Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «Ş» – 164
A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
ŞA ŞE ŞU ŞÖ ŞÜ Şİ ŞƏ
 
ŞABİKƏ
şahın ərə getməmiş qızı, şah qızı.
ŞAHBİKƏ
şahın ərə getməmiş qızı, şah qızı.
ŞADALƏM
şən, sevincli dünya, aləmin sevinci.
ŞADAN
sevincək, sevincli, məmnun, xoşbəxt olanlar, sevinənlər, şadlananlar.
ŞADBAHAR
bahar sevinci, şən bahar; sevinc baharı.
ŞADBƏYİM
bəyim sevinci; şad bəyim; sevinc bəyimi.
ŞADGÜL
şən gül, məmnun gül; şad gözəl.
ŞƏNGÜL
şən gül, məmnun gül; şad gözəl.
ŞƏNGÜLƏ
şən gül, məmnun gül; şad gözəl.
ŞADİYƏ
şadlıq, sevinc; şadlıq, sevinc bəxş edən qız.
ŞADİYYƏ
şadlıq, sevinc; şadlıq, sevinc bəxş edən qız.
ŞADLIQ
şad olma, fərəhlilik, sevinc, fərəh.
ŞAFİYƏ
şəfa verən, sağaldan; kafi.
ŞAHANƏ
şaha layiq, şaha münasib; şah qızı kimi gözəl.
ŞAHBACI
şah bacısı; şaha layiq bacı.
ŞABACI
şah bacısı; şaha layiq bacı.
ŞAHBANU
şah banusu, şah arvadı (Şahban, Şaban kimi ixtisar forması da vardır).
ŞAHBƏYİM
bax: Şah və Bəyim.
ŞABƏYİM
bax: Şah və Bəyim.
ŞAHBİBİ
bax: Şah və Bibi.
ŞAHBİKƏ
şah kimi bikə; şaha layiq bikə.
ŞAHDANƏ
böyük inci dənəsi; şaha layiq inci dənəsi.
ŞAHDOSTU
şahın dostu; dost şahı; şaha layiq dost.
ŞAHXANIM
bax: Şah və Xanım.
ŞAXANIM
bax: Şah və Xanım.
ŞAHQIZ
hörmətli qız, əsas qız, böyük qız.
ŞAHNABAD
bax: Şah və Nobat.
ŞAHNABAT
bax: Şah və Nobat.
ŞAHNOBAT
bax: Şah və Nobat.
ŞAHNAZ
zərli ipək parça; mülayim, xoşxasiyyət; "Şur" muğamının bir hissəsinin adı.