AR
ARA
OBASTAN VİKİ
.ar
.ar — Argentinanın internet kodu.
Ar
Ar (fr. are lat. area "sahə") — sahənin vahid ölçü sistemlərindən kənar ölçü vahidi, hər tərəfi 10 metrə bərabər kvadrat sahəsidir. Аr ölçü vahidi kimi Birinci Fransa Respublikası tərəfindən 7 aprel 1795-ci ildə müəyyən edilib. Bu qanunda "ar" sözü də müəyyən edilib lat. area və fr. aire, «sahə, səth, çöl».
AR-1A
Çinin son dönəmdə bazara təqdim etdiyi RYAS-lar arasında daha çox diqqət cəlb edəni AR-1A sistemidir. A-100 RYAS–nin təkmilləşdirilmiş modeli olan AR-1A-nın seriyalı istehsalına 2009-cu ildə başlanılıb və həmin il ilk nümunələri Çin Xalq Azadlıq Ordusunun silahlanmasında qəbul edilib. Ermənistanın da adıçəkilən sistemdən açıqlanmayan sayda əldə etməsinə dair məlumatlar mövcuddur. Mütəxəssislər tərəfindən “Smerç”in “dəqiq əksi” adlandırılan AR-1A sisteminin istifadə etdiyi raketlərin işlənib hazırlanmasında Rusiyanın “Splav” Dövlət Elmi Tədqiqatlar İnstitutunun əməyi var. Sələfi A-100-lərdə olduğu kimi AR-1A kompleksi 10 buraxıcıdan ibarətdir. İstehsalçının məlumatına görə, sistemin yürüş halından döyüş halına gətirilməsi 5 dəqiqəyə mümkündür. Sistemin yaylım atəş vaxtı 60 saniyə təşkil edir. AR-1A sistemi üçün hazırlanmış kaset tipli BRE2 raketlərinin uçuş mənzili 60–130 km (döyüş başlığı –fuqas tipli, məhvedici elementlərlə) təşkil edir. Bu raketlərin döyüş başlığının çəkisi 190 kq, effektiv məhvetmə radiusu 100 metrdir. Kaset tipli BRE3 raketlərinin isə uçuş məsafəsi 20–70 km-dir.
Ar-nuvo
Modern (fr. moderne — müasir) — XIX əsrin sonu - XX əsrin əvvəllərində (Birinci Dünya Müharibəsi başlamazdan əvvəl) ən çox yayılmış memarlıq, dekorativ və tətbiqi incəsənət və sənətkarlıq sahəsində bədii istiqamət. Modernitənin fərqli xüsusiyyətləri daha təbii, "təbii" xəttlər, yeni texnologiyalara (məsələn, memarlıqda) maraq və düzəlişin tətbiqi sənətinin bərqərar olması üçün düz xətt və açılardan imtina edir. Müasir yaradılmış əsərlərin bədii və faydacı funksiyalarını birləşdirməyə, gözəllik sahəsində insan fəaliyyətinin bütün sahələrini əhatə etməyə çalışdı. == Termin == Müxtəlif ölkələrdə üslubda müxtəlif adları mövcuddur: Fransada — «ar-nuvo» (fr. art nouveau, hər. «yeni sənət») və ya «fin de siècle» (fr. «əsrin sonu»); İngiltərədə — «müasir üslub» (ing. modern style); Almaniyada — «yuqendştil» (alm. Jugendstil‎ — «gənc üslub» — 1896-cı ildə təsis edilmiş Jugend jurnalın adı altında ); Avstriyada, Çexoslovakiyada və Polşada — «setsession» (alm.
K'ar
𐕄 (səslənməsi: /k'/; transkripsiyası: Ḳ, ḳ) — Alban əlifbasının 21-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Կա́ր (Kár) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adındakı diakritik işarə əslində bu hərfin udlaqlaşmasını göstərir. Müasir Udi dilində əsasən K' hərfi kimi qalmışdır. Qrafem olaraq yunan əlifbasındakı Σ hərfi ilə bənzərdir.
