ZEYBƏXANIM
ZEYVƏ
OBASTAN VİKİ
Zeynəb
Zeynəb, Zeynəbi-Kubra, Zeynəb bint Əli (ərəb. زينب بنت علي‎; 626, Mədinə – 682 və ya 684, Dəməşq) — Məhəmməd peyğəmbərin nəvəsi. Zeynəb hicrətdən 5 il sonra doğulub. O, beş ilə qədər babası Peyğəmbərlə bir zamanda yaşamışdır. Zeynəb aşura hadisəsindən sonra həm əsirlər karvanındakı qadınlara və uşaqlara rəhbərlik etmişdi.Zeynəb Əli və Fatimənin qızı idi. Hicrətin beş və ya altısında Mədinədə dünyaya gəlmişdir. Özü Hüseyn ilə birlikdə Kərbəlada yer alıb. Kərbəla döyüşü sonrasında Məhərrəmin onunda (Aşura günü) bir qrup tərəfdarlar ilə birlikdə əsir düşmüş və Kufəyə, oradan da Şama aparılmışdır. Əsarəti boyu başqa əsirləri qoruyub saxlaması ilə yanaşı insanları irşad edici, aydınlaşdırıcı xütbələr də oxumuşdur. Tarixi qeydlərə görə Hicrətin 63-cü ilində Şamda vəfat etmiş və orada dəfn edilmişdir.
Bibişah Zeynəb
Zeynəb Paşa (az.-əbcəd زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar. Sonra isə onlar həmin buğdanı qışda kasıb insanlara baha qiymətə satırdılar.
Onbaşı Zeynəb

Xınalıqlı Zeynəb
Xınalıqlı Zeynəb — XII əsrdə yaşamış xınalıqlı şairə. Xınalıqlı Zeynəb Şirvan şahı Böyük Mənuçöhrün sarayında şairə kimi fəaliyyət göstərmişdir.
Zeynəb (ad)
Zeynəb (ərəb. زينب‎) — qadınlara verilmiş bir ərəbcə addır. Qədim arami xalqının dilində Zenobia adı vardı və mənası "səhra gülü" və ya "bəzəkli ağac"dır. Beləcə "Zeynəb" adının "Zenobia" nın bir modifikasiyası olduğuda güman olunur ki İslamdan qabaq Suriyalı kraliçanın adı idi. Bu adı olan tanınmış insanlar Zeynəb — Məhəmməd peyğəmbərin nəvəsi. Zeynəb Kazımova — Ssenari müəllifi, aktrisa. Zeynəb Xanlarova — müğənni, xanəndə, Azərbaycan SSR xalq artisti. Zeynəb Məmmədyarova — Azərbaycan şahmatçısı. Zeynəb Qəmbərova — pambıq ustası. Sosialist Əməyi Qəhrəmanı.
Zeynəb (Ərdəbil)
Zeynəb (fars. زناب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (18 ailə).
Zeynəb Bastık
Zeynəb Bastık (8 iyul 1993, Çanaqqala) — Türkiyə müğənnisi. == Həyatı == Zeynep Bastık 8 iyul 1993-cü ildə Çanaqqalada anadan olub. Üç yaşında ikən ailəsi İzmirə köçəndə orta və liseyi burada bitirib. O, nənəsi tərəfindən alban əsillidir. 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə professional musiqiyə başlayıb. 2012-ci ilə qədər bu qrupla İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə səhnə aldı. O, bir müddət Anadolu Alovunda rəqqasə kimi də iştirak edib. Murat Dalkılıçın "Luzumsuz Savaş" mahnısının vokalisti kimi çıxış edib və üç il Dalkılıçın vokalisti kimi davam edib. Dalkılıçın dəstəyi ilə 2014-cü ildə ilk sinqlı "Fırça"nı buraxdı. Daha sonra Dalkılıç vokalçılığını tərk edərək solo karyerasına davam edib.
Zeynəb Behbudova
Zeynəb Zalı qızı Behbudova (Beyləqan rayonu) — Azərbaycanın populyar muğam xanəndəsi və estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti
Zeynəb Biişeva
Zeynəb Abdulla qızı Biişeva (rus. Зайна́б Абду́лловна Бии́шева, başq. Зәйнәб Абдулла ҡыҙы Биишева; d. 15 yanvar 1908, Tuyömbət, Orenburq quberniyası, Rusiya imperiyası — ö. 24 avqust 1996, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstan xalq yazıçısı, nəsr yazıçısı, şairə, dramaturq, tərcüməçi. == Bioqrafiyası == Zeynəb Biişeva 15 yanvar 1908 tarixində Rusiya İmperiyasının Oreburq quberniyasında yerləşən Tuyömbət kəndində anadan olmuşdur. Biişeva Orenburq Başqırd Pedaqoji Kollecini bitirmişdir. Təlimini bitirdikdən sonra, 1929-1931-ci illərdə Baymak rayonunun Teməs kəndində müəllim olaraq işləmişdir. Ufa Qabaqcıl Təlim Kurslarını (1931) bitirdikdən sonra, Başqırd Nəşriyyat Evinin "Pioner" jurnalının redaktoru (Şairin ilk əsəri olan "Şəlalələr arasında" 1930-cu ildə burada nəşr olunmuşdur) olmuşdur. 1941-ci ildə şairənin ilk kitabı olan "Partizan oğlan" nəşr olunmuşdur.
