Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «AB» – 20
A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AD AF AH AK AL AN AQ AR AS AT AV AX AY AZ
 
ABABİL
bax: Əbabil.
ABADƏT
bax: İbadət.
ABAGÜL
ata və anaya layiq gül; böyük gül. Hörmətli və yaşlı qadınlara verilən ad, titul. «Aba» müxtəlif türk dillərində ana, böyük bacı, əmi, ata mənasında işlənir (bax: Aba).
ABAYƏT
atalar, nənələr, ata-baba.
ABİYƏT
atalar, nənələr, ata-baba.
ABGÜL
gül suyu (bax: Gülab).
ABIGÜL
gül suyu (bax: Gülab).
ABİGÜL
gül suyu (bax: Gülab).
ABHAVA
iqlim.
ABİHAVA
iqlim.
ABHƏYAT
həyat suyu, dirilik suyu.
ABİHƏYAT
həyat suyu, dirilik suyu.
ABUHƏYAT
həyat suyu, dirilik suyu.
ABXANIM
böyük xanım, baş xanım (bax: Abı).
ABIXANIM
böyük xanım, baş xanım (bax: Abı).
ABITEL
mavi rəngli tel; göy telli qız.
ABUTEL
mavi rəngli tel; göy telli qız.
ABİDƏ
bax: Abid; heykəltaraşlıq, memarlıq, tarixi mədəniyyət və s. əsərləri; xatirə, yadigar və nişanə.
ABLA
böyük bacı; Osmanlı imperiyasında sarayda idarə, bölmə rəhbəri, başçısı.
ABUZƏNDƏ
su pərisi; su pərisi kimi gözəl qız.