Müjde Ar
Kamile Suat Ebrem (d. 21 iyun, 1954-cü il) — Türkiyə kino aktrisası.
Müjdə Ar
Kamile Suat Ebrem (d. 21 iyun, 1954-cü il) — Türkiyə kino aktrisası.
Q'ar
𐕍 (səslənməsi /q'/, transkripsiyası Q̇, q̇) — Alban əlifbasının 30-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Կա́ռ (Kár̄) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Q'ar" olmalıdır, çünki diakritik işarə açıq-aşkar erməni əlifbasında olmayan səsi bildirir və bu, udlaqlaşmış fonemin göstəricisidir. Bundan əlavə, tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində q hərfinə çevrilmişdir. Qorxu mənasına gələn alb. 𐕍𐕞𐕡 (q̇üw) və udi q'ı̆, iyirmi mənasına gələn alb. 𐕍𐕈 (q̇å) və udi qo, sümük mənasındakı alb. 𐕆𐕞𐕡𐕍𐔴𐕎 (hüwq̇en) və udi ŭq'ĕn sözləri bu qanunauyğunluğun sübutudur. Erməni tədqiqatçı Aşot Abramyan isə səhvən bu hərfi Y hərfi ilə eyniləşdirirdi.
Ar-Syur-Forman
Ar-sür-Forman (fr. Ars-sur-Formans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Coğrafiyası == O, 35 km şimalda Lion və dəniz səviyyəsindən 226–281 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1367 nəfər təşkil edirdi. == Tarixi == Ar kəndinin adı ilk dəfə 969-cu ilə aid sənədlərdə qeyd olunur. XI əsrdə zadəgan ailəsinə məxsus olan Ar, sonra bu torpaqları Lion yaxınlığındakı bir monastıra köçürdü. Təxminən 1409-cu ildə, dini müharibələr zamanı kənd tamamilə yandırıldı.
Ar-sür-Forman
Ar-sür-Forman (fr. Ars-sur-Formans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Coğrafiyası == O, 35 km şimalda Lion və dəniz səviyyəsindən 226–281 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1367 nəfər təşkil edirdi. == Tarixi == Ar kəndinin adı ilk dəfə 969-cu ilə aid sənədlərdə qeyd olunur. XI əsrdə zadəgan ailəsinə məxsus olan Ar, sonra bu torpaqları Lion yaxınlığındakı bir monastıra köçürdü. Təxminən 1409-cu ildə, dini müharibələr zamanı kənd tamamilə yandırıldı.
Beretta AR-70
Beretta AR-70 — İtaliyanın "Beretta" şirkəti tərəfindən istehsal olunmuş avtomat == Tarixi == 1968-ci ildə "Beretta" şirkəti 5,56×45 mm gilizi üçün nəzərdə tutulmuş yeni silahın konstruksiyasına başlayır. Nəzərdə tutulmuşdurki yeni silah yeni silah İtaliya ordusunda Beretta BM59-ın yerin alsın. 1972-ci ildə Beretta AR-70/223 adlı yeni avtomatlar xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş qüvvələrə verildi. 2009-cu ildə silahlanmaya ARX-160 adlı yeni silah qəbul olundu və AR-70/90 nın yerini müəyyən qədər tutdu.
"Arqo" əməliyyatı (film, 2012)
Arqo — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. Filmin rejissoru Ben Afflekdir. Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür. Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudman da filmdə yer alıblar. Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir. Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. Bu laureatların arasında Ən yaxşı film də var. Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır. == Filmin xülasəsi == 4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər. Əllidən çox səfirlik işçisi girov götürülür, lakin altı işçi ordan qaçmağa nail olurlar və Kanada səfirliyində sığınırlar.
"Artek"in bütün qızılı (film, 1965)
"Artek"in bütün qızılı — qısametrajlı sənədli televiziya filmi. Rejissor Arif Babayev tərəfindən 1965-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Kinolentdə "Artek"də öz işlərinə görə qızıl medallara layiq görülmüş Pionerlər sarayının dərnək üzvlərindən danışılır. == Məzmun == Film uşaqlar üçün nəzərdə tutulmuşdur. Kinolentdə "Artek"də öz işlərinə görə qızıl medallara layiq görülmüş Pionerlər sarayının dərnək üzvlərindən danışılır.
