RƏFAEL

Allah sağaltdı (Tanrının buyruğunu yerinə yetirən mələklərdən birinin adıdır).
RƏFAD
RƏFAƏDDİN
OBASTAN VİKİ
Rəfael
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael SüleymanovDigərRafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Rəfael Abbasov
Rəfael Abbas oğlu Abbasov (28 noyabr 1943, Bakı – 3 dekabr 2020) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006). == Həyatı == Rafael Abas oğlu Abasov 28 noyabr 1943-cü il də Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1968-1974-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1967-ci ildən başlayaraq respublika və beynəlxalq sərgilərin iştirakçısı olan Rafael Abasov realizm üslubunda portret, natürmort və mənzərə janrında əsərlər çəkmişdir. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Əsərləri Almaniya, ABŞ, Meksika, Hollandiya, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Koreya, Şri Lankada nümayiş etdirilib və Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarusiya, Rusiya qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.
Rəfael Ağayev
Rafael Ağayev (4 mart 1985, Sumqayıt) — Azərbaycan karateçisi, 5 dəfə dünya çempionu, 11 dəfə Avropa çempionu. == Həyatı == Ağayev Rafael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Atasının yolu ilə gedərək 7 yaşından futbolla məşğul olub. Eyni zamanda ilk məşqçisi, Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları alışdırmışdır. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti özünə çəkmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan "Budokan"da məşq etməyə başlamışdır. Rafael Ağayev artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi. O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə,Macarıstanda keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmamışdır. Rafael Ağayev, karate ilə məşğul olmağa yeddi yaşında başlayıb.
Rəfael Dadaşov
Rafael Məlik oğlu Dadaşov (4 yanvar 1946, Zaqatala – 16 mart 2020, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq аrtisti (2006), "Şöhrət" ordeni laureatı (2019). == Həyatı == Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. === Ailəsi === Aktyor Məlik Dadaşovun və Sofa Hüseynovanın oğludur. Aktyor Salman Dadaşovun qardaşı oğludur. === Vəfatı === Aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki obstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. Teatrın səhnəsində Zaur "Ümid" (M. İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M.İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Bəhram "Fitnə" (Abdulla Şaiq), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Birinci reportyor "Səhra yuxuları" (Anar), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Fikrət və Rəşad "Kimdir haqlı?" (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli "Mirzə Şəfi" (Nəbi Xəzri), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Murad "Nakam qız" (A.Şirvanzadə), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Həsən Soltan "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Mayis "Sevgililərin cəhənnəmdə vüsalı" (İlyas Əfəndiyev), Ədhəm Tağıyev "Dəlilər və ağıllılar" (İlyas Əfəndiyev), Mindövlət və Aydar "Sokratı anma gecəsi"("Eşşək dərisi üzərində məhkəmə") (Ç.Aytmatov və M.Şahanov), Tesey "Fedra" (J.Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol) və s. maraqlı obrazlar aratmışdır.
Rəfael Hüseynov
Rafael Baba oğlu Hüseynov (12 avqust 1955, Kürdəmir) — Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili. == Həyatı == 1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. 1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirmişdir. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır, 1978-ci ilədək burada çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982–1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur. Rafael Hüseynov 1987–1989-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1990–1991-ci illərdə Konservatoriyada "Mədəniyyət tarixi", 1995-cınildə isə "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" fənlərindən dərs demişdir.
Rəfael Həbibov
Rəfael Sərafət oğlu Həbibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprel ayının 2-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s.
Rəfael Məcidov
Rəfayel Məcid oğlu Məcidov (11 mart 1949, Zaqatala rayonu) — Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı (1993–2002-ci illərdə). == Həyatı == 1949-cu il martın 11-də Azərbaycan SSR Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Mingəçevir Toxuculuq Kombinatında növbə ustası kimi başlayıb. 1973–1975-ci illərdə Zaqatala Tütün Fermentləmə Zavodunda baş usta, 1975–1980-ci illərdə Zaqatala Rayon Xalq Nəzarəti Komitəsində inspektor işləyib. 1980-ci ildə partiya işinə irəli çəkilib, 1980–1983-cü illərdə Zaqatala rayon partiya komitəsində təlimatçı, Sənaye-Nəqliyyat şöbəsinin müdiri, 1983–1985-ci illərdə II katib olub. 1985–1987-ci illərdə Zaqatala rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləyib. 1987–1988-ci illərdə Azərbaycan KP Xaçmaz rayon komitəsinin birinci katibi olub. 1988–1991-ci illərdə Zaqatala rayon partiya komitəsi yanında Partiya Komissiyasının sədri, Zaqatala rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifələrində işləyib. 1993-cü ildən 2002-ci ilədək Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı olub.
Rəfael Qafarov
Rəfael Qafarov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.
