ARALIQ
ARAM-ARAM
OBASTAN VİKİ
Aram Açıqbaşyan
Aram Açıqbaşyan (erm. Արամ Աչըքպաշյան, türk. Aram Açıkbaşyan; gerçək adı: Qriqor Qarabedyan, erm. Գրիգոր Կարապետյան; 1867, Ərəbgir[d] – 15 iyun 1915, Konstantinopol) — Osmanlı ermənilərindən olan hüquqşünas, siyasətçi, təşkilatçı, fədai, terrorçu, Sosial Demokrat Hnçak partiyasının üzvü. == Həyatı == Aram Açıqbaşyan 1867-ci ildə Osmanlı imperiyasının Mamurətül-əziz vilayətində yerləşən Ərəbgir kəndində anadan olmuşdur. O, ali təhsilini 1886-cı ildən Konstantiniyyə Darülfünunun hüquq fakültəsində almışdır. Açıqbaşyan 1889-cu ildə Boyacıyan Hampartsum Murad Əfəndinin tövsiyəsi ilə Sosial Demokrat Hnçak partiyasının üzvləri ilə dostluq əlaqəsi qurmuşdur. O, 27 iyul 1890-cı ildə Qumqapı nümayişlərinin təşkilatçısı olmuşdur. 1894-cü ildən etibarən Anadaoludakı erməni fədailər hərəkatının təşkilatçısı olmağa başlamış və 1903-cü ildə Sosial Demokrat Hnçak partiyasının mərkəz komitəsinin üzvü olmuşdur. Açıqbaşyanın 1985-ci ildə gerçəkləşən Şəbinqarahisar üsyanında əhəmiyyətli bir rolu var idi.
Aram Kostandyan
Aram Kostandyan (22 yanvar 1894, Şuşa – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri. Aram Kostandyan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Aram Mp3
Aram Sarqsyan (erm. Արամ Սարգսյան; 5 aprel 1984, İrəvan) — erməni müğənni, bəstəkar, teleaparıcı, aktyordur.
Aram Sarkisyan
Aram Qasparoviç Sarkisyan (erm. Արամ Գասպարի Սարգսյան; 14 avqust 1949, İrəvan) — Ermənistan siyasətçisi, rus dili və rus ədəbiyyatı müəllimi, kommunizm və sosial-demokratiya aktivisti. == Bioqrafiya == Aram Qasparoviç Sarkisyan 14 avqust 1949-cu il tarixində SSRİ-nin respublikalarından biri olan Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində anadan olmuşdur. O, 1967–1972-ci illərdə İrəvan Dövlət Dil Universitetində, daha sonra isə Moskva Yüksək Komsomol Məktəbində təhsil almışdır. Gənclik dövründə bir çox zavod və fabriklərdə işləmişdir. 1970–1980-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasında "Komsomolskaya pravda" və "Pravda" qəzetlərinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1971–1972-ci illərdə "Komsomolets" qəzetinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1990-cı ildə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi olaraq fəaliyyət göstərmişdir. 14 may 1991-ci il tarixindən 7 sentyabr 1991-ci il tarixinə qədər Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. 1992–1995-ci illərdə "Azdarar" qəzetinin ümumi nəşriyyat direktoru olaraq fəaliyyət göstərmişdir.
Aram Xaçaturyan
Aram İliç Xaçaturyan (24 may (6 iyun) 1903, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası[…] və ya Kocori, Tiflis quberniyası, Rusiya imperiyası – 1 may 1978[…], Moskva, RSFSR, SSRİ[…]) — erməni mənşəli bəstəkar; Azərbaycan SSR xalq artisti (1973), SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1950). Ermənistan SSR Dövlət himninin müəllifidir (1944).
