VAXTSIZ
VALEH
OBASTAN VİKİ
Hacı Vaqif
Vaqif Süleyman oğlu Vəliyev (31 dekabr 1940, Kirovabad – 24 iyun 1993, Gəncə) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) == Həyatı == Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Vaqif Axundov
Vaqif Əlibala oğlu Axundov (16 sentyabr 1950, Astara) — Azərbaycan hərbi xadimi, general-polkovnik, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (2003–2020). == Həyatı == Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olmuşdur. 1968–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999–2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır. Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 1972–1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir. 1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975–1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978–1991-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi işləmişdir. 1992–1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2 iyun 2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir.
Vaqif Azəryar
Vaqif Azəryar (1 sentyabr 1956, Bərdə) — rejissor, ssenari müəllifi, aktyor. == Həyatı == Vaqif Azəryar 1 sentyabr 1956-cı ildə Bərdə şəhərində anadan olmuşdur. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. == Filmoqrafiya == Avtoritet (film, 2000) https://www.youtube.com/watch?v=-slOcJONvlc&list=PLA1B56F11FCC18CAB&index=4 Absurd (film, 1999) https://www.youtube.com/watch?v=MOckALuXcQA&list=PLA1B56F11FCC18CAB&index=32 Arxada qalmış gələcək (film, 2004) Bakıda insan ovu (film, 1991) Bir anın həqiqəti (film, 2003) Ərazi (film, 2005) Çiçinin çiçəyi (film, 1990) Günaydın, mələyim!
Vaqif Ağayev
Vaqif Ağayev (tam adı: Vaqif İsa oğlu Ağayev; 7 may 1954, Abşeron rayonu – 19 noyabr 2011, Bakı) — rejissor, bədii rəhbər, “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini. == Həyatı == Vaqif İsa oğlu Ağayev 7 may 1954-cü ildə Abşeron rayonunda anadan olub. 1981-ci ildə Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutunu televiziya rejissoru ixtisası üzrə bitirib. V.Ağayev 1972-ci ildən AzTV-də çalışıb. Əməkdar incəsənət xadimi 1981-ci ildə Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutunun televiziya-rejissoru ixtisası üzrə bitirib. Yaradıcılıq fəaliyyətinə TV-nin "Gənclər üçün proqram" baş redaksiyasında başlayıb. "Xəbərlər" redaksiyasının "7 gün" verlişində məsul rejissor, Xarici əlaqələr və kommersiya mərkəzində Əlaqələndirmə və buraxılış şöbəsinin rejissor qrupunun ali dərəcəli rejissoru işləyib. Bir çox sənədli filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. 1 sentyabr 1994-cü ildən Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin bədii rəhbəri, 2006-cı ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Teleradio Verlişləri Qapalı Səhimdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin edilib. 19 noyabr 2011-ci ildə vəfat edib Evli idi, 4 övladı yadigar qalıb == Filmoqrafiya == Abidə insan (film)(sənədli film)(Aztv) Fenomen (film, 1996) Xilaskar.
Vaqif Bayatlı
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər; 1 oktyabr 1948, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Vaqif Bayramov
Vaqif Bayramov (şəhid) (1979—2016) — şəhid hərbçi. Vaqif Bayramov (sosioloq) (d. 1957) — Sosiologiya elmləri doktoru, professor.
Vaqif
Vaqif — Kişi adı. Vaqif Axundov — Vaqif Quliyev — Vaqif ƏliyevVaqif Əliyev (nazir müavini) — Vaqif Əliyev (aktyor) — Vaqif Əliyev (alim) —Vaqif VəliyevVaqif Vəliyev (ədəbiyyatşünas) — filologiya elmləri doktoru (1972), professor (1976). Vaqif Vəliyev — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993)Vaqif AbdullayevVaqif Abdullayev (riyaziyyatçı) — Azərbaycanlı alim. Vaqif Abdullayev (siyasətçi) — Azərbaycanlı siyasətçi.
Vaqif Bağırzadə
Mir Vaqif Mahmud oğlu Bağırzadə (Bağır-zadə) (24 iyun 1954, Bakı – 7 mart 2021, Bakı) — Azərbaycanın tanınmış mədəniyyət işçisi, Bakı Dövlət Sirkinin direktoru (2003–2020). == Həyatı == Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında, A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda, Moskva Dövlət Eksperimental Kinostudiyasında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində və nazirliyin İncəsənət şöbəsində çalışıb. Vaqif Bağırzadə 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib. Sirkə rəhbərlik etdiyi illər ərzində bir çox irimiqyaslı, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində, tanınmış xarici sirk ustalarının qastrol səfərlərinin təşkilində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərib.