1951 Aralıq dənizi Oyunları
1951 Aralıq dənizi Oyunları — 1951-ci ilin 5–20 oktyabr tarixləri arasında Misirin İsgəndəriyyə şəhərində keçirilmiş ilk Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 734 atlet iştirak etmişdir.
1955 Aralıq dənizi Oyunları
1955 Aralıq dənizi Oyunları — 1955-ci ilin 15–25 iyul tarixləri arasında İspaniyanın Barselona şəhərində keçirilmiş ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 1135 atlet iştirak etmişdir.
1958 Argentina Qran-Prisi
1958-ci il Argentina Qran-Prisi — Formula-1 avtoyarışının 1958-ci il mövsümünün ilk mərhələsi. Yarış 19 yanvar 1958-ci ildə Buenos-Ayres trasında reallaşdı. Stirlinq Moss Rob Walk Racing Team komandasının tərkibində Cooper T43 şassisinndə qələbə qazandı. Bu Formula 1-də şəxsi komandanın ilk qələbəsi idi.
1958 Argentina Qran Prisi
1958-ci il Argentina Qran-Prisi — Formula-1 avtoyarışının 1958-ci il mövsümünün ilk mərhələsi. Yarış 19 yanvar 1958-ci ildə Buenos-Ayres trasında reallaşdı. Stirlinq Moss Rob Walk Racing Team komandasının tərkibində Cooper T43 şassisinndə qələbə qazandı. Bu Formula 1-də şəxsi komandanın ilk qələbəsi idi.
1959 Aralıq dənizi Oyunları
1959 Aralıq dənizi Oyunları — 1959-cu ilin 11–23 oktyabr tarixləri arasında Livanın Beyrut şəhərində keçirilmiş üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 11 ölkədən 792 atlet iştirak etmişdir.
1963 Aralıq dənizi Oyunları
1963 Aralıq dənizi Oyunları — 1963-cü ilin 21–29 sentyabr tarixləri arasında İtaliyanın Neapol şəhərində keçirilmiş dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 13 ölkədən 1057 atlet iştirak etmişdir.
1967 Aralıq dənizi Oyunları
1967 Aralıq dənizi Oyunları — 1967-ci ilin 8–17 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş beşinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 12 ölkədən 1249 atlet iştirak etmişdir. Bu qadınların da iştirak etdiyi ilk Aralıq dənizi Oyunları idi.
1971 Aralıq dənizi Oyunları
1971 Aralıq dənizi Oyunları — 1971-ci ilin 6–17 oktyabr tarixləri arasında Türkiyənin İzmir şəhərində keçirilmiş altıncı Aralıq dənizi Oyunları. Bu oyunlarda 14 ölkədən 1362 atlet iştirak etmişdir. Oyunların keçirildiyi əsas məkan İzmir Atatürk stadionu olmuşdur.
1975 Aralıq dənizi Oyunları
1975 Aralıq dənizi Oyunları — 1975-ci ilin 23 avqust – 6 sentyabr tarixləri arasında Əlcəzairin eyniadlı şəhərində keçirilmiş yeddinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 15 ölkədən 2444 atlet iştirak etmişdir.
1983 Aralıq dənizi Oyunları
1983 Aralıq dənizi Oyunları — 1983-cü ilin 3–17 sentyabr tarixləri arasında Mərakeşin Kasablanka şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 16 ölkədən 2180 atlet iştirak etmişdir.
1987 Aralıq dənizi Oyunları
1987 Aralıq dənizi Oyunları — 1987-ci ilin 11–25 sentyabr tarixləri arasında Suriyanın Latakiya şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2180 atlet iştirak etmişdir.
1991 Aralıq dənizi Oyunları
1991 Aralıq dənizi Oyunları — 1991-ci ilin 28 iyun – 12 iyul tarixləri arasında Yunanıstanın Afina şəhərində keçirilmiş on birinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2762 atlet iştirak etmişdir.