Aram Yergenyan
Aram Yergenyan (erm. Արամ Երկանեան; 20 may 1900, Ərzurum, Ərzurum vilayəti – 2 avqust 1934, Kordova) — Daşnaksütun təşkilatının rəhbərlərindən biri, Fətəli Xan Xoyskinin qatili. Sözdə erməni soyqırımında rol aldığı iddia edilən türk ziyalısı Bahattin Şakir və Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli Xan Xoyskini intiqam məqsədilə qətl etmişdir. Ermənistan Respublikası tərəfindən milli qəhrəman adına layiq görülmüşdür. Aram Yergenyan 20 may 1900-cü ildə Türkiyənin Ərzurum şəhərində Sarkis Yergenyan və Mariyam Soghoyan Yergenyanın ailədə üçüncü oğulu olaraq dünyaya gəlmişdir. Sözdə erməni soyqırımına şahid olan Yergenyan ailəsi daha sonradan Cənubi Qafqazda yaşayıblar. Aram Yergenyan 1917-ci ildə könüllü olaraq Baş-Abaran müharibəsində General Dro üçün savaşmışdır. 1918-ci ildə Ermənistanın Osmanlı üzərində qalibiyyətindən sonra "Nemezis" əməliyyatını keçirənlərdən biri olmuşdur. Erməni inqilabçı federalistləri təşkilatına üzv olmuşdur. Aram Yerganyan, Almaniyada etdiyi hərəkat sonrasında, əvvəl Avstriyaya və daha sonra Buxarestə getdi.
Aram Şah
Aram Şah (XII əsr – may 1211) — 1210–1211-ci illərdə iqtidarda olmuş sultan, Müəzzilər dövlətinin ikinci hökmdarı.
Aram küçəsi (İrəvan)
Aram küçəsi (erm. Արամի փողոց) — İrəvan şəhərinin mərkəzi hisdəsində yerləşən küçə. Küçə Birinci Ermənistan Respublikasının siyasi liderlərindən biri olmuş Aram Manukyanın şərəfinə adlandırılmışdır. O, 1918–1919-cu illərdə ölkənin daxili işlər, əmək və təhsil naziri vəzihələrini daşımışdır. == Maraqlı faktlar == Aram küçəsi Xancyan küçəsindən başlayır. Bu başlanğın İrəvanın ən böyü bazarı olan Vernisajın önündən baş verir. Küçənin sonucu isə Ermənusysnın baş poçt idarəsi qarşısında bitir. Ermənistan Rusiya imperiyası tərkibində olduğu zaman küçə Çarskaya adını daşıyırdı. İrəvanın ən qədim küçələrindən biridir. Üstəlik sovetlər dönəmindən öncəyə aid barmaqla sayııacaq küçəsində biridir.
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. == Həyatı == Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lоri qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sоnra, 1744-cü ildə Dizağın məliyi оlur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq еtməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat еtmişdir. == Ailəsi == Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanеs bəy adlı оğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" еlmi-kütləvi dərgi, 2011, №3, səh.23-34.
Aram dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Aram Torqomyan
Aram Torqomyan — polkovnik.
Məlik Aram Məlikyeqanlı
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. == Həyatı == Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lоri qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sоnra, 1744-cü ildə Dizağın məliyi оlur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq еtməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat еtmişdir. == Ailəsi == Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanеs bəy adlı оğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" еlmi-kütləvi dərgi, 2011, №3, səh.23-34.
Sultan Aram şah
Aram Şah (XII əsr – may 1211) — 1210–1211-ci illərdə iqtidarda olmuş sultan, Müəzzilər dövlətinin ikinci hökmdarı.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Arama beni (mahnı)
Arama beni — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının söz və musiqisi türkiyəli müğənni və bəstəkar Altan Çetinə aiddir. Mahnı 2014-cü ildə "Kaya Müzik" səsyazma studiyasında lentə alınmışdır.
