XANBUTA
XANDOSTU
OBASTAN VİKİ
Təbriz Xancanov
Təbriz Məhəmmədəli oğlu Xancanov (9 iyun 1996; Göyçay rayonu, Azərbaycan — 19 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Təbriz Xancanov 1996-cı il iyunun 9-da Göyçay rayonunun Qəbələ Müsgürlü kəndində anadan olub. == Hərbi xidməti == Təbriz Xancanov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Təbriz Xancanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Xancanov oktyabrın 19-da Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Xancanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Значение слова в других словарях

а́рочка вахтерша издева́тельский изобрета́тельность лжепроро́к митка́левый несинхро́нный прароди́тельский стра́нно трубопрока́тчик электропи́льщик ава́нсом вздремну́ться опознава́ться отжи́мки раска́шиваться чувстви́тельно accommodate bedworthy drive-in panda pinner step-down transformer war разориться