Vaqif Behbudov
Vaqif Qulam oğlu Behbudov (3 noyabr 1938, Bakı) — Azərbaycan rejissoru, operator, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006). == Həyatı == Vaqif Qulam oğlu Behbudov 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universiteti bitirmişdir. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuşdur. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkmişdir. "Gözlük", "Danışan işıqlar" "Qırmızılar, qaralar və başqaları", "İlham" "Göyçək Fatma","Ustalar, qızıl əllər", "Yayın bir günündə", "Sağ ol dostum", "Basatın igidliyi" "Xeyirli nağıl", "Qız qalası", "Qurbanəli bəy" "Qara leylək", "Sehirli çıraq", "Başlanğıc", "Analar və laylalar" cizgi filmlərinin rejissoru və operatoru olmuşdur. V. Behbudov operator olaraq "Üzeyir Hacıbəyov", "Bizim Şamama", "Təsnif", "Şövkət Ələkbərova" və s. sənədli filmlərdə işləmişdir. Rejissor kimi "Nailə", "Kamil", "Özümlə heç nə aparmayacağam"(Əzizə Cəfərzadə), "Əbədi zirvə", "Müslüm Maqomayev −55", "Mənlə mən arasında", "Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları", "Sənsiz", "Bakı-SOS uşaq kəndi", "Bağlı qapı" (Akademik Əziz Əliyev), "Sənsiz" (Akademik Zərifə Əliyeva), "Kərpickəsən kişi", "İlmələrdə yaşayan həyat" (rəssam Kamil Əliyev), "Sirli səlnamələr" "Girdiman", "Yeraltı şəhərin izi ilə" "Lahıc", "Azərtac-85", "Bakı SOS uşaq kəndi" sənədli filmlərini çəkmişdir. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülmüşdür. Dövlət və "Humay" Mükafatları Laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Vaqif Buduqlu
Vaqif Buduqlu — Tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi. == Həyatı == Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.02 – Vətən tarixi 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir. 25 avqust 2010-cu ildə vəfat etmişdir. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 20 == Əsas elmi nailiyyətləri == Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir. XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur. Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur.
Vaqif Bəhmənli
Vaqif Bəhmənli (doğum adı: Vaqif İttifaq oğlu Quliyev; d. 23 may 1955) — Azərbaycan şairi, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB İdarə Heyətinin üzvü, Avrasiya Yazarlar birliyinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, AYB-nin "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1986-cı il), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyasının direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimidir, Azərbaycan ədəbiyyatı tarixindən dərs deyir. == Həyatı == 1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1973-78 illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib. == Fəaliyyəti == Vaqif Bəhmənli Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), "Bərəkət", (sonradan “Həyat”) qəzetində baş redaktor(1992-1994), “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə müdiri (1995-1997), “Ədalət” qəzetində baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI — Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisi baş redaktorunun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetində redaktor (2004), "525-ci qəzet"də (2005) şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-2016) vəzifələrində çalışıb.Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimidir. Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsinin müstəqillik illərində inkişaf etdirilməsində, ədəbi əsərlərin latın qrafikası ilə kütləvi tirajla nəşrə haqzırlanmsında, yeni ədəbi qüvvələrin üzə çıxarılmasında böyük əməyi olmuşdur. == Yaradıcılığı == Şeir və məqalələrdən ibarət 45-dən çox kitabı işıq üzü görüb.
Vaqif Cavadov
Vaqif Füzuli oğlu Cavadov (d. 25 may 1989) — Azərbaycan məşqçisi və keçmiş oyunçusu. == Həyatı == Vaqif 1989-cu ildə Bakıda anadan olub. Onun əmisi məşhur futbolçu İskəndər Cavadov olub. Vaqif Cavadovun bir futbolçu kimi inkişafında onun böyük rolu vardır. 2004-cü ildən Vaqif Rusiyanın "OMİK Moskva" klubunun gənclərdən ibarət komandasında oynayıb. Daha sonradan o Azərbaycana qayıdıb və 2007-ci ildən etibarən "Qarabağ" klubu ilə müqavilə bağlayıb. "Qarabağ"ın heyətində Vaqif 77 oyun keçirir və 20 qol vurur. Bu zaman ərzində o milli komadada əsas oyunçulardan birinə çevrilir və bir çox Avropa klublarının diqqətini cəlb edir. 2010-cu ilin yanvarında Vaqif Cavadov "Tvente" komandasına transfer edilir və 3,5+1 formatında müqavilə imzalayır..