Zeynəb Bəyim
Zeynəb Bəyim (az.-əbcəd زئینب بییم‎; fars. زینب بیگم‎; XVI əsr, Qəzvin – 31 may 1640, Qəzvin) — Səfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir. == Erkən illəri == Zeynəb Bəyim, şah I Təhmasibin gürcü əsilli şahzadə Hurixan xanımdan olan qızıdır. Onun doğum tarixi məlum deyil. Şamlı qızılbaş tayfasının yüksək rütbəli nümayəndəsi Şahqulu bəy Zeynəb Bəyimə hələ o gənc yaşlarında ikən lələ təyin edilmişdir. Atası 1576-cı ildə vəfat edəndə və yerinə II İsmayıl (1576–1577-ci illərdə hakimiyyətdə olmuşdur) keçəndə o, Durmuş xan Şamlının nəvəsi Əliqulu xan Şamlı ilə evlənmişdir.
Zeynəb Cavadlı
Zeynəb Cavadlı — Azərbaycanın bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası. == Həyatı == Əslən Naxçıvanlı olan Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olmuşdur. == Karyerası == O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış etmişdir. 2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətini yekunlaşdıraraq, məşqçilik karyerasına başlamışdır. Bir müddət Türkiyənin "İstanbul Genclik Spor Kulübü" və "Anabilim Jimnastik Kulübü"ndə çalışmış, 2013-cü ildən etibarən isə özünün gimnastika məktəbini açmışdır. == Ailəsi == Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl-Məktuma ərə getmişdir. Onlar 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olmuş və elə həmin il də evlənmişlər. 2016-cı ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilmişdir. Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır.
Zeynəb Hümmətova
Zeynəb Mübariz qızı Hümmətova (6 dekabr 1999, Şəki) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Zeynəb Hümmətova Azərbaycanı 2018, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2018-ci ildə 1 bürünc, 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Zeynəb Hümmətova həm də 2018, 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. Zeynəb Hümmətova Azərbaycan idmanı tarixinin ən titullu bədii gimnastıdır.
Zeynəb Kazımova
Zeynəb Talıb qızı Kazımova (27 dekabr 1912 – 25 sentyabr 1984) — Azərbaycan rejissoru, ssenaristi. == Həyatı == Zeynəb Kazımova 27 dekabr 1912-ci ildə anadan olmuşdur. Kinoda 1937-ci ildən rejissor, ssenari müəllifi, rejissor assistenti, montaj üzrə assistent, ikinci rejissor, rejissor köməkçisi və aktrisa kimi çalışmışdır. == Filmoqrafiya == Axırıncı namaz (film, 1963) Akif Cəfərovun briqadası (film, 1960) Almaz (film, 1936)(tammetrajlı bədii film)-rol: komissiyanın üzvü Arşın mal alan (film, 1945) Azərbaycan SSR (film, 1971) Bakının işıqları (film, 1950) Bəxtiyar (film, 1942) Bir ailə (film, 1943) Biz bu xatirəyə sadiqik (film, 1975) Dağ meşəsindən keçərkən... Dəcəl dəstə (film, 1937) Əzim Əzimzadə (film, 1967) Fətəli xan (film, 1947) Gəmilər tarlaya çıxır (film, 1975) Həyat öyrədir (film, 1961) İgidliyin əbədidir sənin (film, 1971) İliçin döyünən qəlbi (film, 1967) İşıqlı yol (film, 1974) Kolxoz tarlalarının qəhrəmanları (film, 1950) Muğan qızı (film, 1972) O geri çəkilməlidir (film, 1966) Odlu burulğanın ram edilməsi (film, 1976) Oktyabrın qələbə addımı ilə (film, 1974) Sevil Qazıyeva (film, 1970) Səbuhi (film, 1941) Sürəyya (film, 1973) Telefonçu qız (film, 1962) Umnisə xanım (film, 1969) Usta Aslan (film, 1972) Yeni horizont (film, 1940) Yollar və küçələrlə (film, 1963) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Zeynəb Məmmədyarova
Zeynəb Həmid qızı Məmmədyarova (3 oktyabr 1983, Sumqayıt) — Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster. == Həyatı == Zeynəb Məmmədyarova 1983-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Azərbaycan Beynəlxalq Universitetini bitirib. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeysterdir. Məşqçisi Həmid Məmmədyarovdur. == İctimai fəaliyyəti == 2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü, 2013-cü ilin sentyabr ayında isə Sumqayıt bələdiyyəsinin sədr müavini seçilmişdir. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olur. === Uğurları === 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi (İspaniya, 2000); 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı (Bakı, 2002); Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı (Sloveniya - öz taxtasında, 2002); 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı (Naxçıvan, 2003). == İstinadlar == == Xarici keçidlər == FIDE Chess Profile Zeinab Mamedjarova.
