MAVİLİK
MAYA
OBASTAN VİKİ
Autodesk Maya
Autodesk Maya - Windows, macOS və Linux-da üçölçülü qrafik redaktordur. Maya geniş 3D-animasiya, modelləşdirmə və vizuallaşdırma funksionalına malikdir. Proqram animasiyalar, mühitlər, hərəkət qrafikləri, virtual reallıq və personajları yaratmaq üçün istifadə olunur. Kino, televiziya və oyun sənayesində geniş tətbiq edilir.
Artur Braziliano Maya
Artur Braziliano Maya (13 Oktyabr 1992 – 28 Noyabr 2016) — Artur Maya kimi də tanınan, Vitoriya klubundan Şapekoense klubuna icarəyə verilən Braziliya futbolçusudur. O, klubda hücuma meylli yarımmüdafiəçi oynayırdı. Ximenez LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində həlak olanlardan biri olmuşdur. == Ölümü == 28 noyabr 2016-cı ildə Artur Maya Şapekoense klubunun xidməti heyəti ilə birlikdə LaMia Hava Yolları reys 2933 ilə uçarkən təyyarənin Kolumbiyanın La Yunion şəhərinin Serro-Qordo kəndində qəzaya uğraması nəticəsində həlak olmuşdur.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Maya Anjelu
Maya Anjelu (doğum adı Marqarita Enn Conson; 4 aprel 1928[…], Sent-Luis, Missuri – 28 may 2014[…]) – Amerikalı şairə. O, alim Con Brekston tərəfindən "ən məşhur qara dərili qadın" adlandırılmışdır.[mənbə göstərin] == Yaradıcılığı == Maya Anjelu öz uşaqlıq həyatından və ilkin böyük həyatından bəhs edən altı cildlik avtobioqrafik əsərləri ilə məşhurdur. Məhz bu ssər ona beynlxalq şöhrət gətirdi və Milli Kitab Mükafatına namizəd kimi təqdim edildi. Pulitser Mükafatı laureatıdır. == Ədəbiyyat == Angelou, Maya (1969). I Know Why the Caged Bird Sings. New York: Random House. ISBN 0-375-50789-2 Angelou, Maya (1984). "Shades and slashes of light". In Black women writers (1950–1980): A critical evaluation, Mari Evans, ed.
Maya Bədəlbəyli
Maya Bədəlbəyli (azərb. Maya Rəhim qızı Bədəlbəyli‎; 1952-ci il Bakı şəhəri) — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü, fəlsəfə doktoru. == Həyatı == Maya Bədəlbəyli 1952-ci ildə Bakı şəhərində anadan olub. O, Bakıda 6 saylı orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub. == Fəaliyyəti == Maya Bədəlbəyli universiteti bitirdikdən sonra Bakı Məişət Kondisioneri zavodunun nəzdindəki Texniki-peşə məktəbində rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə çalışıb. O, 1979-cu ildə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanunlarının nəşrinin hazırlanması üzrə redaksiya heyətinin redaktoru vəzifəsinə qəbul olunub. 1982-ci ildən etibarən isə Azərbaycan Mədəniyyət Nazirliyində Mədəni-Maarif şöbəsinin baş müfəttişi vəzifəsində çalışıb. Bu dövrdə o, əhalinin xalq sənətinin inkişafında mədəniyyət müəssisələrinə praktiki yardım göstərmək məqsədilə Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşdur. Daha sonra Mədəniyyət Nazirliyində Sosiologiya Tədqiqat Qrupunun yaradıldığı vaxtdan qrupa Maya Bədəlbəyli rəhbərlik edib. Maya Bədəlbəyli Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin və Heydər Əliyev Fondununun tədbirlərində fəal iştirak edərək Rusiya xalqları arasında Azərbaycan mədəniyyətini təbliğ edir.