Vaqif Cəbrayılzadə
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər; 1 oktyabr 1948, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Vaqif Cəfərov
Vaqif Cəfərov (18 aprel 1949, Şuşa, DQMV – 20 noyabr 1991, Qarakənd, DQMV) — görkəmli dövlət xadimi, SSRİ Ali Sovetinin üzvü, SSRİ Xalq deputatı, Azərbaycan KP Şuşa rayon Komitəsinin birinci katibi, Dağlıq Qarabağ Vilayəti(DQMV) üzrə Respublika təşkilat komitəsinin sədr müavini, Azərbaycan Respublikası Sənaye-Tikinti nazirinin müavini. 20 noyabr 1991-ci ildə Qarabağda Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə bigə içində olduğu Mi-8 hərbi vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. == Həyatı == Vaqif Cəfər oğlu Cəfərov 1949-cu il, aprel ayının 18-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. 1966-cı ildə Şuşa şəhəri 1№-li orta məktəbini, 1972-ci ild də M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun energetika fakültəsinin bitirmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Şuşaya qayıdıb müəyyən dövrlərdə "Şuşa" qəzeti redaksiyasında şöbə müdiri, DQMV Komsomol Komitəsi təşkilat şöbəsində təlimatçı, 1974–1976-cı illərdə Ağdərə rayon komsomol komitəsinin II katibi vəzifəsində işləmişdir. 1980-ci ilədək Azərbaycan Komunist Partiyasının Şuşa rayon Komitəsinin təlimatçısı olmuş, eyni zamanda ictimai əsaslarla partiya komissiyasının sədri vəzifəsində işləmişdi. 1980–1982-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur. 1988-ci ilədək Azərbaycan Komunist Partiyaınsın Dağlıq Qarabağ Vilayət Komitəsində lektor, təlimatçı, şöbə müdirinin müavini, inzibati orqanlar və maliyyə-ticarət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1988-ci ilin avqust ayından 1991-ci ilin oktyabr ayınadək Vaqif Cəfərov Şuşa rayon Partiya Komitəsinin I katibi vəzifəsində işləmişdir. 1991-ci ilin oktabr ayında Azərbaycan Respublikasının Tikinti- Sənaye nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Vaqif Dərgahlı
Vaqif Rafiq oğlu Dərgahlı (1969, Bakı) — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi (2013-2021). Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. == Həyatı == Vaqif Dərgahlı 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi jurnalistika fakültəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir. Müxtəlif vaxtlarda Müdafiə Nazirliyinin mətbuat xidmətində, Hərbi Elmi Mərkəzində, İnformasiya İdarəsində, Müdafiə Nazirinin Katibliyində müxtəlif vəzifələrdə xidmət edib. 31 dekabr 2013-cü il tarixində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinə təyin olunub. 1 sentyabr 2021-ci il tarixində Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Vaqif Fərzəliyev
Vaqif Məcid oğlu Fərzəliyev (19 dekabr 1939, Bakı) — kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya üzrə elmlər doktoru. == Həyatı == Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Kimya fakültəsinə qəbul olunub. Elmi-tədqiqat işinə hələ tələbə ikən maraq göstərən Vaqif Fərzəliyev birinci kursda Tələbə Elmi Cəmiyyətinə üzv olmuş və "Duz-su sisteminin analizi" mövzusunda elmi işlər aparmışdır. İkinci kursda oxuyarkən TEC-in sədri seçilmiş və neft kimyası sahəsində ilk tədqiqatlarını aparmağa müvəffəq olmuşdur. Lenin təqaüdçüsü V. Fərzəliyevin əldə etdiyi elmi nəticələr uğurlu olduğundan 1962-ci ildə "ADU-nun elmi xəbərləri" məcmuəsində məqalə halında dərc edilmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini qırmızı diplomla bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib, həmin il aspiranturaya daxil olub. 1968-ci ildə "Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiya mövzusu müdafiə etmişdir. 1986-cı ildə "Sürtkü yağlarına yüksək təsirli kükürdlü aşqarların işlənib hazırlanmasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1987-ci ildə isə professor elmi adını almışdır. Vaqif Fərzəliyev aşqarlar kimyası elminin inkişafı sahəsindəki böyük uğurlarına görə 2001-ci ildə AMEA-nın müxbir üzvü 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
Vaqif Fərəcov
== Həyatı == Vaqif Nurəddin oğlu Fərəcov 1974-cü ildə Bakıda anadan olub. 20 nömrəli orta məktəbdə (1981-1991), Politexnik İnstitutunun avtomobil fakültəsində (1991-1996), Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində (2005-2009) təhsil alıb. 1993-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə video-montajçı kimi işləməyə başlayıb. “Səhər” musiqi və informasiya proqramında rejissor asssistenti (1994) və rejissor kimi fəaliyyət göstərib. Bir çox sənədli filmlərin (Heydər Əliyev haqqında), Yeni il şənlikləri, verilişlərin və kliplərin hazırlanmasında rejissor assistenti və rejissor kimi çalışıb. 2005-ci ildən İctimai Televiziyada çalışır. Burada çəkilən bir çox filmlərin ("Mugam", "Xəttatlıq", "Azərbaycanın milli kulinariyası", "Azərbaycanda yaşayan azsaylı xalqlar udinlər haqqında", "Küçə uşaqları", "Kür çayı" və "Heydər Əliyev-85") və verilişlərin ("Yeni Gün", "Azərbaycan palitrası", "Ötən günlərimi qaytara bilsən", "Gənclik həyatı", "Gecənin aydınlığı", "Aktual" tok-şousu, "Sağlam ol", "Salam əsgər") rejissorudur.
