İDRİS

öyrənmək (Əfsanəvi peyğəmbərlərdən, qədim y. "Hadras" adının ərəbləşmiş forması).
İDRAK
İFAQ
OBASTAN VİKİ
İdris
İdris (ərəb. إدريس‎) — Quranda bəhs edilən peyğəmbərlərdən biri və Şetin oğlunun oğlu. Deyilənə görə, onun dövründə ilk dəfə insanlar heyvan dəriləri geyməkdən qurtuldular. Parçanı tapıb yazı yazmağı yaxşılaşdırdığı deyilir. İslam mifologiyasına görə 4-cü mərtəbə göydə yaşamağa davam edir. Ayrıca Antik Yunan mifologiyası ndəki Hermes 'və Qədim Misir mifologiyasındakı Thotun Qurandakı İdris ilə eyni adam olduğu və MÖ 14.000 ətrafında yaşadığı iddia edilir.Orhan Hançerlioğlu İdrisi belə izah etdi: Beş min il əvvəl Misirdə bir dərzi yaşayırdı. Misir papiruslarında dərzinin Hermes Tut adı var. Qurana görə, Adəm və oğlu Şetdən sonra gələn üçüncü peyğəmbər İdrisdir. Qələmlə yazan və paltar tikən ilk adamdır. İdrisin Tanaxdakı Xanok və ya "Enoch" ( İvrit dili: חנוך) ilə eyni şəxsdir Xanok Adəmin oğlu Kainin oğludur və 365 il yaşayır.
Aşıq İdris
Aşıq İdris (İdris Şirin oğlu Məhərrəmov; 1894, Zərzibil, Yeni Bəyazid qəzası – 1945) — Göyçəli ustad aşıq. == Həyatı == Aşıq İdris 1894-cü ildə Göyçə mahalının Zərkənd kəndində Aşıq Şirinin ailəsində doğulmuşdur.O, on iki yaşından atası Aşıq Şirindən dərs almış, aşıq sənətinin sirlərinə vaqif olmuşdur.Aşıq İdris otuz beş dastanı sinədən bilmiş, ağır yığnaqlar keçirmişdir. O, müharibəyə gedib geri qayıtmamışdır (1941/45).
I İdris
I İdris (tam adı Seyid Məhəmməd İdris əl-Mehdi əs-Sənussi; 12 mart 1889 və ya 12 mart 1890 – 25 may 1983, Qahirə) — Liviyanın 1951-ci ildə müstəqilliyini qazanmasından sonra ilk Kral olaraq vəzifəyə başladı.
İdris Axundzadə
İdris Ağalarov
İdris Fərhad oğlu Ağalarov (20 oktyabr 1917, Tiflis, Tiflis quberniyası – 4 may 1975, Bakı) — Azərbaycan opera müğənnisi (lirik bariton), Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Bariton səsə malik İdris Fərhad bəy oğlu 20 oktyabr 1917-ci ildə Tiflisdə anadan olmuşdur. 1939-cu ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. 1943-cü ildə konservatoriyanı (S. K. Qolskayanın sinfi) bitirmişdir. Şahvələd (Qlier, "Şahsənəm"). Yavər (C. Cahangirov, "Azad") və başqa operalarda oxumuşdur. İdris Ağalarov 4 may 1975-ci ildə Bakıda vəfat edib.
İdris Bazorkin
İdris Bazorkin (d. 15 iyun, 1910 Nazran, Rusiya İmperiyası — ö. 31 may, 1993 Nazran, İnquşetiya) — İnquş sovet yazıçısı, şair. == Həyatı == O, babasının qardaşı Mochko Bazorkin tərəfindən qurulan Moçko-Yurd olan Bazorkins kəndində anadan olmuşdur. Bazorkin soyadları dağlıq İnquşetiyada Eji— qala kəndindən Qazdiyev ailəsinə aiddir. Bazorkin kəndinin banisi onun babasının qardaşı idi. O, çar ordusunun ilk generalı idi. O dövrdə yaxşı təhsil almış altı oğlan yetişdirdi. Daha sonra İnquşun ziyalı nümayəndəsi oldu. Yazıçının atası General Bazorkinin üçüncü oğlu Murtuz Əli çar ordusunun zabiti idi.
