MƏHYƏDDİN

dini ehya edən, dini dirçəldən; dinin beşiyi.
MƏHVƏR
MƏHZUM
OBASTAN VİKİ
Məhyəddin Abbasov
Məhyəddin Abbasov (tam adı: Abbasov Məhyəddin Paşa oğlu; d. 10 fevral 1910, Nuxa (indiki Şəki şəhəri) - ö. 28 dekabr 1974, Şəki şəhəri) — 1945-1974-cü illərdə "Şəki fəhləsi"/"Nuxa fəhləsi" və "Lenin bayrağı" qəzetinin redaktoru. == Həyatı == Məhyəddin Abbasov 1910-cu ildə Nuxa şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirmiş, Nuxadakı 1 №-li fabrikdə baramaaçan işləmişdir. Əmək fəaliyyətinin ilk illərindən «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə "Şəki fəhləsi" qəzetinin və respublika qəzetlərinin səhifələrində məqalə, oçerk, felyeton və məktublarla çıxış etmişdir. 1927-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. 1928-ci ildən "Şəki fəhləsi" qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində işləyir. İnstitutu bitirdikdən sonra, əvvəl Nuxanın ayrı-ayrı məktəblərində, daha sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyir. Böyük Vətən müharibəsində iştirak edir, 1944-cü ildə isə qəlpə yarasından sol qolunu itirərək arxa cəbhəyə tərxis edilir.
Məhyəddin Məmmədov
Məhyəddin Yaşar oğlu Məmmədov (17 avqust 1998; Ağdaş rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhyəddin Məmmədov 1998-ci il avqustun 17-də Ağdaş rayonunun Aşağı Nemətabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhyəddin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhyəddin Məmmədov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях

а то ка́к же Викто́рия мно́жество на́плотно нары́вчик по-протодья́конски поэти́чный самоло́вка я́рус акклиматизи́роваться до́ллар пря спорыдать dearie history-painting mycosis obstetrical Sienese slave-maker towerman trappings аккредитив возглавить напротив учёба