Vaqif Gülməmmədov
Vaqif Yasın oğlu Gülməmmədov — alim, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Univeristetinin "Riyaziyyat" kafedrasının dosenti. == Həyatı == Gülməmmədov Vaqif Yasın oğlu 1958-ci ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1975-ci ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirərək elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1980-ci ildə mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1980-1983-cü illərdə təyinatla Zaqatala rayonu Suvagil kənd 8 illik məktəbində müəllim, 1983-cü ildə Azərbaycan SSR Tədarük Nazirliyinin İnformasiya-hesablama mərkəzində mühəndis-proqramlaşdırıcı, 1983-1991-ci illərdə Azərbaycan SSR Geologiya İnstitutu Xüsusi geofizika cihazlar konstruktor bürosunda mühəndis, böyük mühəndis, 2-ci dərəcəli mühəndis vəzifələrində işləmişdir. 1989-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət İqtisad Universitetinin "Riyaziyyat" kafedrasında baş laborant, assistent, baş müəllim, və dosent vəzifələrində çalışmışdır. 1998-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. == Pedaqoji fəaliyyəti == Vaqif Yasın oğlu Gülməmmədov 21 illik pedaqoji staja malikdir. Universitetdə çalışdığı müddətdə tədris planına uyğun onun müxtəlif mövzularda açıq dərsləri təşkil edilmiş və müzakirə zamanı yüksək qiymətləndirilmişdir. Müxtəlif elmi seminarlarda elmi mövzularda müvəffəqiyyətlə çıxışlar etmişdir.
Vaqif Gərayzadə
Vaqif Əzizağa oğlu Gərayzadə (27 mart 1961, Bakı) — Azərbaycan bəstəkarı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011). Müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində mahnı və musiqilərin müəllifidir. Bir sıra beynəlxalq festival və müsabiqələrin laureatı, "Aypara", "W-trio", "Şeron", musiqi qruplarının yaradıcısı, "Şərq ulduzları" və "Şərq çırağı" vokal qruplarının rəhbəri olmuşdur. == Həyatı və fəaliyyəti == Vaqif Gərayzadə 27 mart 1961-ci ildə Bakıda anadan olub. O, ilk musiqi təhsilini 1971–1976-cı illərdə Bakının Bakıxanov qəsəbəsindəki 4 saylı 5 illik musiqi məktəbinin fortepiano sinfində alıb. 1983–1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi tamaşalar rejissoru fakültəsini bitirərək, 1993–1997-ci llərdə təhsilini bu ali məktəbin aspiranturasında davam etdirib. Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. Mədəniyyət və İncəsənət Universiteti mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, həmçinin estrada populyar musiqi kafedrasının təşəbbüskarı və ilk müdiri olub.Müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində əsərlərin müəllifidir.Vaqif Gərayzadə fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosentdir.1994 və 2000-ci ilin may ayında indiki, H. Əliyev adına Respublika Sarayında Vaqif Gərayzadənin yaradıcılıq gecəsi keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Ailəlidir, 2 övladı var.