Aramayis Apresyan
Aramayis Apresyan (31 avqust 1992) — Ermənistanlı oxatan. Aramayis Apresyan Ermənistanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Aramayis Apresyan birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 196-cı yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Aramdərə
Aramdərə Tiflis quberniyasının Siqnax qəzasında göl adı. == Toponimkası == Aramdərə- Tiflis quberniyasının Siqnax qəzasında göl adı. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aramlı dağ adı (yenə orada) ilə mənaca eynidir. Toponimin mənşəyi Azərbaycan dilində haramı - "qaçaq", "quldur" sözündən , ya da türk dillərində uram "çaylaq", "subasar sahə" sözündəndir. Azərbaycanın Goranboy rayonu ərazisində Gülüstani - İrəm dağ adı ilə səsləşir.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Arami dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Aramicə

Aramid
Aramid — lif istiyə davamlı və güclü sintetik lifdir. Kosmik tədqiqat və hərbi məqsədlər üçün güllə keçirməyən geyimlərdə və ballistik kompozisiyalarda velosiped təkərlərindəki asbestin əvəzedicisi kimi istifadə edilə bilər. Aramid adı "aromatik poliamid" sözlərinin birləşməsindən yaranır. == Tarixi == Aromatik poliamid əvvəlcə DuPont tərəfindən 1960-cı illərin əvvəllərində HT-1, sonra isə Nomex kommersiya məqsədi ilə istifadə edilmişdir. 1973-cü ildə Kevlar adlandırıldı.
Aramidae
Sığırçı durnalar (lat. Aramidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Aramilər
Aramilər (Aramicə: ܣܘܪ̈ܝܝܐ ܐܪ̈ܡܝܐ) — Mesopotamiyadan olan Semit bir xalqdır, günümüzdə: Türkiyənin cənub-şərqində, Suriyanın şimal-şərqində və İraqın şimalında. Arami xalqının öz dili, Arami dili var. Bu bir vaxtlar qlobal bir dil idi və İsa Məsihin də danışdığı Orta Şərq dil frankası idi. Aramilər Xristianlığı qəbul edən ilk xalqlardan biri idi və müxtəlif Arami kilsələrinin bir hissəsidir. Zülm və zülmə görə arameylilər, əsasən Qərbi Avropa, Amerika və Okeaniyada diasporada yaşayırlar. == Aramilərin əlifbası == Aramilər e.ə 11-10-cu əsrlərdə finikiya əlifbasını mənimsəmişlər, lakin 8-ci əsrin ortalarından etibarən arami əlifbası yalnız ona məxsus olan spesifik əl yazı formasını əldə etmişdir.Arami yazısının təkamülünün əsas istiqaməti-işarələrin ifadəsinin sadələşməsidir.E.ə 7-ci əsrin sonu -6-cı əsrdə moavitlər və idmeylər tərəfindən əxz olunmuş paleoyəhudi yazısı arami yazısının təsirinə məruz qalmağa başlamışdır.Yaxın Şərq xalqlarının bir çoxu arami dilini ikinci dil kimi,çox vaxt isə əsas dil kimi istifadə edirdilər.Fars dövründə isə sadə arami şrifti mövcud olmuşdur, lakin arami dilinin kursiv şəkilli əl yazısının təsiri daha böyük idi,belə ki, hətta bərk material üzərindəki yazılar da kursiv əl şrifti ilə yazılırdı.Yığcam şrift e.ə 4-cü əsrdə istifadədən çıxdı,eyni zamanda arami kursiv şəkilli əl yazısı e.ə 330-cu ildə fars imperiyasının süqutundan sonra daha yüz il istifadə olundu. == Aramilər və xristianlıq == Xristianlığın Şərqdə daşıyıcıları aramilər oldu. İncil təliminin siryanilərin (suriyalıların, aramilərin) köməyilə şərq ölkələrində yayılması çox vaxt onların ticarət həyatında oynadıqları rolla izah edilir. Aralıq dənizi ilə Yaxın və Uzaq şərq ölkələri arasında fəaliyyət göstərən köhnə su və quru ticarətinin çox hissəsi siryanilərin əllərində idi.
