Übeydullah binu Yəhya bin Xaqan ət-Türki
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki (Əbu əl-Həsən Übeydullah b. Yəhya binu Xaqan ət-Türki; d. ? – ö. 876) — Xəlifələr Mütəvəkkil, Müktəmid və Müstəinin dövrlərində,uzun müddət xəlifə vəziri vəzifəsini tutan Abbasi xilafətinin görkəmli dövlət xadimlərindəndir.
== Mənşəyi ==
Dar-etnik mənşəyi barədə qaynaqlarda məlumat qalmayıb, ancaq ehtimal etmək olar ki, o xəzər əsillidir. Bunu onun, soyadında keçən kiçik şəcərəsi, və onun “ət-Türki” ləqəbi sübut edir. Çünki türk etnonimi hələ Qafqaz Hun eli tayfaları arasında geniş yayılmışdı. Artıq erkən orta əsrlər qaynaqlarında, məsələn
Ağvan tarixində türk etnonimi, hun və xəzərlə sinonim kimi işlənir, xəzər dövləti isə Türküstan, Türk eli, Türkiyə adlanırdı.
7-ci əsrin ikinci yarısında Cənubi Qafqazın istilasına başlamış ərəblər, Qafqazın türk etnonimikasından o qədər də baş çıxarmırdılar yaxud onu fars və ermənilərin vasitəsi ilə öyrənirdilər.