Vaqif Hacıyev
Vaqif Camal oğlu Hacıyev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Hacıyev Vaqif Camal оğlu 17 iyun 1941-ci ildə Füzuli rayоnunun Qarğabazar kəndində anadan оlmuşdur. 1948-ci ildə B. Sərdarоv adına оrta məktəbin birinci sinifinə getmiş, 1958-ci ildə оrta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Meхanika-Riyaziyyat fakultəsinə daхil оlmuş, 1963-cü ildə təhsilini başa vurmuşdur. 1963-cü ilin avqust ayından dekabr ayınadək Milli Elmlər Akademiyasının Riyaziyyat və Meхanika İnstitutunda labоrant vəzifəsində çalışan Vaqif Hacıyev dekabrın sоnunda həmin institutun əyani aspiranturasına daхil оlaraq Mоskva şəhərinə ezam edilmişdir. Aspiranturada elmi işini başa çatdırdıqan sоnra yenidən Riyaziyyat və Meхanika İnstitununda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1967-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adına layiq görülmüşdür. 1981-ci ildə Mоskva Dövlət Universitetinin Meхanika-Riyaziyyat fakultəsinin elmi şurasında «Defоrmasiya оlunan bərk cisimlərin meхanikası» mövzusunda dоktоrluq dissertasiyası müdafiə edərək fizika - riyaziyyat elmləri dоktоru adını almışdır. О, 1967-ci ildən kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmış, 1974-cü ildən 1999-cu ilədək şöbə müdiri, 1999-2002-ci illərdə prоfessоr, 2002-ci ildən isə Maye qaz və plastik nəzəriyyəsi şöbəsininin rəhbəri vəzifəsində işləmişdir. Hal-hazırda Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin müdiridir. == Təhsili == 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universiteti (indiki BDU), “Meхanika-Riyaziyyat ” fakültəsi, tələbə 1963-1967-cı illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutu, aspiant 1981-ci il Moskva Dövlət Universiteti, “Mexanika-Riyaziyyat” fakültəsi, doktorant == Elmi dərəcələri, elmi adları == 1967-cu il- AMEA Riyaziyyat və Mexanika İnstitutu, Fizika-riyaziyyat elmləri namizədi Dissertasiyanın adı: "" 1981-cı il -Moskva Dövlət Universiteti, Fizika-riyaziyyat elmləri doktoru ( – Defоrmasiya оlunan bərk cisimlərin meхanikası).
Vaqif Hüseynov
Vaqif Hüseynov (dövlət xadimi)
Vaqif Həsənov
Vaqif Bəhram oğlu Həsənov (18 fevral 1959, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyəti başçısı. == Həyatı == Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini,2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Faydalı qazıntı yataqlarının işlənməsi fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1980–1987-ci illərdə 26 Bakı Komissarı adına NQÇİ elektrik çilingər, 1987–1989-cu illərdə 26 Bakı Komissarı adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatının katibi işləmiş, 1989–1991-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politoloq ixtisasını tam kurs üzrə bitirmişdir. 1991-ci ildə 26 Bakı Komissarı adına NQÇİ-nin partiya komitəsinin katibi, 1991–1995-ci illərdə Ə.Ç.Əmirov adına NQÇİ-nin Xüsusi şöbəsinin rəisi, 1995–2001-ci illərdə H.Z.Tağıyev adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001–2005-ci illərdə H.Z.Tağıyev adına NQÇİ-nin Kadrlar şöbəsinin rəisi, 2005–2006-cı illərdə N.Nərimanov adına NQÇİ rəisin ümumi məsələlər üzrə müavini, 2006–2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013–2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. 2017-ci ildən Beynəlxalq Mühəndislik Akademiyasının Ümumi Yığıncağının qərarına əsasən,həmin akademiyanın həqiqi üzvü seçilmişdir.Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Vaqif Ibrahimov
Vaqif İbrahimov (tam adı: Vaqif İbrahimov Rza oğlu; 9 may 1947, Cəhri, Naxçıvan rayonu) — AMEA-nın müxbir üzvü (2017), Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (30.09.2009). == Həyatı == Vaqif Rza oğlu İbrahimov 9 may 1947-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuşdur. O, hesablama riyaziyyatı sahəsində tanınmış alimdir. Onun tədqiqat sahəsi yüksək tərtib törəmələrdən istifadə edən Obreşkov tipli çoxaddımlı üsullardan və bu üsulların adi diferensial, inteqral və inteqro-diferensial tənliklərin həllinə tətbiqindən ibarətdir. Fizika-riyaziyyat elmləri doktoru V.R.İbrahimov irəliyə qaçma, ekstrapolyasiya və interpolyasiya üsullarını ümumi formada tədqiq etmək məqsədi ilə Obreşkov tipli dayanıqlı k- addımlar üsulunun dəqiqlik tərtiblərinin ən böyük qiymətlərinin hesablanılması üçün bir neçə düstur qurmuş və bu düsturların effektivliyini göstərmişdir. O, irəliyə qaçma üsullarının istifadəsi üçün proqnoz-korreksiya tipli üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtləri müəyyənləşdirmişdir. Dayanıqlı irəliyə qaçma üsullarının digər üsullara nisbətən daha dəqiq olması V.R.İbrahimov tərəfindən isbat olunmuş və bu şərtləri ödəyən konkret üsullar qurulmuşdur. O, Riçardson ekstrapolyasiya üsulundan bir dəfə istifadə etdikdə, çoxaddımlı üsulun dəqiqliyinin artmasının yuxarı sərhəddini müəyyənləşdirmiş və bu məqsədlə üsulun xətası üçün xüsusi asimptotik münasibət almışdır. Daha dəqiq üsulların qurulması üçün V.R.İbrahimov hibrid üsulların qurulmasını təklif etmiş, birinci və ikinci tərtib adi diferensial tənliklərin həlli üçün hibrid üsullar qurmuş və onları tədqiq etmişdir. V.R.İbrahimov Volter tipli inteqral tənliklərin həlli üçün hər addımda inteqral nüvəsinin sabit sayda hesablanmasından istifadə edən çoxaddımlı üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtlər tapmışdır.
