Lamiyə Səlimova
== Həyatı ==
Lamiyə Oleq qızı Səlimova (Lamiyə Ərən) 19 yanvar 1985-ci il tarixində Qax şəhərində anadan olub. 1991-ci ildə Siyəzən şəhərində Şirin İsmayılov adına 3 saylı orta məktəbin birinci sinfinə gedib. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində estrada aktyorluğu ixtisası üzrə təhsil alıb. 2008-2009-cu illərdə dünya şöhrətli kinossenarist Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Akademiyasında oxuyub. 2011-ci ildə Azərbaycan Dövlət Gənclər və İdman Nazirliyinin dəstəyi, millət vəkili Jalə Əliyevanın layihəsi ilə həyata keçirilən Milli Qəhrəman Mübariz İbrahimov adına I Ümumrespublika Teatr Festivalının "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsinin "Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturaya qəbul olub. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır. Hazırda İTV-nin Müəlliflər və Redaktorlar Departamentində böyük redaktordur.
== Filmoqrafiya ==
Aztv-nin 2002 - ci il bayram çəkilişlərində Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırovla və digər sənətkarlarla tərəf müqabili
Simuzər (AZTV 2003, telefilm) aktrisa (Supərisi)
Toy (AZTV 2004, tammetrajlı film-tamaşa) – aktrisa (gəlinin rəfiqəsi)
Boyunbağı (AZTV 2005, tammetrajlı film-tamaşa) – aktrisa (qonaq)
Qafqaz (2006, tammetrajlı bədii film) – aktrisa
Balqabaq (İTV 2007, qısametrajlı bədii film) – aktrisa (yuxu mələyi)
Qovğalı kəndinin gecələri (İTV, 2007, tammetrajlı bədii film) – aktrisa (Xasməmmədin gəlini)
Prokuror (2008, tammetrajlı bədii film) – aktrisa (Mehmanın arvadı)
Səbəb (2009, qısametrajlı bədii film) – aktrisa
Sonuncu dərviş (2009, tammetrajlı film) aktrisa
220 №-li otaq (İTV 2010, qısametrajlı bədii film) - aktrisa
Qərar anı (2010, qısametrajlı bədii film) – aktrisa
Kor rəssam (2011, qısametrajlı bədii film) aktrisa
Mat (2010, qısametrajlı bədii film) – aktrisa
Həyat varsa (2012, "Nuranə və..." teleserial. baş rol ifaçısı)
Həyat varsa (2012, "Oğurlanmış uşaq" teleserial.