Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «Ə» – 143
ƏBADƏT
bax: İbadət.
ƏFRA
ucaldan, yüksəldən; şümşad boylu; ağcaqayın ağacı.
ƏBABİL
dağ qaranquşu, uzunquyruq.
ƏBİXANIM
böyük xanım, baş xanım (bax: Abı).
ƏBXANIM
böyük xanım, baş xanım (bax: Abı).
ƏBRU
farsca qaş; bulud, qara bulud mənasındadır, lakin müxtəlif türk dillərində «qumaş parça, dəmir lövhə, mərmər üzərindəki naxışlar» mənaları da vardır.
ƏCƏB
təəccüblü, qəribə; füsunkar, qeyri-adi.
ƏCƏBGÜL
təəccüblü gül, qəribə gül.
ƏCƏBNAZ
qəribə, ədalı, füsunkar, nazlı (qız).
ƏCƏBNİSƏ
qəribə, qeyri-adi, gözəl, füsunkar gözəl qız.
ƏCƏBNUR
heyrət doğuran işıq, qəribə parıltı.
ƏCƏBZƏR
qeyri-adi qızıl; gözəl, qəşəng qız.
ƏFAFƏ
bax: İffət.
ƏFAYƏT
yaraşıqlı bənizi, gözəl üzü olan qız.
ƏFİDƏ
qəlblər, könüllər.
ƏFİQƏ
səyyah (Ən böyük səyyah Günəşdir); macəraçı (bax: Afiq).
ƏFRA
ağcaqayın(ağacı); şümşad boylu, uca boylu.
ƏFRABƏYİM
uca və şümşad boylu bəyim; gözəl qız.
ƏFRAXANIM
uca və şümşad boylu xanım; ucaboy gözəl.
ƏFRAXATIN
uca və şümşad boylu xatın; ucaboy xatun.
ƏFRAXATUN
uca və şümşad boylu xatın; ucaboy xatun.
ƏFRUZ
işıqlandıran, yandıran; çox gözəl; odlu, işıqlı.
ƏFRUZƏ
işıqlandıran, yandıran; çox gözəl; odlu, işıqlı.
ƏFŞAN
saçan, səpələyən, səpən.
ƏFŞANƏ
saçan, səpələyən, səpən.
ƏVŞAN
saçan, səpələyən, səpən.
ƏVŞANƏ
saçan, səpələyən, səpən.
ƏFSARƏ
tac, bəzəkli papaq.
ƏFSƏRƏ
tac, bəzəkli papaq.
ƏHİYYƏ
əhya, dirilmə, canlanma, oyanma; türk, comərd, səxavətli.