Zeynəb Paşa
Zeynəb Paşa (az.-əbcəd زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar. Sonra isə onlar həmin buğdanı qışda kasıb insanlara baha qiymətə satırdılar.
Zeynəb Qəmbərova
Zeynəb Qəmbərova (12 iyun 1916, Ərəbocağı, Ərəş qəzası – 1978, Ərəbocağı, Ağdaş rayonu) - pambıq ustası. Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Ağdaş rayonunda anadan olub. 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 3, 5-8-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Zeynəb Sevər
Zeynəb Sevər (türk. Zeynep Kübra Sever Demirel; d. 9 iyul 1989, İstanbul, Türkiyə) — "2009 Miss Belçika" gözəliZeynəb Sevər Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl ilə 21 sentyabr 2010-cu ildə evlənmişdir. Cütlüyün 8 fevral 2014-cü ildə Yade adında bir qız övladı anadan olmuşdur. Bir müddət səhnədən uzaq qalan Zeynəb 2016-cı ilin oktyabr ayında 6 illik fasilədən sonra İstanbul Moda Həftəsində çərçivəsində təşkil edilən dəfilədə yenidən podiuma çıxmışdır.
Zeynəb Sultan
Zeynəb Sultan (1617-1619) - I Əhmədin qızıdır. Anasının kim olduğu bilinmir. Dünyaya gəldikdən bir neçə ay sonra atası vəfat etmişdir. Özü isə hələ 2 yaşında körpə ikən vəfat etdi.
Farah Zeynəb Abdullah
Farah Zeynəb Abdullah (tam adı: türk. Farah Zeynep Abdullah; 17 avqust 1989, İstanbul) — Türkiyə aktrisası və müğənnisi. == Həyatı == Farah 17 avqust 1989-cu ildə İstanbulun Beşiktaş səmtində dünyaya göz açmışdır. Anası Gülay Makedoniya, Türkiyə (Krımdan) və Bosniya əsillidir. Atası Osman İraq türkmanlarındandır (Ərbildən). Müharibənin başlaması ilə atası Osman hələ uşaq olarkən ailəsi Türkiyəyə miqrasiya edir. Osman türk əsillidir və ərəb dilini bilmir. Bununla belə, İraqda hərbi xidmət keçmişdir.Farahın iki qardaşı var. Atasının işi ilə əlaqədar ailəsi Londona köçənədək orta təhsilini Sen-Mişel fransız liseyində almışdır. Hazırda öz işi ilə əlaqədar İstanbulda yaşasa da, Farahın bütün ailə üzvləri İngiltərədədir.
Həzrət Zeynəb məscidi
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid. Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
Zeynəb Səlimova
Zeynəb Səlimova (d. Bakı ş.) — yazıçı, “Peşəkar Star” mükafatçısı. == Həyatı == Zeynəb Səlimova Bakıda dünyaya gəlib. Səkkizinci sinfədək 23 nömrəli məktəbdə oxuyub. Tam orta təhsilini 134 nömrəli məktəbdə alıb. 1997-2001-ci illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakültəsində beynəlxalq biznesin idarə olunması ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə magistr dərəcələrinə yiyələnib. 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. == Əmək fəaliyyəti == 2001-ciildə turizm agentliklərinin birinin satış şöbəsində çalışıb. 2003-cü ildə ailə qurduğu üçün bir müddət heç yerdə işləməyib, 2005-ci ildə “Elegant Travel” turizm şirkətini yaradaraq dörd il həmin şirkətə rəhbərlik edib. Eyni zamanda akademik Ziya Səmədzadənin rəhbərliyi altında elmi iş üzərində işləyərək 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
Zeynəb Xanlarova
Zeynəb Yəhya qızı Xanlarova (28 dekabr 1936, Bakı) — Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti (1980), Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), "Heydər Əliyev" ordeni laureatı (2016). == Həyatı == Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib. == Yaradıcılığı == 1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır.
