VAMİQƏ
VARİS
OBASTAN VİKİ
Varaz Peroz
Varaz Peroz — Qafqaz Albaniyası şahzadəsi idi. Varaz Qriqorun böyük oğlu idi. O atasının III Yezdəgird tərəfindən həbs edilməsi zamanı Cavanşir ilə birlikdə üsyan etmişdi. Çox güman o Cavanşirdən əvvəl ölmüşdü, çünki oğlu Varaz Trdat 681-ci çar seçilmişdir.
Varaz Qriqor
Varaz Qriqor — Mehranilər sülaləsindən ilk Qafqaz Albaniyası çarı. Girdman knyazı II Vardın oğlu idi. Bizans imperatoru İraklinin Qafqaza yürüşü zamanı xristianlığı qəbul etmişdi və onun tərəfindən Qafqaz Albaniyası hökmdarı olaraq bərpa edilmişdi. Varaz Qriqor bundan əvvəl Girdman knyazı idi. Babalarından biri olan knyaz I Varsken Sasanilər dövründə Albaniya mərzbanı təyin olunmuşdu. Varaz Qriqorun Albaniya çarı olmazdan əvvəl yaşadığı həyatı bilinmir. Onun dövründə ərəblərin İranı işğalı başlamışdı və şahın bütün vassalları kimi Varaz Qriqor da öz ordusunu köməyə göndərmişdi. İran müharibələrindən sonra Varaz Qriqorun müstəqil olmaq istəyi ilə barışa bilməyən III Yezdəgird onu həbs etdirdi və Albaniyada mərzban hakimiyyətini geri gətirmək istədi. Ölüm tarixi məlum deyil və Cavanşirin elə onun sağlığında taxta çıxdığı güman edilir. == Ailəsi == Varaz Qriqor şahzadə Huriduxt ilə evlənmişdi.
Varaz Trdat
Varaz Trdat (bilinmir, Uti – 709) — Qafqaz Albaniyasının hökmdarı. Cavanşirin ölümündən sonra taxta çıxmışdı. Varaz Perozun oğlu idi. 681-ci ildə taxta keçmişdi. Həmin il xəzərlər Cavanşirin ölümünün qisasını almaq üçün Qəbələni yağmaladılar. Çar tezliklə Katolikos I Yelizar vasitəsilə onlarla sülh bağladı. Onun hakimiyyətinin ilk dövründə Bizans təsiri güclənmişdi. Çar özü 694-cü ildə Bizansa gedib 5 il Konstantinopolda yaşamışdı. 699-cu ildə Albaniyaya qayıdan çar ərəblərin vassalı olandan sonra imperator II Yustinian tərəfindən övladları həbs olunmuşdu və ancaq onun ölümündən sonra qayıda bilmişdilər. Yerinə oğlu II Vardan keçdi.
II Varaz Trdat
II Varaz Trdat — Qafqaz Albaniyasının Mehranilər sülaləsindən olan son çarı. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, I Stepanosun oğludur və 812-ci ildən sonra vəfat etmişdir. Musa Kalankatlı isə onun öldürüldüyünü deyir və hadisəni belə nəql edir: Həmin ildə Filippin oğlu Nerseh alban knyazı Stepannosun oğlu Varaz-Trdatı öldürdü, onun oğlunu isə anasının qucağında xəncərlə vurub bütün şeylərini qarət etdi. Həmin Varaz-Trdat Albaniyada nəsildən-nəsilə hökmdarlıq edən Mehranilər sülaləsindən idi. O, Albaniyanın birinci knyazı Varaz Qriqordan sonra səkkizinci hökmran idi. Daha sonra II Varaz Trdatın həyat yoldaşı sağ qalan qızı Sparamı Səhl ibn Sunbatın oğlu Atrnerseh ilə evləndirdi. Beləliklə Girdiman knyazlığı Xaçın knyazlığına birləşdirildi.
I Varaz Qriqor
Varaz Qriqor — Mehranilər sülaləsindən ilk Qafqaz Albaniyası çarı. Girdman knyazı II Vardın oğlu idi. Bizans imperatoru İraklinin Qafqaza yürüşü zamanı xristianlığı qəbul etmişdi və onun tərəfindən Qafqaz Albaniyası hökmdarı olaraq bərpa edilmişdi. Varaz Qriqor bundan əvvəl Girdman knyazı idi. Babalarından biri olan knyaz I Varsken Sasanilər dövründə Albaniya mərzbanı təyin olunmuşdu. Varaz Qriqorun Albaniya çarı olmazdan əvvəl yaşadığı həyatı bilinmir. Onun dövründə ərəblərin İranı işğalı başlamışdı və şahın bütün vassalları kimi Varaz Qriqor da öz ordusunu köməyə göndərmişdi. İran müharibələrindən sonra Varaz Qriqorun müstəqil olmaq istəyi ilə barışa bilməyən III Yezdəgird onu həbs etdirdi və Albaniyada mərzban hakimiyyətini geri gətirmək istədi. Ölüm tarixi məlum deyil və Cavanşirin elə onun sağlığında taxta çıxdığı güman edilir. == Ailəsi == Varaz Qriqor şahzadə Huriduxt ilə evlənmişdi.