Vaqif Kərim
Kərimov Vaqif Həsən oğlu (Vaqif Kərim) — şair-publisist == Həyat və yaradıcılığı == Vaqif Kərim 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində dünyaya gəlib. 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstituna qəbul olub. Lakin 2-cü kursu bitirdikdən sonra təhsilini davam etdirməyib. Uzaq Şərqdə iki il əsgəri xidmət keçib. 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 1993-cü ildə universiteti bitirib. Müxtəlif idarə, müəssisə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir. 1992-1993-cü illərdə “525-ci qəzet” də müxbir, 1996-2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatında baş məsləhətçi, 2005-2006-cı illərdə isə "Öndər" qəzetində baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Beynəlxalq və Qərb Universitetlərində pedaqoji fəaliyyət göstərib. Hazırda özəl sektorda çalışır. Müxtəlif janrlarda yazdığı əsərləri mövzu müxtəlifliyi ilə fərqlənir.
Vaqif Kərimov
Vaqif Kərimov (tam adı: Kərimov Vaqif Yunus oğlu; 5 iyul 1949, Bakı) — geologiya‑mineralogiya elmləri doktoru, professor (2001). İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri. == Həyatı == Kərimov Vaqif Yunus oğlu 1949-cu il iyulun 5-də Bakıda anadan olub. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "dağ mühəndisi-geoloq" ixtisası üzrə bitirib. 1975-ci ildə V.Kərimov "Cənub-Şərqi Qafqazda stratiqrafik və litoloji neft və qaz yataqlarının kəşfiyyatı" mövzusunda dissertasiya müdafiə edib, 1983-cü ildə isə İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda "Stratiqrafik, litoloji və kombinəli neft və qaz yığımlarının formalaşması şərtləri, yerləşdirilməsi nümunələri, axtarış metodikası və kəşfiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildən V.Kərimov İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru, 2009-cu ildən həmin universitetin neft və qaz axtarışının nəzəri əsasları və kəşfiyyatı kafedrasının müdiridir.Hazırda Neft və Qaz İnstitutunun direktorunun elmi məsləhətçisidir. == Ailəsi == Akademik Sübhi Salayevin bacısı oğludur. Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Vaqif Kərimov 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur. 1993-cü ildə 4 iyun Gəncə qiyamı və ardınca hakimiyyət dəyişikliyi baş vermiş, Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən şəxs vəzifəsinə seçilmişdir.
Bəhruz Vaqifoğlu
Bəhruz Vaqif oğlu Əhmədli (25 oktyabr 1982, Zəngilan) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016). == Həyatı == Bəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır. == Fəaliyyəti == Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur. 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir. Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Hüsniyyə Vaqifqızı
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994-1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı Dərs (Rafiq Səməndərov) — Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarırBakı Bələdiyyə Teatrı O.Altunbayın "Tomris (O.Altunbay) — Tomris Nadir şah (Nəriman Nərimanov) — Gülcahan Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — Əsmər Dəli Domrul (A.Məmmədov) — Banı Ağ və qara (H.Fətullayev) — qız İnsan və iblis (Ə.Pəhləvan) — Şükriyyə Elektra (Sofokl) — Elektra Xəyanətin müsibəti (İ.Kərimov) — Ümmi İshaq Dönüş (C.Cabbarlı) — Gülsabah Türk sancağı (A.Qurbani) — Yasəmən İblis (H.Cavid) — İblis Qaravəlli(Anar)-Müqənni. Diaqnoz D.-P.l.arvadı. Şanl Vətən.Jurnalist15.Nəsimi -Fatma(İsa Hüseynov) 16 .Nizami.Aparıcı. 17.Şuşada urəyim qaldı.-Ana.