Rəfael Salamzadə
Rəfael Cabbar oğlu Salamzadə (d. 23 avqust 1942) — Azərbaycanlı operator. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Humay” və “Qızıl çıraq” mükafatları laureatı. == Həyatı == Rəfael Cabbar oğlu Salamzadə 23 avqust 1942-ci ildə Bakıda anadan olmuşdur. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır. == Fəaliyyəti == 1967-ci ildə hərbi xidmətdən sonra “Azərbaycanfilm”ə işıqçı vəzifəsində işləməyə gəlib. Sonralar müxtəlif kinojurnallar üçün (“Sovet Azərbaycanı”, “Gənc nəsil”, “İdman”, “İncəsənət” jurnalları) müstəqil süjetlər çəkib. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan operator 40-dan çox filmin üzərində işləmişdir.Rəfael Salamzadə işlədiyi müddət ərzində Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatını, Qarabağ müharibəsi, 20 Yanvar və meydan hadisələrini, ölkəmizdə baş verən taleyüklü olayları lentə alıb. == Ad və mükafatlar == Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi “Humay” mükafatı “Qızıl çıraq” mükafatı == Filmoqrafiya == === İkinci operator kimi === Şəki heyvandarlıq kompleksi (film, 1975)(qısametrajlı sənədli film) === Operator kimi === Dostların görüşü (film, 1977)(qısametrajlı sənədli film) Azərbaycan SSR (film, 1978)(qısametrajlı sənədli film) Əhalinin siyahıya alınması (film, 1978) (qısametrajlı sənədli film) Qardaşlaşmış...
Rəfael Süleymanov
Rəfael Süleymanov (25 yanvar 1940, Qaşqaçay, Qax rayonu – 24 fevral 2014, Bakı) — BDU Slavyan ölkələri tarixi kafedrasının professoru, BDU Tarix fakültəsi dekanının elmi işlər üzrə müavini, tarix elmləri doktoru. == Həyatı == 1940-cı il yanvarın 25-də Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. 1949-1955-ci illərdə Qax və Zaqatala şəhər uşaq evlərində tərbiyə almışdır. 1955-1957-ci illərdə Bakı şəhəri 14 saylı sənət məktəbində oxumuşdur. 1957-1961-ci illərdə Azərnefttikinti idarəsində çalışmışdır. 1961-ci ildə Bakı şəhəri 33 saylı orta məktəbi bitirdikdən sonra 1961-1964-cü illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. == Təhsili, elmi adları və dərəcələri == 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1968-ci ildə oranı «Tarixçi. Tarix və ictimaiyyət müəllimi» ixtisası ilə bitirmişdir. Yüksək təhsil göstəriciləri nəzərə alınaraq universitetdə saxlanılmışdır. 1973-1975-ci illərdə dissertanturada, 1986-1988-ci illərdə doktoranturada oxumuşdur.
Rəfael Əliyev
Rafael Oruc oğlu Əliyev (24 may 1984; Horadiz, Azərbaycan SSR – 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafael Əliyev 1984-cü il mayın 24-də Horadiz şəhərində anadan olub. 1991-2002-ci illərdə Horadiz şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Rafael Əliyev 2002–2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2006-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Rafael Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rafael Əliyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Horadiz şəhərində dəfn olunub.
Rəfael Allahverdiyev
Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı – 11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir. İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var. 2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib. == Siyasi fəaliyyəti == 1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub.
Rəfael Abbasov (Rəssam)
Rəfael Abbas oğlu Abbasov (28 noyabr 1943, Bakı – 3 dekabr 2020) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006). == Həyatı == Rafael Abas oğlu Abasov 28 noyabr 1943-cü il də Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1968-1974-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1967-ci ildən başlayaraq respublika və beynəlxalq sərgilərin iştirakçısı olan Rafael Abasov realizm üslubunda portret, natürmort və mənzərə janrında əsərlər çəkmişdir. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Əsərləri Almaniya, ABŞ, Meksika, Hollandiya, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Koreya, Şri Lankada nümayiş etdirilib və Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarusiya, Rusiya qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.
Rəfael Əsədov (milli qəhrəman)
Rafael Əvəz oğlu Əsədov (27 oktyabr 1952, Kirovabad, Gəncə vilayəti – 12 noyabr 1992, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olmuşdur. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmişdir. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === 1991-ci ildən Əsədov Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olmuşdur. === Ölümü === 1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. === Şəxsi həyatı === Ailəli idi. İki övladı yadigar qalıb.
ага́т в тиши́ креки́рование пахви́ приспева́ться с той це́лью, чтоб соломоре́зка табачо́к одной ного́й в могиле определя́емый пре́сто сочу́вствие удало́й корбачи Сурожь alegar biddable desurfacing dump feculent mailing list nontarget phonogram клеровать творожистый