1993 Aralıq dənizi Oyunları
1993 Aralıq dənizi Oyunları — 1993-cü ilin 16–27 iyun tarixləri arasında Fransanın Langedok-Russilyon regionunda keçirilmiş on ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 20 ölkədən 2598 atlet iştirak etmişdir.
1993 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ilk dəfə 1993-cü ildə İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdi. Oyunlarda 10 ölkədən 407 idmançı, 46 komanda, 190 hakim və 2 beynəlxalq müşahidəçi iştirak etmişdilər.
1997 Aralıq dənizi Oyunları
1997 Aralıq dənizi Oyunları — 1997-ci ilin 13–25 iyun tarixləri arasında İtaliyanın Bari şəhərində keçirilmiş on üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlar İtaliyada 1963-cü ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 21 ölkədən 2999 atlet iştirak etmişdir.
1997 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ikinci dəfə 1997-ci ildə İranın Tehran şəhərlərində keçirilmişdi. Oyunlarda 21 ölkədən 748 idmançı, 95 komanda, 290 hakim və 8 beynəlxalq müşahidəçi iştirak etmişdilər. Ən çox medal qazanan ev sahibi İran komandası oldu. == İştirakçılar == == İdman növləri == Oyunlarda keçirilən idman növləri arasında atletika, badminton, qılıncoynatma, həndbol, cüdo, üzgüçülük və voleybol var idi.
2015 Yüngül atletika üzrə Dünya çempionatı – kişilər arasında 50 km yürüşü
2015 Yüngül atletika üzrə Dünya çempionatında kişilər arasında 50 km yürüşü avqustun 29-u Pekin Milli Stadionunnda keçirilmişdir. == Rekordlar == Yarışdan əvvəl rekordlar aşağıdaki kimi idi: == Kvalifikasiya standartları == == Cədvəl == Bütün vaxtlar yerli vaxt ilə göstərilib (UTC+8) == Nəticələr == Yarış saat 07: 30-da başladı.
2018 Aralıq dənizi Oyunları
2018 Aralıq dənizi Oyunları — 2018-ci ilin 22 iyun – 1 iyul tarixləri arasında İspaniyanın Tarraqona şəhərində keçiriləcək on səkkizinci Aralıq dənizi Oyunları. Bu oyunlar İspaniyada 1955 və 2005-ci illərdən sonra üçüncü dəfə keçiriləcək.
300 araqvinli körpüsü
300 araqvinli körpüsü (gürc. 300 არაგველის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Ortaçala su anbarının üzərində yerləşir. Metexi körpüsü (axar ilə aşağıda) ilə Dmitri Quliya körpüsü (axarı ilə yuxarı) arasında yerləşir. == Adı == Körpü bu ərazidə hələ XIX əsrin ortalarında mövcud olmuşdur. Körpü Tiflisin sakini olan İvan Mnasakanovun adını daşımışdır. O, 25 min rublu körpüdən şəhər sakinlərinin sərbəst keçidi üçün verir. Adanın müasir adı 300 araqvinlinin şərəfinə verilmişdir. körpü bu adı 1952-ci ildə almışdır. == Tarixi == XV əsrdə müasir körpünün yerləşdiyi ərazidə Katex körpüsü vardı.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir. == Struktur bölmələri == “Daş dövrü” şöbəsi “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsi “Tunc və ilk dəmir dövrləri arxeologiyası” “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsi “İlk orta əsrlər arxeologiyası” şöbəsi “Orta əsrlər” şöbəsi “Etnoarxeologiya” şöbəsi “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektoru “Çöl tədqiqatları” sektoru “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektoru “Arxeoloji texnologiya” sektoru “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektoru “Tədris, beynəlxalq və ictimaiyyətlə əlaqələr” şöbəsi “Epiqrafika” şöbəsi “Numizmatika” şöbəsi “Tarixi etnoqrafiya” “Müasir dövr etnoqrafiyası” şöbəsi “Etnososioloji tədqiqatlar” şöbəsi “Elmi ekspozisiya” şöbəsi “Xalçaşünaslıq” sektoru == Elmi şura == AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində "Gənc alimlər və mütəxəssislər şurası", "Dissertasiya şurası", "Həmkarlar təşkilatı" bölmələri fəaliyyət göstərir.
