Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «H» – 159
A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
HA HE HU
 
HACIBƏYİM
Hacı Bəyim, həccə getmiş bəyim.
HACIXANIM
Hacı (bax) Xanım; həccə getmiş xanım.
HALABƏYİM
işıqlı bəyim,parlaq gözəl.
HALƏBƏYİM
işıqlı bəyim,parlaq gözəl.
HALAXANIM
işıqlı xanım, parlaq xanım; çoxgözəl qız.
HALƏXANIM
işıqlı xanım, parlaq xanım; çoxgözəl qız.
HALƏ
Ayın ətrafında bəzən görünən işıq dairəsi, parlaq dairə.
HAMAYƏ
Aya şərik olan, Ayla birgə olan.
HƏMAYƏ
Aya şərik olan, Ayla birgə olan.
HATİMƏ
son, yekun.
HAVA
diri, canlı, həyati (Qədim y. Yeva adının ərəb forması); göy, səma; hərislik; məğrurluq.
HAVVA
diri, canlı, həyati (Qədim y. Yeva adının ərəb forması); göy, səma; hərislik; məğrurluq.
HƏVVA
diri, canlı, həyati (Qədim y. Yeva adının ərəb forması); göy, səma; hərislik; məğrurluq.
HAVABƏYİM
bax: Həvva və Bəyim.
HAVAXANIM
bax: Həvva və Xanım.
HAVANİSƏ
məğrur, məlahətli qadın, həyati qadın.
HAVANUR
diri, canlı işıq; qeyri-adi gözəl qız.
HAVAZAR
ağlar hava, inildəyən hava.
HAVAZƏR
qızıl hava, gözəl hava; parlaq hava.
HEYRAN
heyrətə düşmə, çaşma; həddən artıq xoşa gələn, bəyənilən.
HEYRANƏ
heyrətə düşmə, çaşma; həddən artıq xoşa gələn, bəyənilən.
HEYRANXANIM
Heyran xanım; heyran, məftunedici xanım.
HEYRƏTXANIM
qeyri-adi xanım, gözlənilməz xanım, qəribə xanım.
HEYVA
sarı rəngli, turşməzə, üstü tüklü, xırdaçəyirdəkli meyvə və onun ağacı.
HEYVAGÜL
heyvanın gülü, çiçəyi; heyvanın gülü kimi kiçik və gözəl qız.
HEYVAGÜLÜ
heyvanın gülü, çiçəyi; heyvanın gülü kimi kiçik və gözəl qız.
HEYVAXANIM
heyva kimi xanım; heyva kimi gözəl xanım.
HƏBİDƏ
yatan, mürgüləyən.
HƏBİRƏ
xəbər verilmiş, bilici.
HƏCƏR
daş (Kəbədəki müqəddəs qara daş).