Zeynəb Xatun
Zeynəb Xatun (1420 – 1474) — Divan ədəbiyyatının ilk qadın şairi olaraq tanınır. Mehri Xatun ilə eyni dövürdə yaşamışdır. == Həyatı == XV əsrdə Amasyada yaşamışdır. Qazi qızı, həmçinin qazi yoldaşı olduğu deyilir. Müasiri olan Mehri Xatun ilə aralarında lətifələr və qarşılıqlı deyişmələri vardır. Divanı, Sultan Mehmedin adına tərtib edilmişdir. Zeynəb Xatunun şeirlərində qadınların yadırğayacağı bir sıra düşüncələr vardır; Qadının istəklərinə acgözlülük olaraq baxmış və dövrünün qadınının alçalma kimi hallardan qurtulma istəyini tez-tez dilə gətirmişdir. Zeynəb Xatun, bir şair olaraq qəbullanmaq üçün arzularının "mərdanə" (kişiyə yaraşan, mərdcəsinə) olmağını istəmişdir. Eyniylə təvazökar bir kişi kimi alicənab olmaq istədiyini vurğulamışdır. Yumşaqlıq, istiqanlılıq kimi qadına məxsus xüsusiyyətləri, zəiflik və ruhi əskiklik olaraq görmüşdür.
Zeynəb bacı
Zeynəb Paşa (az.-əbcəd زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar. Sonra isə onlar həmin buğdanı qışda kasıb insanlara baha qiymətə satırdılar.
Zeynəb Çopur
Zeynəb Çopur — Türkiyəli aktrisa. == Həyatı == Zeynəb Çopur 1987-ci ildə martın 7-də İstanbulda anadan olub .
Həzrət Zeynəb məscidi (Gəncə)
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid. Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
Salam, Zeynəb! (film, 1982)
== Məzmun == Müğənni Zeynəb Xanlarovanın yaradıcılığını əhatə edən film-konsertdir.
Zeynəb (film, 1940)
Zeynəb — 1940-cı ildə istehsal olunmuş Misir filmi. == Mövzu == Bu film məşhur ərəb yazıçısı Hüseyn Haykalın eyni adlı əsərinin ekran variantı idi. Filmi həmin illərdə daha çox populyarlıq qazanmış, kinematoqraf təhsilini Berlində almış Məhəmməd Kərim çəkmişdi.
Zeynəb Sultan (III Əhmədin qızı)
Zeynəb Asimə Sultan (Osmanlıca: زينب بن احمد - ساليس) (8 aprel 1714, Konstantinopol, Osmanlı imperiyası – 25 mart 1774, Konstantinopol, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. == Həyatı == Zeynəb Sultan 1714-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə Rabiyə Şərmi Sultandır. 14 yaşı olanda Nevşəhərli İbrahim Paşanın qardaşı oğlu miraxur Mustafa ağayla evləndirildi. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik 5 il sonra 1733-cü ildə həqiqi evliliyə çevrildi. 30 illik evliliyinin ardından 1764-cü ildə əri vəfat etdi. Ertəsi il isə Mələk Mehmed Paşa ilə evləndirildi və bu evliliyi ölümünə qədər davam etdi. Bu evlilikdən Sultanzadə Mahmud bəy adlı bir oğlu dünyaya gəldi. Əri isə gələcəkdə sədarətə qədər yüksəldi. Öz adına inşa etdirdiyi Zeynəb Sultan külliyəsinin həyətindəki türbəyə dəfn olundu.
Zeynəb Sultan Səfəvi
Zeynəb Bəyim (az.-əbcəd زئینب بییم‎; fars. زینب بیگم‎; XVI əsr, Qəzvin – 31 may 1640, Qəzvin) — Səfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir. == Erkən illəri == Zeynəb Bəyim, şah I Təhmasibin gürcü əsilli şahzadə Hurixan xanımdan olan qızıdır. Onun doğum tarixi məlum deyil. Şamlı qızılbaş tayfasının yüksək rütbəli nümayəndəsi Şahqulu bəy Zeynəb Bəyimə hələ o gənc yaşlarında ikən lələ təyin edilmişdir. Atası 1576-cı ildə vəfat edəndə və yerinə II İsmayıl (1576–1577-ci illərdə hakimiyyətdə olmuşdur) keçəndə o, Durmuş xan Şamlının nəvəsi Əliqulu xan Şamlı ilə evlənmişdir.
неупусти́тельно неэквивале́нтный предъяви́ть разми́нка транжи́ра шара́шка гнуса́вый давану́ть зре́лость зюйд-о́стовый му́жний редкосто́йный тамада́ чу́дный эксплуати́ровать кочкар(ь) calorimeter cowpat dating machine Esthonian front-end immunocyte restaurant car volubility вещественный