Толковый словарь азербайджанских женских имен.

Всего статей – 4133, статей на «Y» – 65
A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
YA YE YI YU
 
YAĞMURÇA
balaca ceyran; balaca xallı maral.
YAXŞI
müsbət keyfiyyətləri üstün olan; sevincli, mehriban.
YAXŞIBƏYİM
bax: Yaxşı və Bəyim.
YAXŞIÇİÇƏK
yaxşı çiçək, yaxşı gül, gözəl gül-çiçək.
YAXŞIGÜL
yaxşı çiçək, yaxşı gül, gözəl gül-çiçək.
YAXŞIXANIM
bax: Yaxşı və Xanım.
YAXŞIQIZ
yaxşı, xoşagələn qız.
YAXŞINİSƏ
xoşagələn qız, bəyənilən qız.
YAQUT
qırmızı rəngli qiymətli parlaq daş.
YANARGÜL
yanan gül, alovlanan gül; qırmızı gül.
YARAŞIQ
bəzək, ziynət; qəşənglik, gözəllik.
YARPAQ
ağac, kol, başqa bitkilərin yaşıl hissələri; vərəq, səhifə.
YARPIZ
su kənarlarında bitən çöl nanəsi.
YASƏMƏN
müxtəlif rəngli salxımvarı çiçəklər açan kol.
YAŞILXANIM
təzə, yeni xanım, cavan xanım.
YAVRUM
mənim cocuğum, mənim balam, mənim körpəm.
YAVRUMA
mənim cocuğum, mənim balam, mənim körpəm.
YAYGÜL
yay gülü, yayda açılmış gül.
YAYGÜLÜ
yay gülü, yayda açılmış gül.
YAYLA
yayda sərin və səfalı yerdə istirahət etmək; saf, ürəyitəmiz.
YAYNAZ
yay nazı, yay işvəsi; nazlı, işvəli yay.
YAZBAHAR
eyni mənalı “yaz” və “bahar” sözlərindən düzəlmişdir.
YAZBƏHƏR
yaz meyvəsi, baharın barı, nəticəsi.
YAZBİKƏ
yaz bikəsi, bahar gözəli, qızı.
YAZÇİÇƏK
bahar çiçəyi, yaz gülü, yazda açan gül.
YAZGÜL
bahar çiçəyi, yaz gülü, yazda açan gül.
YAZDAGÜL
bahar çiçəyi, yaz gülü, yazda açan gül.
YAZGÜLÜ
bahar çiçəyi, yaz gülü, yazda açan gül.
YAZNURƏ
yaz nuru, yaz işığı; nurlu, işıqlı yaz kimi qız.
YEGANƏ
tək bir, bircə, vahid.