ZAHİR
ZAHİRƏDDİN
OBASTAN VİKİ
Zahirəddin Fəryabi
Zahirəddin Fəryabi (1160-1202)—şair. == Həyatı == Sədrülkəmal Əbul Fəzl Zahirəddin Tahir ibn Məhəmməd əl-Fəryabi Əfqanıstanın şimalında olan Fəryab vilayətinin Şirintagab bölgəsində doğulmuşdu. ibtidai təhsilini Fəryabda oxuduqdan sonra Nişapura getdi və oranın hökmdarı olan Tuğanşah bin Müəyyəd Ay Aba ilə yaxın dostluq qurdu. 1186-cı ildə İsfahana gedən Fəryabi şəhərin hakimi olan Sədrüddin Xocəndi ilə tanış olur və ona xidmət ətməyə başlayır. 1189-cu ildə Mazandarana yollanır və oradan da Azərbaycana keçərək Atabəy Nəsrəddin Qızıl Arslan bəyin sarayında çalışmağa başlayır və həyatının sonraki hissəsini orada keçirir. Zahirəddin bəy sarayda yaşadığı müddətdə Qızıl Arslan bəy tərəfindən bir çox mükafata nail olur. Ömrünün son dönəmlərində saray işlərindən uzaqlaşan Fəryabi 1202-ci ildə haqqın rahmətinə qovuşur və Təbriz şəhərinin Sürxab məhəlləsində Xaqaninin türbəsinin yanına dəfn edilir. Eyni zamanda Fəryab şəhərinin Şirintagab bölgəsində də Zəhirəddin bəy adını daşıyan və bölgə xalqı tərəfindən ziyarət edilməkdə olan bir türbə var. O həyatda olduğu müddətdə dünyaya çox sayda qəsidə və qəzəl kimi önəmli ədəbi əsər bəxş etmişdir. Onun ən önəmli əsərlərindən biri də 6000 beytlik divanıdır.
Zahirəddin Mahmud Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Zahirəddövlə məzarlığı
Zahirəddövlə məzarlığı — Tehran ostanının Dərbənd kəndində olan məzarlıq. Şəmiranat bölgəsinin Təfriş şəhərinin yaxınlığında yerləşir.Həmçinin, bir çox etnik azərbaycanlı məşhur şairlər və alimlər burada dəfn edilmişdir.
Zahirəddövlə qəbiristanlığı
Zahirəddövlə məzarlığı — Tehran ostanının Dərbənd kəndində olan məzarlıq. Şəmiranat bölgəsinin Təfriş şəhərinin yaxınlığında yerləşir.Həmçinin, bir çox etnik azərbaycanlı məşhur şairlər və alimlər burada dəfn edilmişdir.
Əli xan Zahirəddövlə
Əliqulu xan Məhəmmədnasir xan oğlu Dəvəli-Qacar (1864, Tehran – 1924) — Nasirəddin şahın saray naziri, Nemətullahi təriqətinin şeyxi Səfiəlişahın müridi, sufi, şair. == Həyatı == Əli xan Məhəmmədnasir xan oğlu 1864-cü ildə doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəhirəddövlə ləqəbi daşıyırdı. Əli xan Nasirəddin şahın saray naziri, eşikağasıbaşısı olmuşdu. Sonra təşrifat vəziri vəzifəsini həyata keçirmişdi. Şahın ondan xoşu gəlirdi. 1880-ci ildə onu qızı ilə evləndirdi. Nemətullahi təriqətinin mürşidi Mirzə Həsən Səfiəlişah 1898-ci ildə vəfat edəndən sonra Əli xan Zəhirəddövlə onun canişini oldu. 1906-cı ildə Həmədan və Kirmanşahın valisi təyin olunmuşdu.
в полуверсте́ вка́лываться га́ерничать колдуны́ моты́жить надрессиро́ванный несме́тный повы́спросить автоклу́б коже́вник разда́ривать случи́ться творог четвертова́ться barefoot depth line huemal labrum space vision tack talc tetractys traitorousness знакомство почвовед