İdris Bitlisi
İdris Bitlisi və ya Bitlisli İdris (tam adı: Molla Hakim İdris Bitlisi; 1452 və ya 1457, Bitlis – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış kürd əsilli Osmanlı tarixçisi və dövlət xadimi. Azərbaycan türkcəsində danışırdı. == Həyatı == Molla Hakim İdris Bitlisi 18 yanvar 1457-ci ildə indiki Türkiyənin Bitlis şəhərində anadan olmuşdur. O, Səfəvi şahına xidmət etmiş və sonradan Osmanlı sultanı II Bəyazidin sarayına köçmüşdür. Orada ona Osmanlı sülaləsinin tarixini yazmaq tapşırılmışdır. İdris daha sonra Bəyazidin oğlu sultan Yavuz Səlimin sarayında tarixçi kimi çalışmışdır.Bitlisli İdris "Səlimnamə" əsərində yazır ki, I Səlimin hakimiyyəti dövründə kürd aşirət rəhbərlərini bir araya gətirməyə nail olmuşdur. Bundan sonra o, kürdləri qızılbaşlarla döyüşməyə təşviq etmiş, onlar isə Anadolunu qızılbaşlardan qılıncla təmizləməyə and içmişdir. Bu vaxt 40 min qızılbaş qılıncdan keçirilir. Bitlisli İdris Osmanlının Kürdüstanı fəth etməsində göstərdiyi köməyə görə, vali təyin edilmişdir.Bitlisli İdris fars dilində olan "Həşt behişt" ("Səkkiz cənnət dairəsi") əsərində Osmanlı sülaləsinin tarixini yazmışdır. Əsər eyni zamanda, türk dilinə tərcümə edilmişdir.İdris Bitlisi 15 noyabr 1520-ci ildə İstanbul şəhərində vəfat etmişdir.
İdris Cəfərov
İdris Debi
İdris Débi İtno(fr. Idriss Déby Itno; (18 iyun 1952 – 20 aprel 2021, Ncamena)— Çadın prezidenti və Vətənpərvər Qurtuluş Hərəkatının rəhbəridir. Debi Zaghawa etnik qrupunun Bidyat klanından biridir. Yanvar 2006-cı ildə soyadına "İtno" əlavə olunmuşdur. == Həyatı == Debi bir çobanın oğlu olaraq Fadada doğuldu. Məktəbi bitirdikdən sonra N'Djamena Hərbi məktəbə daxil oldu. Oradan bir peşəkar Pilot sertifikatı ilə 1976-cı ildə Çada döndü və ali təhsil üçün Fransaya göndərildi. Keçici hökumət 28 fevral 1991-ci il tarixində Çad dövlət başçısı olaraq Debini vəzifələndirdi. İyun ayında prezident seçiminin ardından mart 1996-cı ildə yeni bir konstutsiya ilə referendium qəbul edildi. Debi ilk turda ilk sırada yer aldı ancaq əksəriyyəti qazana bilmədi.
İdris Elba
İdrissa Akuna "İdris" Elba (ing. Idrissa Akuna «Idris» Elba; 6 sentyabr 1972, İraq) — britaniyalı kino və televiziya aktyoru. Əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), Kabus yarışçı 2: İntiqam atəşi, Prometey (2012) və Tor triloqiyası (2011, 2013, 2017) kimi filmlərdə qazanmışdır. == Bioqrafiya == İdrisa Akuna Elba 6 sentyabr 1972-ci ildə Londunun Xakni borosunda A doğulmuşdur. Ailənin yeganə övladı olan aktyorun atası Siyerra-Leoneli və anası isə Qanalıdır. Hələ məktəb illərdə səhnəyə çıxmağa başlamışdır. 1986-cı ildə dicey olan əmisinə işində köməklik etməyə başlayıb, daha sonra özü dicey kimi müxtəlif gecə klublarında "DJ Big Driss" ləqəbi ilə çıxış edib. Gənc yaşlarında həm də Ford şirkətində də çalışmışdır. == Karyerası == İdris Elba kino aktyor karyerasına televizyadan başlayır və müxtəlif seriallarda çəkilir. Böyük kinoda ilk addımlarını isə 2000-ci illərdə atmağa başlayır.
İdris Heydərli
İdris Heydərli (tam adı Heydərov İdris Zabut oğlu) — azərbaycanlı araşdırmaçı, yazar . == Həyatı == İdris Heydərli 1967-ci il Yardımlı rayonunun Yolocaq kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünas fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1995-ci ildə həmin universitetin "Mədəniyyət fəlsəfəsi" üzrə aspiranturasını bitirmişdir. 1989-1991-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında inzibatçı, 1991-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı,"Yuğ" studiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə Teatr Xadimləri ittifaqında baş mütəxəssis vəzifələrində çalışmışdır. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində (Azərbaycan Televiziyası) böyük redaktor vəzifəsində çalışmış və dönəmin ən məşhur proqramı olan Ev sizin sirr bizim verilişin rəhbəri və aparıcısı olmuşdur. Pepsi və Hyatt Regency Baku otelində marketinq üzrə rəhbər vəzifələrdə çalışdıqdan sonra 2002-ci ildə yenidən televiziyaya dönmüş və Space TV - də redaktor,aparıcı vəzifələrini görmüşdür. Dönəmin ən məşhur proqramı Ay, ev yiyəsinin müəllif və aparıcısı, Gizli və aşkar Azərbaycan proqramının müəllifi olmuşdur. 2006-cı ildə bu kanaldan ayrılıb Azərbaycan Televiziyasına (AzTv) redaktor olaraq geri dönmüşdür. 1 illik redaktor vəzifəsindən sonra 2007-ci ildə Rusiyada Moskva şəhərində fəaliyyət göstərən İnter Azərbaycan (İnterAz TV) televizisiyasında 3 il icraçı direktor olaraq yer almışdır.