AMEA Naxçıvan Bölməsi Arxeologiya və Etnoqrafiya muzeyi
=== MUZEY HAQQINDA ÜMUMİ MƏLUMAT === Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş 30-dan çox muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Dövlət Bayrağı meydanı və muzeyi, həmçinin son günlərdə Naxçıvan MR Ali Məclisi Sədri tərəfindən imzalanmış 12.09.2017-ci il tarixli Sərəncama əsasən yaradılacaq Naxçıvan Duz Muzeyi tariximizin yadigarlarının qorunması və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır . Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya muzeyi AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin materialları əsasında təşkil olunmuşdur. 2008-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan bu muzey Bölmə əməkdaşlarının apardıqları çöl tədqiqat işlərinin materialları bazasında formalaşdırılmışdır. Muzey materiallarının toplanması və sistemləşdirilməsi AMEA-nın müxbir üzvləri V.Baxşəliyev, H.Q.Qədirzadə və H.Y.Səfərlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Arxeoloji xidmət şöbəsinin fondu I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala və digər abidələrin materialları əsasında formalaşdırılmışdır. Bununla yanaşı, muzeydə muxtar respublika ərazisindəki abidələrdə araşdırma aparan digər tədqiqatçılar tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri də vardır. Onların bir qismi Sərgi salonunda, digərləri isə Arxeoloji xidmət şöbəsinin fondunda mühafizə edilməkdədir. Etnoqrafik materiallar cəhrə, teşi, nehrə, keçə və digər tədricən unudulmaqda olan məişət əşyalarından ibarətdir.
AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya muzeyi
=== MUZEY HAQQINDA ÜMUMİ MƏLUMAT === Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş 30-dan çox muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Dövlət Bayrağı meydanı və muzeyi, həmçinin son günlərdə Naxçıvan MR Ali Məclisi Sədri tərəfindən imzalanmış 12.09.2017-ci il tarixli Sərəncama əsasən yaradılacaq Naxçıvan Duz Muzeyi tariximizin yadigarlarının qorunması və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır . Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya muzeyi AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin materialları əsasında təşkil olunmuşdur. 2008-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan bu muzey Bölmə əməkdaşlarının apardıqları çöl tədqiqat işlərinin materialları bazasında formalaşdırılmışdır. Muzey materiallarının toplanması və sistemləşdirilməsi AMEA-nın müxbir üzvləri V.Baxşəliyev, H.Q.Qədirzadə və H.Y.Səfərlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Arxeoloji xidmət şöbəsinin fondu I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala və digər abidələrin materialları əsasında formalaşdırılmışdır. Bununla yanaşı, muzeydə muxtar respublika ərazisindəki abidələrdə araşdırma aparan digər tədqiqatçılar tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri də vardır. Onların bir qismi Sərgi salonunda, digərləri isə Arxeoloji xidmət şöbəsinin fondunda mühafizə edilməkdədir. Etnoqrafik materiallar cəhrə, teşi, nehrə, keçə və digər tədricən unudulmaqda olan məişət əşyalarından ibarətdir.
