Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «Ç» – 62
A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
ÇA ÇE ÇÖ Çİ ÇƏ
 
ÇEVRİYYƏ
cəfa, zülm, cəza, incitmə, sitəm.
ÇÖVRİYYƏ
cəfa, zülm, cəza, incitmə, sitəm.
ÇAĞLAK
şəlalə, yüksəklikdən tökülən su, çağlayan.
ÇAĞLAQ
şəlalə, yüksəklikdən tökülən su, çağlayan.
ÇALIQUŞU
səhər tezdən oxuyan və başı tünd-qırmızı olan quş; sübh vaxtı doğulan qızlara verilən ad.
ÇARƏXANIM
tədbir tökən, əlac edən xanım.
ÇAYDAGÜL
çay gülü, çiçəyi; çaydakı gül, çiçək.
ÇERVON
5-10 manatlıq qızıl pul; 1922-47-ci illərdə SSRİ-də işlənmiş 10-luq kağız pul; u. qırmızı.
ÇEŞMƏ
bulaq, qaynaq; gözəllik mənbəyi.
ÇEŞMİ
bulaq, qaynaq; gözəllik mənbəyi.
ÇEŞMƏGÜL
bulaq gülü, çeşmə çiçəyi.
ÇEŞMİGÜL
bulaq gülü, çeşmə çiçəyi.
ÇEŞMƏXANIM
sevimli, nazlı xanım.
ÇEŞMİXANIM
sevimli, nazlı xanım.
ÇEŞMƏNAZ
naz çeşməsi, nazı çox olan, işvəli gözəl.
ÇEŞMİNAZ
naz çeşməsi, nazı çox olan, işvəli gözəl.
ÇEŞMƏNUR
işıq çeşməsi, nur çeşməsi.
ÇEŞMƏZAR
çoxlu çeşmə olan yer, çeşməlik.
ÇEŞMƏZƏR
qızıl çeşməsi.
ÇEŞMİZƏR
qızıl çeşməsi.
ÇƏLƏNG
gül və bitkilərdən düzəlmiş zinət, bəzək, tac.
ÇƏMƏN
yaşıl ot sahəsi, çəmənlik; gözəllik.
ÇƏMƏNGÜL
çəməndə bitən gül, çəmən çiçəyi.
ÇƏMƏNİ
çəmənə məxsus, çəmənə aid olan.
ÇİMƏNİ
çəmənə məxsus, çəmənə aid olan.
ÇƏMƏNNAZ
çəmənin nazı; çəmənin barı.
ÇƏMƏNNUR
çəmənin işığı, çəmənin nuru.
ÇƏMƏNZAR
çəmən olan sahə, çəmənlik.
ÇƏMƏNZƏR
çəmənin qızılı; çəməndə bitən çiçək.
ÇƏRİYYAT
qoşunlar, ordular.