İdris Həsənov
İdris Həsənov (1897–1950) — dissertasiya müdafiə etmədən filologiya elmləri namizədi elmi dərəcəsini və professor adını alan tanınmış dialektoloq alim, Azərbaycan Pedaqoji İnstitutunun professoru, 1932-ci ildə latın qrafikası əsasında korlar üçün nöqtəli hərflərin layihəsinin müəllifi, SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əvvəl şöbə müdiri, sonra isə direktor müavini və direktoru, repressiya qurbanı. == Həyatı == İdris Məşədi-Zaman oğlu Həsənov 1897-ci ildə Gəncədə sənətkar ailəsində anadan olub. 1908-ci ildə ibtidai təhsilini başa vurduqdan sonra Gəncədə ali başlanğıc uçilişinə daxil olub və 1913-cü ildə oranı başa vurub. Qarşılıqlı Kredit Cəmiyyətində hesabdar işləmişdir. 2–3 il ərzində özünütəhsillə məşğul olmuş bu məqsədlə Peterburqdan olan "ev məktəbinə" və "xarici dilləri özüöyrənmə"yə yazılıb. 1918-ci ildə Gəncədən hərbi xidmətə çağırılıb və qərargah korpusunda tərcüməçi kimi fəaliyyət göstərib. 1919-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə dinləyici kimi qəbul edilir. 1920-ci ildə həmin fakültənin tələbəsi olur. Xalq hərbi Komissarlığında da fəaliyyətini davam etdirərək kassir kimi işləyir. 1920-ci ildə Gəncədə Quberniya Hərbi Komissarlığının katib-tərcüməçisi vəzifəsinə keçirilir.
İdris Mehdiyev
İdris Mehdiyev — məşhur Azərbaycan müğənnisi, Azərbaycan SSR Əməkdar Artisti (1978), Azərbaycan Dövlət Radio və Televiziyası Xorunun solisti və direktoru. Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi. == Həyat və yaradıcılığı == İdris Mehdiyev 26 avqust 1940-cı ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub boya-başa çatmışdı.Atası Saleh Hacı Mustafa oğlu Mehdiyev Gəncə şəhərində sayılıb-seçilən mühəndis olmuşdu.Qarabağ zadəganlarının nəslindən olan anası Güllü xanım Əlikişibəyova həyat yoldaşı İkinci dünya müharibəsində, 1943-cü ildə dünyasını dəyişəndən sonra dörd azyaşlı övladını təkbaşına saxlayaraq böyütdü. Lakin özü də erkən, 1953-cü ildə vəfat etdi. İdris Mehdiyev hələ uşaq yaşlarından gözəl səsi, musiqi duyumu, qulaq asdığı mahnıları dərhal qavramağı və onları məharətlə ifa etməyi ilə diqqəti cəlb etdi. Anası İdrisi tez-tez doğulduğu doğma şəhərinə, Qarabağın füsunkar və ecazkar guşəsi olan qədim Şuşaya aparardı. Orada balaca İdris məşhur xanəndə və müğənnilərin ifasında Azərbaycan muğam və xalq mahnılarını dinləmiş, bu lirik və gözəl nəğmələr onun yaddaşına, qəlbinə hopmuşdu. Şirin, məlahətli səsi ilə tez-tez bu mahnıları zümzümə edər, oxuyardı. Gəncədə təhsil aldığı orta məktəbin bədii özfəaliyyət kollektivinin solisti kimi oxumağa başladı. Tezliklə uşaq xorunun solisti olaraq səhnələrə çıxıb özünün qabiliyyətini göstərdi.
