Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «V» – 32
A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
VA VE
 
VAQİYƏ
hadisə, əhvalat, macəra; yuxu, röya.
VALANAZ
yaxşı naz etməyi bacaran (Dialektlərdə “vala” sözünün “yumşaq”, “mülayim” kimi mənaları da vardır).
VENERA
Roma mifologiyasında məhəbbət və gözəllik ilahəsi.
VƏCAHƏT
gözəllik, gözəl üz; şan, şöhrət, şərəf.
VƏCİBƏ
vəzifə, borc.
VƏCİHƏ
gözəl, qəşəng, ürəyəyatan, lətif.
VƏCİHİ
əsil, əsilzadə; şərəflə, şanla bağlı olan.
VƏCİYYƏ
hörmətli, layiqli; gözəl, qəşəng, hökmdar.
VƏFA
vəfalı olma, sədaqət, etibar.
VƏFAGÜL
sədaqətlilik gülü, vəfa gülü.
VƏRDA
qızılgül.
VƏSADƏT
araya girmə; vasitəçilik; havadar çıxma.
VƏSAMƏ
gözəllik, göyçəklik, qəşənglik.
VƏSAMƏT
gözəllik, göyçəklik, qəşənglik.
VƏSFİ
tərif etməyə aid, vəsfə məxsus.
VƏSFİYYƏ
tərifə layiq, vəsf edilməli.
VƏSVİYYƏ
tərifə layiq, vəsf edilməli.
VƏSXANIM
vüsətli xanım, tərifə layiq xanım.
VƏSLİCAHAN
dünyaya qovuşma; cahana birləşmə.
VƏSMƏ
saç və qaşa çəkilən qara rəng, boya, basma.
VƏSMİYYƏ
saç və qaşa çəkilən qara rəng, boya, basma.
VƏSMƏGÜL
gül boyası, gül rəngi; vəsmə gülü.
VƏSMİCAHAN
dünyanın rəngi, aləmin boyası.
VƏTƏNGÜL
doğma yurdun, ölkənin çiçəyi, gülü.
VƏZİFƏ
iş, xidmət, məmuriyyət.
VƏZÖHƏ
açıq, aşkar; aydınlıq, aşkarlıq.
VƏZUHƏ
açıq, aşkar; aydınlıq, aşkarlıq.
VƏZZUHA
açıq, aşkar; aydınlıq, aşkarlıq.
VƏZDUHƏ
açıq, aşkar; aydınlıq, aşkarlıq.
VİSULƏT
arzuya yetişmə, istəyə çatma; nail olma.