Maya Hok
Maya Hok (ing. Maya Hawke; 8 iyul 1998, Nyu-York, Nyu-York ştatı) — amerikalı aktrisa, model və müğənni. == Həyatı == Hok 8 iyul 1998-ci ildə Nyu-York şəhərində aktyor Etan Hok və aktrisa Uma Turmenin ən böyük övladı olaraq dünyaya gəldi. Valideynləri 1998-ci ilin may ayında evlənib 2005-ci ildə ayrılmışdırlar. Hokun bir qardaşı var. Atasının ikinci həyat yoldaşı Rayan Şouesdən iki ögey bacısı var. Anasının keçmiş nişanlısı investor Arpad Bassondan isə bir ögey bacısı var.Hok ata tərəfdən yazıçı Tennesse Uilyamın qohumudur. Ana tərəfdən buddist alim Robert Turmen və model Barones Nena von Şlebrüqün nəvəsidir. Şlebrüqün anası Birgit Holmquist də modeldir.Hokun disleksiyası var idi və buna görə də ibtidai təhsil alarkən tez-tez məktəb dəyişdirirdi. Ən sonda Nyu-Yorkun Bruklin ərazisində yerləşən Müqəddəs Ann məktəbində təhsil aldı.
Maya Mədəniyyəti
Mayya — Qızıldərili Mayya xalqı tərəfindən qurulan Xristofor Kolumbdan əvvəlki Amerika sivilizasiyalarından biridir. Mərkəzi Amerika sivilizasiyası olan Mayya sivilizasiyası, min illər ərzində Meksikanın cənub-şərqindən, Honduras, Salvador və Qvatemalaya qədər uzanan Mezoamerika bölgəsində hökm sürmüşdür. Meksikanın cənub-şərqində beş dövlət qurmuş Mayyalar (Campeche, Chiapas, Quintana Roo, Tabasco və Yucatn), tarixləri boyu yüzlərlə dialekt istehsal etmişlər və bu dialektlərdən bəziləri günümüzdə hələ də danışılan 21–44 Mayya dilinin əmələ gəlməsini təmin etmişdir. Bu sivilizasiya e.ə.600 vasitələrində yüksəlişə keçmiş, b.e. 3-cü əsrdə qızıl dövrünə (klassik dövr, b.e. 250–900-cü illərində addım atmış, kənd-dövlətlərinin siyasi qarışıqlıqlar nəticəsində dağıldığı b.e.900-cü ilə qədər geniş bir sahədə varlığını davam etdirmiş və İspaniya işğalı ilə də, dağılma prosesinə girmişdir. Mayya sivilizasiyası bir çox baxımdan bitmiş olsada, geniş inancın əksinə, Mayyalar yox olmamışlar, hazırda bu ölkələrdə yaşayır və Mayya dillərindən bəzilərini danışırlar. Köhnə Mayyaların (Mayyaların indiki nəsillərinə nisbətən deyilən termin) astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə inkişaf etmiş bir mədəniyyət səviyyəsindədir. Rabinal Achi, Popol-Vuh, Çilam Balam, Mayya ədəbiyyatı bu mədəniyyətin həyatını təsvir edir. İspaniya işğalı 1697-ci ildə Itza Mayya'nın paytaxtı Tayas və Qvatemaladakı Mayyaların paytaxtı Zacpeten'in alınması ilə sona çatdı və son Mayya dövləti 1901-ci ildə paytaxtı Meksika işğalı ilə yox oldu.
Maya Neuenşvander
Maya Neuenşvander (13 fevral 1989, Bern, İsveçrə) — İsveçrəni təmsil edən marafonçu. Maya Neuenşvander İsveçrəni 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maya Neuenşvander birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 34 dəqiqə 50 saniyəyə qət edərək 118 marafonçu arasında 50-ci yeri tutdu. Maya Neuenşvander növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 34 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 29-cu yeri tutdu.