İdris Məmmədov
İdris Məmmədov (23 sentyabr 1959, Naxçıvan – 19 yanvar 1990) — 20 yanvar şəhidi. == Həyatı == 1958-ci ildə 23 sentyabrda Naxçıvanda anadan olub. Çilingər işləyib. İki övladı qaldı: Günay və Elnur.Yanvarın 19-da İdris Məmmədov Koroğlu bulağının yanındakı Qaraburun postunda növbədə olmuşdur. Bupost sərhəd yaxınlığındadır. İdris növbədə olan zaman posta 10–12 erməni yaxınlaşmış, onu odlu silahla sinəsindən vurmuşlar. İdris Sədərək hadisələrində birinci şəhiddir.Sədərək kəndindən Tofiq Nəsirov növbəni dəyişməyə gələrkən İdrisin həlak olduğunu görüb. Tofiq İdrisi çiyninə götürüb Koroğlu bulağınadək gətirib. Bu vaxt ermənilər bir neçə istiqamətdən kəndə hücum etmişdilər.Vəziyyət gərgin idi. Buna baxmayaraq onun meyidi evə çatdırılıb.Nehrəm tikinti materialları kooperativi İdris Məmmədovu özlərinin fəxri üzvü qəbul etmiş və hər ay onun ailəsinə 300 manat vəsait keçirir.
İdris Nərimanov
İdris Nazim oğlu Nərimanov (10 iyul 2000; Xanağalı, Bərdə, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İdris Nərimanov 10 iyul 2000-ci ildə Bərdə rayonunda anadan olub. 2018-2020-ci illərdə müddətli əsgər kimi, həmin ildən isə müddətdən artıq əsgər kimi xidmət edib. Xalq artisti Mənsum İbrahimovun xalası nəvəsi idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı İdris Nərimanov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı baş atıcı kimi hərbi xidmətini yerinə yetirib.. 10 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Bərdədə dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
İdris Rzabəyov
Rzabəyov İdris İbrahim oğlu – Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü == Həyat == İdris İbrahim oğlu Rzabəyov 13 fevral 1938-ci ildə Bakı şəhərində anadan olub, 31 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-kəşfiyyat fakültəsinə qəbul edilib, 1961-ci ildə institutu bitirərək təyinatla "Neft Daşları" Neft Qaz Çıxarma İdarəsinə göndərilib, 1989-cu ilədək burada operator, mühəndis, sex rəisi, geologiya və işlənmə şöbəsinin müdiri vəzifələrində çalışıb. 1971-73-cü illərdə Kuba Respublikasında ezamiyyədə olub, neft-mədən geoloqu kimi bu ölkənin neft-qaz yataqlarının istismarında iştirak edib. Dəyərli fəaliyyətinə görə keçmiş sovetlər birliyinin Amerika qitəsindəki yeganə dost ölkəsindəki qurumların və SSRİ-nin Kubadakı Səfirliyinin Fəxri Fərmanlarına layiq görülüb. 1989-1994-cü illərdə "28 May" NQÇİ-nin Baş geoloqu-rəis müavini, 1994-2002-ci illərdə NQÇİ-nin rəisi vəzifəsində çalışıb. Onun rəisliyi dövründə Dövlət Neft Şirkəti üzrə ümumi neft hasilatının 80 faizi, qaz hasilatının 60 faizi "28 May" NQÇİ-nin payına düşürdü. İ.Rzabəyov dövlət idarəçiliyinə cəlb edilərək 2002-2011-ci illərdə yeni yaranan AR Yanacaq-Energetika Nazirliyində (indiki Sənaye və Energetika Nazirliyi-SEN) Aparat Rəhbəri vəzifəsinin icraçısı-Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, SEN-in neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib. Yaşına görə Dövlət qulluğuna xitam verildikdən sonra da indiyədək SEN və AR Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ictimai əsaslarla baş məsləhətçi-eksperti kimi fəaliyyət göstərir. O, 20-dən çox ölkədə keçirilən beynəlxalq treyninqlər, seminarlar, konfranslarda Azərbaycanı təmsil edib, dəfələrlə "Azneft" İB, ARDNŞ-in Fəxri Fərmanlarını alıb. Müstəqil Dövlətlər Birliyinin-MDB-nin "Əməkdar energetiki", "Əmək veteranı", "Tərəqqi" medalları ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsüdür.
İdris Rüstəmov
İdris Rüstəmov — Azərbaycan-SSRİ aktyoru. == Həyatı == Əsasən epizodik rollar ifaçısı İdris Rüstəmov ən uğurlu rolunu "Sonuncu" adlı qısametrajlı filmdə oynayıb. Aktyor bu roluna görə 2016-cı ildə Livan Beynəlxalq Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. Aktyor 30 -dan çox filmdə müxtəlif xarakterli obrazlar yaratmışdır. O,təkcə oz filmlərmızdə deyil Belarus,Ukrayna və s. xarici olkərərin filmlərində də yer almişdir. Həmçinin, İdris Rüstəmov qəzəl qiraət ustasıdır. == Filmoqrafiya == Adam (film, 2010) Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-rol: agent Araqarışdıran (film, 1987) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Cavid ömrü (film, 2007) Ərazi (film, 2005) Fəryad (film, 1993) Hacı Qara (film, 2002) Həmyerli (film, 1989) Hər şey yaxşılığa doğru (film, 1997) İşarəni dənizdən gözləyin (film, 1986) Koramal (film, 2009) Köhnə bərə (film, 1984) Qarabağ şikəstəsi (film, 1996) Qətl günü (film, 1990) Qəzəlxan (film, 1991) Qorxma, mən səninləyəm!
