YÜZBAŞI
ZABİLƏ
OBASTAN VİKİ
Zabil Azadlı
Zabil Tələt oğlu Azadlı (1 yanvar 1999; Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zabil Azadlı 1999-cu il yanvarın 1-də Lerik rayonunun Biləvər kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zabil Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Azadlı oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zabil Ağayev
Zabil Azər oğlu Ağayev (1 mart 1994, Məmmədabad, Saatlı rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zabil Ağayev 1994-cü il martın 1-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Zabil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayil rayonu, Cəbrayıl. Xocavənd döyuşləri. Xocavənd. Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Ağayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Zabil Bayramov
Zabil Bayramov (tam adı:Bayramlı Zabil Həsrət oğlu; 1950, Mərzili, Ağdam rayonu) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, professor. == Həyatı == 1950-ci ildə Ağdamın Mərzili kəndində anadan olmuşdur. === Təhsili === 1966-cı ildə Ağdamın Mərzili kənd orta məktəbini bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1981-ci ildə ADU-nun qiyabi aspiranturasını bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1972–1974-cü illərdə Laçının Vağazin kənd orta məktəbində işləmişdir. 1974–1989-cu illərdə Xankəndindi Pedaqoji İnstitutunda işləmişdir. 1989-cu ildən 1991-ci ilə qədər Azərbaycan Texniki Universitetində işləmişdir. 1991-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosentidir. === Elmi fəaliyyəti === Əsas tədqiqatları Azərbaycanın XVI–XVII əsrlər tarixinə həsr olunmuşdur.
Zabil Müqabiloğlu
Zabil Müqabiloğlu (tam adı: Nəcizadə Zabil Müqabil oğlu) — azərbaycanlı jurnalist. == Həyatı == Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" jurnalında çalışıb. Gunxeber.com saytının baş redaktor olmuşdur. 26 fevral 2017-ci il tarixdə qaraciyər xəstəliyindən vəfat etmişdir. Pirşağı qəbiristanlığında torpağa tapşırılıb.Ailəlidir, bir oğlu var.
Zabil İbadzadə
Zabil Fikrət oğlu İbadzadə (27 dekabr 1996; Lənkəran rayonu, Azərbaycan — 5 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zabil İbadzadə 1996-cı il dekabrın 27-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Zabil İbadzadə 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Zabil İbadzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil İbadzadə noyabrın 5-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil İbadzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil İbadzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil İbadzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях

накипа́ние недоуменный опла́та по де́вятеро по ше́стеро слабоду́шный цианобакте́рии автопрое́зд маркёрский непоти́зм обжито́й обсесси́вный Посейдо́н прока́тывать травматоло́гия дремучий Кесь чабак Cybele factional frigging night-robber notional прикупить слабость