Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «G» – 396
A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
GA GU
 
GAVİYƏ
güclü, qüvvətli qız.
GƏLİN
toyu edilən, yeni ailə quran qız.
GƏLİNBACI
gənc gəlinə qohumları tərəfindən verilən ad.
GƏLİNGÜL
gəlin güldür; gül kimi gəlin.
GƏLİNXANIM
gənc gəlinə müraciət forması.
GƏNÇAY
yeni görünən Ay; gözəl, qəşəng.
GƏNCƏBANİ
Gəncə banusu; Gəncə gözəli.
GƏNCƏBANU
Gəncə banusu; Gəncə gözəli.
GƏNCƏXANIM
Gəncə xanımı, Gəncə gözəli.
GƏRƏKMƏZ
gərək olmaz; daha qız gərək deyil.
GİLANAZ
nazlanan gilə, nazlı gilə.
GİLƏNAZ
nazlanan gilə, nazlı gilə.
GİLANƏ
Azərbaycanın eyniadlı çay və şəhərinin adındandır.
GİLAS
müxtəlif rəngli növləri olan çəyirdəkli şiringilə meyvə.
GİLAVAR
cənubdan əsən külək, cənub küləyi.
GİLƏVAR
cənubdan əsən külək, cənub küləyi.
GİLƏ
gilənar meyvələrinin dənəsi.
GİLƏBACI
bir nəfər bacı, gilə kimi bacı.
GİLƏBƏYİM
gilə kimi bəyim, gilə kimi gözəl.
GİLƏXANIM
bir nəfər xanım, gilə kimi xanım.
GİLƏXATIN
bir nəfər xatun, gilə kimi xatun.
GİLƏXATUN
bir nəfər xatun, gilə kimi xatun.
GİLƏNAR
ağ və ya çəhrayı çiçəkləri, ətli və çəyirdəkli meyvə, bu meyvənin ağacı.
GİLƏNAZ
gilə kimi nazlı; nazlı gilə kimi qız.
GİLƏNUR
nur giləsi, işıq zərrəsi, işıq dənəsi.
GİLƏZƏR
qızıl dənəsi, qızıl giləsi.
GİLAZƏR
qızıl dənəsi, qızıl giləsi.
GÖRGÜN
görməli, baxmalı, diqqətəlayiq.
GÖVHƏR
inci, daş-qaş, cəvahir; çox qəşəng.
GÖHƏR
inci, daş-qaş, cəvahir; çox qəşəng.