Aramiyan
Aramiyan — Təbriz şəhərinin mərkəzində yerləşən, ermənilərin məskunlaşdığı məhəllədir. Bu məhəllə, Şimali Şəriəti xiyabanındadır və müqəddəs Məryəm kilsəsinin yaxınlığındadır. Qədim Postxana küçəsi, onun məruf küçələrindəndir. Aramiyan məhəlləsi, Təbrizin bir böyük və məruf tacirinin şərəfinə belə adlandırılmışdır. İranın ilk teatr salonu, 1291-ci günəş ilində bu məhəllədə təsis olunmuşdur. Əlbəttə Təbrizin erməniləri ondan qabaq da bu salonda mərasimlər keçirdərdilər.
Aramus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Aramus guarauna
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Aramızda qalsın (film, 2011-2013)
Aramızda qalsın — bədii serialı rejissorlar Rüfət Şahbazov və Ramin Nəbiyev tərəfindən 2011-2013-cü illərdə ekranlaşdırılmışdır. Xəzər Televiziyasında istehsal edilmişdir. Serial həm yumor, həm də dramatik janrdadır. Gündəmdə, cəmiyyətdə, ailə daxilində, baş verən hadisələr əsasən Mehman və onun ailəsinin dilindən tamaşaçıya təqdim edilir. Əsas rolları Kamilə Babayeva, Qurban Məsimov, Azər Axşam, Səidə Quliyeva, Əzizağa Əzizov, Cəmilə Məlikova və Nadir Səfərov ifa edirlər. == Məzmun == Hər bir ailədə, ailə üzvlərinin arasında anlaşılmazlıq olur. Serial bu anlaşılmazlıqların danışılaraq, mədəni formada həll edilməsi, narazılıqların aradan qaldırılması və bu narazılıqların ailə üzvlərinin arasında qalmasını bir ailə serialında tamaşaçıya təqdim edir. Serial həm yumor, həm də dramatik janrdadır. Gündəmdə, cəmiyyətdə, ailə daxilində, baş verən hadisələr əsasən Mehman (Qurban Məsimov) və onun ailəsinin dilindən tamaşaçıya təqdim edilir. Baş obraz olan Mehman nisbətən keçmiş adət-ənənələri mühafizə edən, rejimsiz yeyib içən, futbolu çox sevən bir obrazdır.
Aramızda qalsın (teleserial, 2011)

Aramızdakı dağlar (film, 2017)
Aramızdakı dağlar (ing. The Mountain Between Us) — İdahodakı qar fırtınası səbəbindən bir çox insan ilə birlikldə jurnalist Aleks Martin və cərrah Ben Bass hava limanında qalırlar. Cərrah Benin təcili əməliyyatı, Aleks Martinin isə toyu var. Onlar şəxsi təyyarə tutaraq Nyu-Yorka tez çatmaq istəsələr də, təyyarə yolda qəzaya uğrayır. Təyyarə qəzasından can qutarmış Ben və Aleks ucqar dağların sərt şəraitində sağ qala bilmək üçün ortaq dil tapmalıdırlar. Heç kəsin onlarına imdadına yetişməyəcəyini anladıqda onlar yüzlərlə kilometrlik təhlükəli yola düşməli olurlar. Bu iki şəxs onlara kömək gəlməyəcəyini başa düşdükdən sonra təhlükəli və uzun bir yola çıxmağa məcbur olurlar. Ben və Aleksin sağ qalmaq uğrunda mübarizələri onların bir-birilərinə bağlanmasına səbəb olur. == Məzmun == Ben və Aleks təyyarə qəzasından sonra düşdükləri ekstremal vəziyyətdən xilas olmaq üçün bir-biriləri ilə anlaşmalıdırlar. Bu iki şəxs onlara kömək gəlməyəcəyini başa düşdükdən sonra təhlükəli və uzun bir yola çıxmağa məcbur olurlar.

Значение слова в других словарях

волчи́ще враща́тельный дюже́ть жу́пел инста́нция особнячко́м покло́н свищева́тый сипа́й шве́ртбот ли́нька осведоми́тель отъе́здиться парафрасти́ческий поду́шно coaler collision course cover-point functionate Kailas spleenwort оградиться претенциозность требоваться фанданго