə qazandırmışdır. Yekun konsertdə çıxışı Niyazi və diğər tanlnmış musiqiçilər tərəfindən yüksək dəyəndirilmiş və o, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin muğam şöbəsində təhsil almağa dəvət edilmişdir. 1986–1990-cı illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində əməkdar müəllim Nəriman Əliyevin sinfində, 1990–1995-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq artisti İslam Rzayevin sinfində oxumuşdur. == Fəaliyyəti == 1985–2010-cu illərdə "Humayun" xalq çalğı alətləri, "İrs" folklor ansambllarının və əməkdar kollektiv Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti olmuşdur. Hazırda Azərbaycan Televiziyasının Baba Salahov adına "Araz"xalq çalğı alətləri ansamblı ilə çalışır. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasında müəllim işləyir. ADMİU-nin doktorantıdır.
Seyfəddin İbişov
Seyfəddin İbişov Zabi oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 26 avqust 1974-cü ildə Yardımlı rayonunun Anzov kəndində doğulmuşdur.1981-ci ildə Anzov kənd orta məktəbinin 1-ci sinfinə daxil olur.1991-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirir.Seyfəddin 1991-ci ildə orta məktəbi bitirib Yardımlı Texniki Peşə məktəbinin Hamarkənd filialında traktorçu maşinist peşəsini öyrənmişdir. == Hərbi xidməti == 11 dekabr 1992-ci ildə Seyfəddin hərbi xidmətə çağırılır.Fevralın 4-nə kimi Lənkəranda hərbi təlim keçib fevralın 5-də Ağdərəyə yola salınır.1993-cü il martın 25-də Ağdamın Qalayçılar kəndinə aparırlar.Həmin gün kənd uğrunda atışma olur.Seyfəddin həmin gün şəhid olur.
Vedad İbişeviç
Vedad İbişeviç (bosn. Vedad Ibišević; doğ. 6 avqust 1984-cü il, Vlasnetsa, YSFR) — Bosniyalı futbolçu. Almaniyanın Herta klubunun hücumçusu. == Bioqrafiyası == İbişeviç Yuqoslaviyada, bosniyalı ailəsində, əhalisinin əksəriyyətinin serblər olduğu bir şəhərdə anadan olub. Müharibə başladıqdan sonra təqiblər baş verdi. Valideynləri ata yurdlarını tərk edərək daha sakit şəhərə,Tuzlaya köçməyə məcbur oldular. Bu vaxtı Vedadın cəmi yeddi yaşı vardı. Tuzlada futbol karyerası başladı və tezliklə müvafiq yaşda olan milli yığmaya dəvət edildi. 2000-ci ildə ailəsi daha sərfəli təklif axtarışı məqsədi Bosniyanı tərk etdi və Vedad İsveçrənin Baden gənclər komandasında oynamağa başladı.
Vüsal İbişov
Vüsal Əli oğlu İbişov (19 iyun 1999; Ağsu rayonu, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal İbişov 1999-cu il iyunun 19-da Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2006-cı ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib. == Hərbi xidməti == Vüsal İbişov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin aprelində hərbi xidməti başa vurduqdan sonra Gəgəli kəndinə qayıdıb, 2020-ci il sentyabrın 21-də yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. İkinci Qarabağ müharibəsi başlayanda Suqovuşan və Ağdərə istiqamətlərindəki döyüşlərdə kəşfiyyatçı kimi xidmət edən Vüsal İbişov oktyabrın 18-də yaralı əsgər yoldaşını xilas etməyə çalışarkən düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İbişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal İbişov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях

галу́шка диабе́т маля́рить переда́ривать перезре́лка жирови́к заштормова́ть литогра́фский околёсная установле́ние шампанизи́роваться кохра blast-meter bungle cloudland diluvium hall hypethral restring segno монологический пароотводный проницаемый страдать философствование