Molla Nəsrulla Vaqif
Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif (?-1553) — XVI əsr Azərbaycan şairi. == Həyatı == Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif 1503-cü ildə Xalxalda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Osmanlıya köçüb, uzun müddət orada yaşamışdır. Bəzi müəlliflərə görə onun Osmanlı dövlətinə getməsi onun sünni məzhəbində, şafii təriqətində olması idi. Molla Nəsrulla Vaqif 1553-cü ildə Osmanlı dövlətində vəfat edib.
Molla Pənah Vaqif
Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717[…], Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər – 1797[…], Şuşa) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri. Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş və o, "Molla Pənah" ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur.Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır, lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.
Molla Pənah Vaqif (1990)
== Məzmun == Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Xalq Təhsili Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Molla Pənah Vaqif (film, 1990)

Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi

Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Ulu öndərin iştirakı ilə təntənəli açılışı olmuşdu. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar.Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. == Abidə == Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir.Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir. Şairin abidəsi kompozisiyanın tamlığı və formaların plastik zənginliyi ilə də fərqlənir. O, planda kvadrat şəkilli, aşağısı bir qədər geniş, oturacaq şəklində olan xaricdən qırmızımtıl Qarabağ mərməri ilə üzlənmiş hündür bürcdür.
Molla Pənah Vaqifin büstü
Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. == Haqqında == Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb.7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Əliqulu Vaqif
Molla Əliqulu Vaqif (?-?)—XVI əsr Azərbaycan şairi. == Həyatı == Molla Əliqulu Vaqif Xalxalda doğulmuşdur. Molla Nəsrulla Vaqifin bacısı oğludur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Təbrizə yollanmışdı. Orada müxtəlif alimlərin yanında təhsilini artırmışdı. Molla Əliqulu Vaqifin divanı qalıb.
Rövşən Vaqifoğlu
Rövşən Vaqifoğlu — Azərbaycanlı kinorejissor. == Həyatı == 29 iyul 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cı ildə, Bakı şəhəri, Yasamal rayonu, 176-saylı orta məktəbə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 1996-cı ildə, "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti"-ndə "Teatr və Kino Sənəti" fakultəsinin, Bədii Kino və Televiziya filmləri rejissoru ixtisasına qəbul olmuş, 2000-ci ildə bakolavr təhsili ilə bitirmişdir. 1993-2001-ci ilə qədər Yeni il və Novruz bayramı şənliklərini montaj rejissoru olmuşdur. Həmçinin Space tv-də olimpiadaya aid 3 seriyalı sənədli film, İnternews şirkətində 2 sənədli film, 8 film reklam roliki hazırlamışdır. 2000-ci ildə Debüt-kinotavr", 2006-cı ildə "Qizil Çıraq" kino festivallarının iştirakçısı olmuşdur."Qızıl pəri" audiovizual festivalın iştirakçısı olmuş, ən yaxsi 2019 cı ilin Tv rejissoru kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür . == Adlar və mükafatlar == 1)2001-ci ildə "Qızıl pəri" audiovizual festivalın təşəbbüskarlarından və iştirakçısı olmuş, ən yaxsi kinorejissor kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür .2)2001-ci ildə Azərbaycan Dövlət İdman və Turizm Nazirliyi tərəfindən İlin Ən yaxşı kinorejissoru kimi Beynəlxalq diploma layiq görülmüşdür. 3)2019-cI ildə "Qızıl pəri" audiovizual festivalın iştirakçısı olmuş, ən yaxsi 2019 cı ilin Tv rejissoru kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür . == Filmoqrafiya == 38 ildən sonra (film, 2006) (rejissor) Adadan başlayan yol (film, 2012) Adına yaraşan oğul (film, 2012) Bağdada putyovka var...