İdris Süleymanov
İdris Süleymanov (tam adı: Süleymanov İdris Həsən oğlu) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == İdris Süleymanov 12 fevral 1915-ci ildə Goranboy rayonunun Goran qəsəbəsində anadan olmuşdur.1939-cu ildə Goranboy RHK-dan orduya çağırılmışdır. Leytenant İdris Süleymanov Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci il noyabrın əvvəllərində kiçik leytenant rütbəsində olarkən Mozdok yaxınlığında 43-cü əlahiddə atıcı briqadanın birinci əlahiddə atıcı batalyonunun birinci taqımının komandiri olmuşdur.Şimali Osetiya Respublikasının Mozdok rayonunun İşşersk məntəqəsinin alınmasında qəhrəmanlıq göstərmişdir. Vuruşmanın ən qaynar anında gözündən və ayağından yaralanmağına baxmayaraq, döyüşçüləri səsləyərək, düşmənə əks-həmlə etmişdir. Bundan sonra düşmən öz mövqelərini qoyub geriyə doğru çəkilməyə məcbur olmuşdur. 1942-ci ilin 13 dekabrında kiçik leytenant İdris Süleymanova SSRİ Ali Sovetinin əmri ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1943-cü ildə yaralandığına görə ön cəbhədən arxa cəbhəyə keçirilmişdir."Lenin" ordeni, Qırmızı Ulduz medalı və I dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif edilmişdir. Müharibədən sonra Goranboy rayonunda sosial təminat şöbəsinin müdiri işləmişdir.29 iyul 1986-cı ildə vəfat etmişdir.
İdris Səfər
İdris Səfər (alb. Idriz Seferi) — Millətpərəst bir Albaniya partizan döyüşçüsü. 1910-ci ildə, Osmanlı İmperiyasına aid olan Kosovo vilayətində üsyan başladan İsa Boletininin sağ qolu idi. Həmçinin, Prizren İttifaqı və İpək İttifaqının bir üzvü idi. Üsyanın bitməsindən sonra Səfər, 1912-ci ildəki Albaniya üsyanını rəhbərlik etdi. Birinci Balkan müharibəsi zamanı Boletini və Səfər, 1910 və 1912-ci ildəki üsyanları zamanı daha əvvəl özlərinə müttəfiqlik edən Serbiyaya qarşı üsyan etdilər və Birinci Dünya Müharibəsinin sonrasında və ilk mərhələsində (1913-1915) Serb qüvvələrinə qarşı olan hücumlarını davam etdirdilər. Birinci Dünya Müharibəsinin son mərhələlərində isə (1916-1918) eskandronlarını Bolqar qüvvələrinə qarşı yönəltdi. == Bioqrafiyası == İdris Səfər, Monteneqronun şimalında yerləşən, o zamanlarda Osmanlı İmperiyasının Kosovo vilayətinin və indiki Serbiya sərhədləri içərisində yerləşən Preşevada anadan olmuşdur. Erkən yaşlarda alban millətpərəstlərinə qoşulan Səfər, Prizren İttifaqının və İpək İttifaqının üzvü olmuşdur. === 1910 Albaniya Üsyanı === 1910-cu ilin Aprel ayında, İsa Boletini və İdris Səfər rəhbərliyi ilə, Kosovo vilayətində Osmanlılara qarşı bir üsyan başladıldı.
