Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «X» – 144
A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
XA XE XI XO XU
 
XAQANƏ
xaqana, hökmdara aid; xana layiq gözəl.
XƏQANƏ
xaqana, hökmdara aid; xana layiq gözəl.
XALABACI
xalanın bacısı, xalanın böyütdüyü; xalaya bənzər qız.
XALIGÖZƏL
gözəl xalı olan, xallı gözəl.
XALINUR
xalı nur olan, nur kimi xalı olan; üzündə parlaq xalı olan.
XALİYYƏ
azad; sahibsiz; sərbəst.
XALLI
üzündə xalı olan (qız).
XALLIGÜL
xalı olan gül; xallı gözəl.
XALLIZƏR
xallı qızıl, qızıl xalı; qızıl kimi xallı qız.
XALMİRƏ
qəzəbli, kinli; qəzəbli qız.
XANANA
xan kimi ana, böyük ana.
XANBACI
xan bacısı; xana layiq bacı; böyük bacı.
XANBƏYİM
xan arvadı, hökmdar arvadı; baş bəyim, böyük bəyim.
XANBİBİ
xan kimi bibi, böyük bibi.
XANBİKƏ
xan kimi qız, böyük xanım.
XANBUTA
xan, hökmdar nişanəsi.
XANCAN
xan ruhlu, xan ürəkli, xana bənzər gözəl.
XANDOSTU
dayı və əmi arvadlarına hörmət üçün verilən ad.
XANGÖZƏL
xan kimi gözəl, böyük gözəl.
XANGÜL
xan gülü, xana layiq gül; ən gözəl qız.
XANXANIM
xanımlar xanımı.
XANI
“xan”la başlanan adların əzizləmə forması.
XANIGÜL
süfrə, xonça gülü, çiçəyi, balıq gülü.
XANIM
mənim xanım; xan qadını; qadınlara müraciət forması.
XANIMAĞA
bax: Xanım və Ağa.
XANIMANA
xanım ana.
XANIMBACI
xanım kimi bacı.
XANIMBALA
xanım kimi bala (qız).
XANIMBƏYİM
xanım kimi bəyim, böyük bəyim.
XANIMBİBİ
xanım kimi bibi, böyük bibi.