Vaqif Bayatlı Odər
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər; 1 oktyabr 1948, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Vaqif Bayatlı Önər

Vaqif Bayramov (jurnalist)
Vaqif Binyat oğlu Bayramov (16 fevral 1959, Ağudi kəndi, Zəngəzur mahalı) — jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Vaqif Bayramov 1959-cu il fevralın 16-da Zəngəzur mahalının (Ermənistan Sovet Sosialist Respublikası, Sisyan rayonu) Ağudi kəndində ziyalı ailəsində anadan olub. 1976-cı ildə həmin kənddəki orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərindəki 71 saylı texniki peşə məktəbində oxuyub və boru-prokat zavodunda fəhlə işləyib. 1977-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indi Azərbaycan Pedaqoji Universiteti) filologiya fakültəsini və Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. == Fəaliyyəti == 1981-1984-cü illərdə Astara rayonunun Kakalos, 1984-1987-ci illərdə Sisyan rayonunun Ağudi kəndlərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib. 1987-1993-cü illərdə “İnşaatçı”, “İnşaatçı sözü”, "Həyat", "Respublika" qəzetlərində müqaviləli xüsusi müxbirlikdən ən müxtəlif vəzifələrdə (müxbir, baş müxbir, şöbə müdiri) çalışıb. 1994-cü ildən indiyədək "Xalq qəzeti"nin əməkdaşıdır. Sosial-iqtisadi mövzularda yüzlərlə məqalənin müəllifidir. === Kitabları === Erməni işğalçılarının azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərlə bağlı 3 kitabın müəllifidir. “Yurd ağrısı” “SİSYAN- qovğalarda qovrulan torpaq” “Bilməz idim ayrılıq var” === Məqalələri === “Bir uşaq ağlayır çay qırağında...” “Bilməz idim, döngələr var, dönüm var...” “Ürəyimdir yazanım” “...Bir də gəlişimə zəmanət olsa, Gəlməzdim mən belə dünyaya, tövbə!” “Ya rəbbim, sən qaytar bizi bizlərə...” “Zaman qapımızda əlində qayçı...” “Mistik varlıq, sehrbaz və ovsunçu…” == Mükafatları == Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 15 iyul tarixli sərəncamı ilə mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Vaqif Bayramov (mayor)
Vaqif Dilqəm oğlu Bayramov (25 dekabr 1979, Naftalan – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (mayoru). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Vaqif Bayramov 1979-cu ilin 25 dekabr günündə Naftalan şəhərində anadan olub. Vaqif Bayramov ailəli idi, bir oğlu və iki qızı yadigar qalıb. Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci il 1 iyulda Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidməti == Kapitan Vaqif Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 11-i isə Vaqif Bayramov doğulduğu Naftalan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Bayramov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Vaqif Bayramov (professor)
Vaqif Deyruş oğlu Bayramov (28 yanvar 1957, Tbilisi) — Rusiya alimi; Sosiologiya elmləri doktoru, professor. Moskva Dövlət Humanitar‑İqtisad Universitetinin rektoru. == Həyatı == Bayramov Vaqif Deyruş oğlu 1957-ci il yanvarın 28-də Tbilisi şəhərində anadan olub. 1986-cı ildə Moskva Metallurgiya İnstitutunu “metallurgiya sobalarının istilik texnikası və avtomatlaşdırılması” ixtisası üzrə, 2002-ci ildə A.S.Puşkin adına Leninqrad Dövlət Vilayət Universitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin dissertasiya şurası 2003-cü ilin may ayında V.Bayramova siyasi elmlər namizədi elmi dərəcəsi verib. O, 2004-cü ildən Moskva Dövlət Humanitar-İqtisad İnstitutunda (2014-cü ildən Moskva Dövlət Humanitar-İqtisad Universiteti) əvvəlcə dekan, sonra institutun birinci prorektoru vəzifəsində çalışıb. 2006-cı ildən həmin institutun rektorudur.2009-cu ilin aprel ayında sosiologiya elmləri doktoru elmi dərəcəsini, 2010-cu ildə isə professor elmi adını alıb. Onun 30 ildən çox ümumi əmək stajı var. V.Bayramov institutun maddi-texniki bazasını genişləndirmiş təcrübəli rəhbərdir. Onun rektor işlədiyi dövr ərzində institutun bütün binalarında, qurğularında və ərazisində miqyaslı təmir-bərpa və abadlıq işləri aparılıb.
Vaqif Bayramov (sosioloq)

Значение слова в других словарях

Web-изда́тель ободри́ться переска́киваться слезотече́ние соспле́тничать фи́стульный атле́тика би́сер знали бы мы изобрета́тель подбрива́ться сургу́чный big gun boston chest-on-chest impersonality modicum octangular osmous toss out вира грузооборот приложиться свистать тринадцать