İdris Verdiyev
Verdiyev İdris Əli oğlu və ya Bədbin İdris (31 dekabr 1928, Şaplar, Kəlbəcər rayonu – 18 yanvar 2016, Bakı) — Azərbaycan coğrafiyaçısı, coğrafiya müəllimi, məktəb direktoru (müxtəlif illər), Kəlbəcər rayonu Bilik Cəmiyyətinin sədri, şair, publisist. == Həyatı == Verdiyev İdris 1928-ci il 31 dekabrda Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kəndində anadan olmuşdur.1945-ci ildə Kəlbəcər şəhər orta məktəbini bitirib və Şaplar kənd ibtidai məktəbinə müdir təyin edilir. 1946-cı ildə Kəlbəcər rayonunun Komsomol Komitəsinin II katibi təyin edlir. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə və nümunəvi işçi olduğuna görə 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə imtahansız qəbul edilir. İnstitutda əla qiymətlərlə oxuduğuna görə İ. V. Stalin adına təqaüdə layiq görülür. İnstitutu fərqlənmə diplomu ilə bitirərək, 1951-ci ildə Moskva Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olur. 1953-cü ildə atasının qəflətən ağır xəstələnməsi nəticəsində ailəsinin iqtisadi vəziyyəti çətinləşir və anasının təkidi ilə aspiranturadan çıxaraq rayona dönür, Kəlbəcər şəhəri orta məktəbində coğrafiya müəllimi işləməyə başlayır. 1953-cü ildə İsgəndərova Məleykə Müslüm qızı ilə ailə qurur və Ağcakənd orta məktəbinə direktor təyin edilir. Sonra müxtəlif illərdə Kəlbəcərin müxtəlif kəndlərində (Lev, Güneypəyə, Kilsəlikənd, Geştək, Şaplar kəndlərində) məktəb direktoru işləməklə, ibtidai məktəblərin yenidənqurulması və sahəsinin genişləndirilərək orta məktəbə çevrilməsində fədakarlıqla çalışır. Uzun illər Kəlbəcər rayon Məhkəməsində Xalq İclasçısı kimi fəaliyyət göstərir.
İdris Yusifov
İdris Cəmaləddin oğlu Yusifov (d.17 sentyabr, 1998, Sumqayıt) — Azərbaycanlı üzgüçü və məşqçi, I dərəcəli idmançı. == Həyatı == 1998-ci il sentyabr ayının 17-də Sumqayıt şəhərində anadan olmuşdur. 2004-cü ildə Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 saylı orta məktəbdə 1-ci sinifə getmişdir. 2008-ci ildə Paralimpiya İdman kompleksində üzgüçülüklə məşğul olmağa başlamışdır. 2010-cu ildə Sumqayıt olimpiya idman kompleksində profesianal şəkildə məşğul olmağa başlamışdır. 2012-2018 ci illerde profesional məşqçi olaraq fəaliyyət göstərib.("Sumqayıt Olimpiya və İdman Kompleksi" , "Sumqayıt şəhər 1 saylı U.G.İ.Ş.M" , "Veqas İdman Sağlamlıq kompleksi" , " Green city Hotel " ," Mariana Trenc " hotel spa , " Abşeron Olimpiya və İdman Kompleksi") == Təhsili == == Peşəkar karyerası == 2013 cü il sentyabr ayının 17, VHM kompleksi normalarının və dərəcə normalarının yerinə yetirilməsi ilə əlaqədar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən I dərəcəli idmançı adına layiq görülmüşdür. == Uğurları == 2010-cu il dekabr ayının 12-də Sumqayıt şəhər açıq birinciliyində 3 yer. 2011 ci il mart ayının 5 də Sumqayıt şəhər açıq birinciliyində 3 yer. 2011 ci il oktyabr ayının 4 ün də Sumqayıt şəhər açıq birinciliyində 1 yer. 2012 ci il 14 oktyabr tarixində keçirilən sumqayıt olimpiya idman kompleksinin açıq birinciliyində 1 yer.
İdris Zamanlı
İdris Abbasəli oğlu Zamanlı (22.03.1930 -02.06.1994) - azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Zamanlı İdris Abbasəli oğlu 1930-cu il martın 22-də Ermənistanın Grasnoselo rayonunun Cil kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948). Əmək fəaliyyətinə Çil kəndində kolxozda başlamışdır (1948-1954) ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1954-1958). Ailə vəziyyətinə görə təhsilini yarımçıq qoyub "Sovet Ermənistanı" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur (1958-1963). Bakı şəhər 64 nömrəli orta məktəbində müəllim işləmiş, eyni zamanda universitetdə təhsilini davam etdirmişdir (1964-1967). Azərbaycan SSR Mədəniyyət Nazirliyində redaktor işləmişdir (1966). "Elm və Həyat" jurnalında şöbə müdiri olmuşdur (1975 - 1982) Moskvada "Nedelya" həftəlik qəzetinin müxbiri vəzifəsində çalışmışdır (1982-1986). Sonra təqaüdə çıxmış, ömrünün sonunadək fərdi yaradıcılıqla məşğul olmuşdur. Poetik yaradıcılığa 50-ci illərdən başlamışdır.
İdris Zeynalov
İdris Zeynalov — Bəstəkar. Kino bəstəkarı. Aktyor == Həyatı == 1952-ci il yanvarın 29-da anadan olub == Əsərləri == Estrada-simfonik orkestri üçün Fantaziya (1992); Orqan üçün "Arabeskalar" (1997). Müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1990 – 2001). "Qisas" kinofilminə musiqi (1992). B.Vəziroğlu, N.Xəzri, S.Rüstəmxanlı, D.Gədəbəyli, G.Şıxəliqızı, İ.Dadaşov və b. şairlərin söz.
