Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «S» – 390
A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
SA SE SI SO SU SV
 
SABAGÜL
sabah gülü, səhər açılan gül.
SƏBAGÜL
sabah gülü, səhər açılan gül.
SABAHGÜL
sabah gülü, səhər açılan gül.
SABAH
səhər, sübh.
SABAHƏT
sabahlıq, səhərlik; gözəllik, lətiflik.
SABAHXANIM
səhər xanımı, sübh xanımı; Günəş; gözəl xanım.
SABAHİYYƏ
sabaha aid olan; sabahlar, səhərlər.
SABAHNAZ
sabahın nazı, nazlı sabah, səhər.
SABAHNİSƏ
səhər qadını; səhər kimi gözəl qız.
SABAHNUR
səhər nuru, sübh işığı; parlaq gözəl; səhər Günəşi.
SABAHŞƏN
«sabah» və «şən» sözlərindən düzəlmiş, «səhərin sevinci, şənliyi» deməkdir.
SABAHZƏR
qızıl sabah; sabahın şəfəqləri.
SABAT
«səbat» sözündən düzəlmiş, «dözüm, mətanət» deməkdir.
SƏBAT
«səbat» sözündən düzəlmiş, «dözüm, mətanət» deməkdir.
SABİGƏ
səbirli, dözümlü.
SABİQƏT
gözəllik.
SABİLƏ
natiq, gözəl danışan qadın; yolçu, yol gedən.
SABİYƏ
kiçik qız, qız uşağı, balaca qız.
SƏBİYYƏ
kiçik qız, qız uşağı, balaca qız.
SƏBUYƏ
kiçik qız, qız uşağı, balaca qız.
SAÇLI
hörüyü olan, uzun saçları olan.
SADƏGÜL
sadə gül, sadə çiçək.
SADƏT
xoşbəxtlik, bəxtiyarlıq, ağgünlük.
SƏADƏT
xoşbəxtlik, bəxtiyarlıq, ağgünlük.
SADİYƏ
səsə, sədaya aid olan.
SAFURA
parlaq, işıqlı ulduz.
SAFURƏ
parlaq, işıqlı ulduz.
SƏFURƏ
parlaq, işıqlı ulduz.
SAFİRƏ
parlaq, işıqlı ulduz.
SAHİBCAMAL
gözəl, göyçək, camallı.