I Varaz Trdat
Varaz Trdat (bilinmir, Uti – 709) — Qafqaz Albaniyasının hökmdarı. Cavanşirin ölümündən sonra taxta çıxmışdı. Varaz Perozun oğlu idi. 681-ci ildə taxta keçmişdi. Həmin il xəzərlər Cavanşirin ölümünün qisasını almaq üçün Qəbələni yağmaladılar. Çar tezliklə Katolikos I Yelizar vasitəsilə onlarla sülh bağladı. Onun hakimiyyətinin ilk dövründə Bizans təsiri güclənmişdi. Çar özü 694-cü ildə Bizansa gedib 5 il Konstantinopolda yaşamışdı. 699-cu ildə Albaniyaya qayıdan çar ərəblərin vassalı olandan sonra imperator II Yustinian tərəfindən övladları həbs olunmuşdu və ancaq onun ölümündən sonra qayıda bilmişdilər. Yerinə oğlu II Vardan keçdi.
Varazabun
Aranzəmin (Varazabun, Vardaşın) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aranzəmin kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, Mirzəbuyi (Mirzənin yurdu), Mirzəboyun adları bu kəndin keçmiş adları olmuşdur. Tədqiqatçıların fikrincə, alban hökmdarı I Varazın (VI əsr) burada iqamətgahı olduğuna görə kənd Varazabun adlanmışdır. Bəzi mənbələrdə bu kəndin adı Vartaşen kimi də qeyd olunmuşdur. Nizami Gəncəvinin Xosrov və Şirinində Şirinin Aranzəminə gəldiyi yazılır.[mənbə göstərin] Oykonim aran və zəmin (far. "yer, məkan") sözlərindən düzəlib, "isti və mulayim iqlimə malik düzənlik yer" mənasındadır. Mənbələrin məlumatına görə, XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ əyalətindən köçüb gəlmiş bəzi ailələr Şuşa qəzasındakı Aranzəmin adlı sahədə məskunlaşmışlar. Aranzəmin kəndi bir müddət Mirzəbəyli (Mirzənin yurdu) adlanmışdır.
Varazman
Varazman Mehrani — Qafqaz Albaniyasının şahzadəsi, Varaz Qriqorun ən kiçik oğlu. Onun haqqında məlumat yoxdur. Lakin övladları haqda məlumat verilir. Varazmanın nəvəsi, Vaxtanqın oğlu olan Varazo, Varazmanın başqa övladından olan nəvəsi Vardanuxi ilə evlənmişdi.
Varazqun məbədi
Varazqun məbədi — Azərbaycanın Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi. Məbəd II–V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və dövrümüzə xarabalıqları qalıb. Bu qədim alban məbədi dördkünc planda və yüksək dağlıq ərazidə inşa edilib.Məbədin günbəzi və cənub divarı dağılmışdır. == Məbəd haqqında == Bu tikili "Alban ölkəsinin tarixi" adlı əsərin müəllifi, mənşəcə Qafqaz albanlarından olan Alban tarixçisi, Moisey Kalankatlının əsərində adı qeyd edilən Varazqun məbədidir. Qeyri-adi memarlıq quruluşuna malik olan abidə bir çox özəlliklərini itirərək günümüzə qədər öz görkəminin əsas hissəsini saxlamışdır. Tikili Bozlu kəndinin (Laçın rayonu) ərazisində, lakin hava yolu ilə daha çox Quşçu kəndinin yaxınlığında, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sol sahilində, sahildən 2 kilometr aralıda Varazqun adlanan sahədə qərar tutmuşdur. Qəzalı bir vəziyyətdə, II–V əsrlərə aid olan tarixi abidə – Varazqun məbədi günbəzli, ikiapsidalı (apsida (apsis) – əsasən kilsə divarlarında yarımqövs şəklində çıxıntı) planda olduqca diqqətəlayiq və dövrünə uyğun möhtəşəm bir şəkildə inşa edilmişdir. Məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Bu yaşayış məntəqəsi 1904-cü ildə Qafqazın 5 verstlik xəritəsində Varazqun kimi qeyd edilmişdir. Ehtimal ki, məbədin ilk adı da elə Varazxan və ya Varazqun olmuşdur.
воздава́ть голубизна́ ко́ка-ко́льный лю́мпенствовать не куда́-нибудь незнато́к прегостеприи́мный сообра́зно со физкульту́рный хвощи́ овчи́нный сцентрова́ться циркора́мный чилюкан admiral ship appropriately fish-lock hoistman ozone phosphide washery whitefoot воровски конгрессмен разгрузиться