İdris peyğəmbər
İdris (ərəb. إدريس‎) — Quranda bəhs edilən peyğəmbərlərdən biri və Şetin oğlunun oğlu. Deyilənə görə, onun dövründə ilk dəfə insanlar heyvan dəriləri geyməkdən qurtuldular. Parçanı tapıb yazı yazmağı yaxşılaşdırdığı deyilir. İslam mifologiyasına görə 4-cü mərtəbə göydə yaşamağa davam edir. Ayrıca Antik Yunan mifologiyası ndəki Hermes 'və Qədim Misir mifologiyasındakı Thotun Qurandakı İdris ilə eyni adam olduğu və MÖ 14.000 ətrafında yaşadığı iddia edilir.Orhan Hançerlioğlu İdrisi belə izah etdi: Beş min il əvvəl Misirdə bir dərzi yaşayırdı. Misir papiruslarında dərzinin Hermes Tut adı var. Qurana görə, Adəm və oğlu Şetdən sonra gələn üçüncü peyğəmbər İdrisdir. Qələmlə yazan və paltar tikən ilk adamdır. İdrisin Tanaxdakı Xanok və ya "Enoch" ( İvrit dili: חנוך) ilə eyni şəxsdir Xanok Adəmin oğlu Kainin oğludur və 365 il yaşayır.
İdris İsayev
İdris Balakişi oğlu İsayev (22 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası təhsil nazirinin müavini (2014–2018). == Həyatı == İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987–1992-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1992–1993-cü illərdə "İnkişaf" Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993–2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 noyabr Sərəncamı ilə təhsil nazirinin müavini təyin edilmişdir.
Aygül İdrisova
Aygül İldusovna İdrisova (başq. Иҙрисова Айгөл Илдус ҡыҙы, doğ. 11 iyul 1995-ci il) — Başqırdıstanlı dama üzrə beynəlxalq qrosmeyster. 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı, 2017-ci dünya çempionatının bürünc mükafatçısı. Avropa çempionu (2016). == Təhsili == 2002-ci ildən 2011-ci ilə qədər A. Validi (İşimbay) adına 2 nömrəli Başqırd respublika Gimnaziyasında (İşimbay), 2011-2013-cü illərdə R.Qaripov adına 1 nömrəli Başqırd respublika Grammatika Məktəbində (Ufa) oxumuşdur. Yüksək təhsil göstəricilərinə görə medalla təltif olunmuşdur. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Fiziki-Texniki İnstitutunun Tətbiqi Fizika kafedrasının tələbəsidir. == İdman karyerası == 6 yaşında, uşaq bağçasına gedəndə dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki dama bölməsinə qatıldı.
Ağalar İdrisoğlu
Ağalar İdrisoğlu (tam adı: Ağalar İdris oğlu Mehdiyev) — Azərbaycan yazıçısı və dramaturqu, rejissor, Azərbaycan Yazıçılar Birliyinin (1999) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür, Əməkdar incəsənət xadimi. == Həyatı == Ağalar İdrisoğlu Mehdiyev 1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu (Mehdiyev) Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli orta məktəbi bitirib. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvada Anatoli Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib. == Yaradıcılığı == Ağalar İdrisoğlu 16 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. 50 ildən çoxdur ki, peşəkar teatr sənətində çalışır. 40-dan artıq tamaşada rollar oynayıb. 140-dan çox tamaşaya quruluş verib. Quruluş verdiyi tamaşalardan Nobel mükafatı laureatları — Alber Komyunun "Qismət", Reynhard Kiplinqin "Mauqli", dramaturqlardan Aleksandr Suxovo Kabılinin " Tarelkinin ölümü", Georgi Caqarovun "Prokuror", Anarın "Zəncir", Vasili Şukşinin "Diribaş adamlar", Georgi Xuqayevin "Qocaların məhəbbəti", "Varlı ev", Camal Yusifzadənin "Səhər qatarı", Loğman Rəşidzadənin "Toya bir gün qalmış", Aleksandr İvaşenkonun "Uşağa bir üç yazın!", Ağalar İdrisoğlunun "Şah İsmayıl", "İnan mənə", Akif Həsənoğlunun "Yanmış evin nağılı", Eduard Bobrovun "Vicdanla üz-üzə", Leonid Juxavitskinin "Şahzadə və baca təmizləyən", Zeydulla Ağayevin "Haray", Vaqif Əlixanlının "Əcəl atı", Panço Pançevin "Dörd əkizin nağılı". Mirzə Fətəli Axundovun "Xırs quldurbasan", Qənbər Şəmşiroğlunun "Caninin etirafı" və başqaları yüksək tamaşaçı marağına səbəb olub. 26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində işləyib.
