Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «Q» – 140
A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
QA QE QI QO QU
 
QAİDƏ
adət; nizam, səliqə; üsul, yol, tərz.
QAYDA
adət; nizam, səliqə; üsul, yol, tərz.
QARACA
ən qara; qarabuğdayı (qız).
QARAGİLƏ
qara gilələri olan, dənəsi qara olan.
QARAGÖZ
gözləri qara olan, qaragözlü.
QARAĞAT
xırda üzüm kimi salxımlı, turşməzə, qara və qırmızı meyvəsi olan kol bitki və onun meyvəsi; qarağat kimi qız.
QARAQAT
xırda üzüm kimi salxımlı, turşməzə, qara və qırmızı meyvəsi olan kol bitki və onun meyvəsi; qarağat kimi qız.
QARAQAŞ
qaşları qara olan adam, qara qaşlı qız.
QARASAÇ
saçı qara olan; qarasaçlı, qaratelli.
QARATEL
saçı qara olan; qarasaçlı, qaratelli.
QARAŞIN
açıq-qara, qaratəhər.
QAYDAGÜL
nizamlı, səliqəli gül.
QAYDAXANIM
nizamlı, səliqəli xanım.
QAYƏGÜL
arzulanan gül, amal olan gül.
QAYƏXANIM
arzulanan xanım, amal olan xanım.
QAYƏXATIN
arzulanan xatın, amal olan xatın.
QAYSI
rəngi sarı olan, çəyirdəkli, ətli meyvə növü və ağacı, ərik.
QAYSIBƏYİM
qaysı kimi bəyim (qız).
QAYSIXANIM
qaysı kimi xanım (qız).
QAYTAN
yumşaq iplikdən, ipəkdən hörülmüş bağ, ip.
QEYSƏRGÜL
qeysərin gülü; qeysərə layiq gül.
QEYSİYYƏ
qeysərə, hökmdara məxsus.
QƏDƏMBƏYİM
bax: Qədəm və Bəyim.
QƏDƏMGÜL
gül qədəmi, gül addımı.
QƏDƏMXEYİR
qədəmi xeyirli olan, gəlişi faydalı olan; xeyirqədəmli qız.
QƏDƏMNAZ
nazla yeriyən, qədəmləri nazlı olan, nazənin.
QƏDƏMNİSƏ
qız qədəmi, gözəl gəlişi, ayağı.
QƏDƏMNUR
qədəmi işıqlı, parlaq olan; uğur gətirən.
QƏDƏMZƏR
qədəmləri qızıl kimi, qədəmi gözəl və uğurlu olan.
QƏDİMBACI
bax: Qədim və Bacı.