Doqquzuncu prospekt xətti, Ay Ar Ti
Doqquzuncu prospekt xətti, Ay Ar Ti (ing. IRT Ninth Avenue Line) — Manhetten və Bronks borolarında Ay Ar Ti şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş estakada xətti. 1870-ci illərdə inşa edilmiş, 1940-cı ildə demək olar ki tamamilə bağlanmışdır, nəhayət 1958-ci ildə tam bağlandı. Betteri Parkdan Kortland küçəsinə qədər olan ilk sahə 1868-ci ildə kanat tramvayı prinsipilə işləyən eksperimental birxətli xətt kimi istifadəyə verildi. Çoxsaylı texniki problemlər üzündən xətt 1870-ci ildə dayandırıldı və sonra yenidən satılaraq buxar dəmir yolu kimi yenidən quruldu. 1903-cü ildə xətt elektrikləşdirildi; elə həmin ildə mövcud sahədə elektrik liftləri olan xəttin ən yüksək (küçə səviyyəsindən 20 m yüksəklikdə idi) "110-cu küçə" stansiyası quruldu. 1917-ci ildə xətt üzərində ekspress qatarlar üçün üçüncü bir yol inşa edildi. Xətt 1940-cı ildə, şəhər rəhbərliyi metronun bütün hissələri birləşdirildikdən dərhal sonra bağlandı. 1958-ci ilə qədər işləyən son stansiya Polo Qraunds ("115-ci küçə" stansiyası yaxınlığında yerləşən o vaxt məşhur olan stadionun şərəfinə) adlanırdı.
Üçüncü prospekt xətti, Ay Ar Ti
Üçüncü prospekt xətti, Ay Ar Ti (ing. IRT Third Avenue Line) — Manhetten və Bronks borolarında "Ay Ar Ti" şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş stansiyası. 1878—1920-ci illərdə tikilmişdir, cənub hissəsi 1955-də, şimal hissəsi isə 1973-cü ildə bağlanmışdır. 1916—1917-ci illərdə xətt üzərində sürətli qatarlar üçün üçüncü bir yol inşa edildi. Yeraltı xətlərin çəkilməsinə başladıqdan sonra estakadalar köhnəlmiş elan edildi və söküldü. Bu xəttin digərlərindən daha uzun müddətdə fəaliyyətdə qaldı, çünki onu yeraltı İkinci prospekt xətti ilə əvəzlənməsi planlaşdırılırdı. Lakin bu yeraltı xəttin tikintisi maliyyə problemləri üzündən təxirə salındı ​​və nəticədə estakada xətti digərlərindən sonra söküldü. 1973-cü ilə qədər onun Bronksdaki şimal hissəsi Ay Ar Ti estakada xəttindən qalan fəaliyyətdə olan son hissə idi.
İkinci prospekt xətti, Ay Ar Ti
İkinci prospekt xətti, Ay Ar Ti (ing. IRT Second Avenue Line, digər adı İkinci prospektin estakada xətti) — 1878-1942-ci illərdə ABŞ-nin Nyu-York şəhəri Manhetten borosunda mövcud olmuş estakada dəmir yolu. 1940-cı ilə qədər "Interborough Rapid Transit Company" tərəfindən idarə olunsa da, daha sonra "IRT" (oxunuşu: Ay Ar Ti) keçdi. 57-ci küçədən şimal istiqamətində olan marşrut 11 iyun 1940-cı ildə bağlandı, xəttin qalan hissəsi isə 13 iyun 1942-ci ildə bağlandı. == Tarixi == 1875-ci ildə "Sürətli Tranzit Komissiyası" (ing. Rapid Transit Commission) "Gilbert Elevated Railway Company" şirkətinə Beteri Parkdan İkinci prospekt boyunca Harlem boğazınadək dəmir yolu çəkmək hüququnu verdi. Ayrıca komissiya "Gilbert Elevated Railway Company"-yə Altıncı prospekt xətti üzərində idarəçilik hüququnu verdi və qısa müddət sonra " Gilbert Elevated Railway" adını "Metropolitan Elevated Railway" olaraq dəyişdirdi. Təxminən 1900-cü ildə xətt elektrikləşdirildi. 1914-1916-cı illər arasında pik saatlarında xəttdə sürətli xidmətlər göstərmək üçün üçüncü yol inşa edilirdi. Ekspres xidmət 17 yanvar 1916-cı ildə başladı.

Значение слова в других словарях

воеди́но да́ уж непробу́дность обсемене́ние ооли́ты смыка́ть даоси́зм изю́бровый лу́пка наградны́е напира́ть насвисте́ться не обину́ясь обде́лочный радионавига́ция самоуниже́ние тавтологи́чность фиг с кем-, чем-л dermatitis pathematic rejoicing Tbilisi ассорти большевик повалять