Məhəmməd İdrisi
Əbu Məhəmməd ibn Məhəmməd ibn Abdullah Əl-Idrisi (1100 – 1165) — Coğrafiyaçı, səyyah == Həyatı == XII əsrin coğrafiya və xəritə ustadlarından Əbu Abdullah Məhəmməd b. Məhəmməd Şərif əl-İdrisi, 1100-cü ildə Əndəlusun Səbtə şəhərində doğulmuş, 1166-cı ildə Siciliyanın paytaxtı Palermoda vəfat etmişdir. İlk təhsilini Əndəlusun Qurtuba şəhərində alan, ancaq bunu kafi görməyib elmdə özünü daha da inkişaf etdirmək istəyən İdrisi, Anadolu, Şimal Afrika və İspaniyaya, buralardan da Fransa və İngiltərəyə qədər getmiş,elmi işləriylə Norman Kralı 2. Rogerin* diqqətini çəkmişdir. Təbiət elmlərə və fəlsəfəyə simpatiyasıyla tanınan 2. Roger, İdrisini Şimali Afrikadan Palermoya dəvət etmiş və onu bir dünya xəritəsi yaratmaqla vəzifələndirmişdir. Bu işlərdə, İdrisinin ehtiyac duyduğu gümüşü də, kral təmin etmişdir. İdrisi, Siciliyada 1138-ci ildən 1161-ci ilə (2. Rogerin ölümü sonrasına) qədər davam edən uzun iqamətində, üç əhəmiyyətli əsər hazırlamış; İslam və Avropa mədəniyyətlərinin qarşılaşdığı bir yer olan Palermoda, Müsəlmanlar ilə Normanlar arasındakı dialoqun ən canlı nümunələrindən biri olmağı bacarmışdır. Haqqında danışılan əsərlər bunlardır: 1- Nüzhetü’l-Müştaq fi İhtiraqı’l-Afaq: Piri Rəisdən (1470-1554) təxminən 350 il əvvəl yaşayan İdrisinin ən əhəmiyyətli əsəridir.
Ruslan İdrisov
Ruslan Qabil oğlu İdrisov (6 iyun 2002; Odessa, Ukrayna — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan İdrisov 6 iyun 2002-ci ildə Ukraynanın Odessa şəhərində anadan olmuşdur. Ailəsi ilə birgə Qəbələ rayonunun Nic qəsəbəsində məskunlaşmışdır. 2009-2020-ci illərdə Qəbələ şəhər 3 tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ruslan İdrisov 2020-ci ilin iyulun 11-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ruslan İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan İdrisov 1 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin odlu silahla və digər silah növlərindən atdığı mərminin partlayışı nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal İdrisov
Xəyal İbrahim oğlu İdrisov (24 fevral 2000; Ərəbocağı, Ağdaş, Azərbaycan — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal İdrisov 2000-ci il fevralın 24-də Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. 2006-2017-ci illərdə Ərəbocağı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal İdrisov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Ağdaş rayonunun Ərəbocağı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İdris Məmmədov (şəhid)
İdris Məmmədov (23 sentyabr 1959, Naxçıvan – 19 yanvar 1990) — 20 yanvar şəhidi. == Həyatı == 1958-ci ildə 23 sentyabrda Naxçıvanda anadan olub. Çilingər işləyib. İki övladı qaldı: Günay və Elnur.Yanvarın 19-da İdris Məmmədov Koroğlu bulağının yanındakı Qaraburun postunda növbədə olmuşdur. Bupost sərhəd yaxınlığındadır. İdris növbədə olan zaman posta 10–12 erməni yaxınlaşmış, onu odlu silahla sinəsindən vurmuşlar. İdris Sədərək hadisələrində birinci şəhiddir.Sədərək kəndindən Tofiq Nəsirov növbəni dəyişməyə gələrkən İdrisin həlak olduğunu görüb. Tofiq İdrisi çiyninə götürüb Koroğlu bulağınadək gətirib. Bu vaxt ermənilər bir neçə istiqamətdən kəndə hücum etmişdilər.Vəziyyət gərgin idi. Buna baxmayaraq onun meyidi evə çatdırılıb.Nehrəm tikinti materialları kooperativi İdris Məmmədovu özlərinin fəxri üzvü qəbul etmiş və hər ay onun ailəsinə 300 manat vəsait keçirir.
арома́ты бессо́вестный зака́нчивание обрыва́ться размозжи́ть регла́ментный Эскула́п вале́том вольтижёр выпрямля́ться застраща́ть лёсс масти́ковый соли́льный этнопсихоло́гия марит emulsify hydro interpunctuate irregularity shaper voluntariate вдогонку троцкист щадить