Maya Sandu
Maya Sandu (24 may 1972, Risipen[d], Faleşt rayonu[d]) — Moldova Respublikasının Dövlət və Siyasi Xadimi; Moldova Respublikasının 6-cı Prezidenti (16.11.2020), Moldova Respublikasının tarixində ilk qadın-prezident. Moldova Respublikasının Baş Naziri (08.06.2019–14.11.2019), Moldova Respublikası Parlamentinin üzvü (30.11.2014–08.06.2019), Moldova Respublikasının Təhsil Naziri (24.07.2012–30.07.2015). == Həyatı == Maya Sandu 1972-ci il mayın 24-də Moldova SSR-nin Faleşt rayonunun Risipen qəsəbəsində Grigori və Emiliya Sandunun ailəsindən anadan olub. Rumın, rus, ingilis və ispan dillərini bilən Maya Sandu, ailəli deyil. 1989–1994-cü illərdə 152 nömrəli addım-addım təhsil müəssisəsində təhsil alan Maya Sandu, 1995–1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçiliyi Universitetində beynəlxalq əlqaqələr üzrə təhsil alıb. 2010-cu ildə isə o, Con Kennedi adına Dövlət İdarəçiliyi Harvard İnstitutunu bitirib.
Maya Saviç
Maya Saviç (29 aprel 1976, Berane) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Maya Saviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Maya Tabakova
Maya Tabakova (11 may 1978) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Maya Tabakova Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Maya Yoşida
Maya Yoşida (d. 24 avqust 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 6 qol vurub.
Maya Zebiç
Maya Zebiç (d. 31 may 1982; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Maya Zebiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Maya dəyəri
Maya dəyəri — müəssisənin istehsalat-təsərrüfat fəaliyyətini hərtərəfli əks etdirən və işinin səmərəliliyini xarakterizə edən ümumi göstəricidir. Maya dəyəri məhsulun hazırlanması və satışına müəssisə və birliklərin cari xərclərinin (pul ifadəsində) cəmini göstərir. Bu xərclər xammala, əsas və köməkçi materiallara, yanacaq və enerjiyə sərf olunan xərcləri, əmək haqqını, məhsulların hazırlanması prosesində əsas fondlardan istifadə olunması ilə bağlı və b. xərcləri (o cümlədən hazırlanmış əmtəə məhsulların stansiyaya göndərilməsi və nəqliyyat vasitələrinə yüklənməsi) özündə cəmləşdirir. Sənaye müəssisələrinin işində məhsulların maya dəyəri əsas keyfiyyət göstəricilərindən biridir. Məhsullarının istehsalı, əməyin məhsuldarlığının yüksəldilməsi, dövriyyənin sürətləndirilməsi, əməyin təşkilinin və istehsalının yaxşılaşdırılması və planın artıqlaması ilə yerinə yetirilməsi — bütün bunlar son nəticədə, istehsal olunan məhsulların maya dəyərinə təsir göstərir. Odur ki, məhsulun maya dəyəri göstəricisinə görə sənaye müəssisəsinin fəaliyyətinin keyfiyətini qiymətləndirmək olar. Maya dəyəri qiymətin əsas tərkib hissələrindən biridir və ona görə də maya dəyərinin aşağı salınması sistematik olaraq sənaye məhsullarının və xalq tələbatı mallarının qiymətlərinin aşağı düşməsinə səbəb olur. Maya dəyərinin və qiymətlərin aşağı salınması əhalinin alıcılıq qabiliyyətinin genişlənməsinə imkan yaradır, beləliklə, həmin məhsullara olan tələbatın, onların satış həcminin artmasına təsir edir və son nəticədə sənayenin inkişafı üçün baza yaradır.
Maya göbələyi
Maya göbələyi — təkhüceyrləli, göbələklər aləmüstünün üzvü eukariot orqanizm. Məişətdə və sənaye istehsalında, çörəkbişirmə, pivəbişirmə kimi sahələrdə geniş istifadə olunur. == Ümumi == Təbiətdə onlara ağacların gövdələrinin zədələnmiş yerlərində, çiçəklərin nektarlarında, şirin meyvələrin üzərində rast gəlmək də olur. Onun birhüceyrəli növü çox qədim zamanlardan insanlar tərəfindən yetişdirilir və xəmir qıcqırmasında istifadə olunurdu. Təbiətdə şəkər olan mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır. Maya göbələyi birnüvəli, ovalşəkilli hüceyrələrdən təşkil olunmuşdur. Saprofit qidalanır. Şəkərli qida mühitində maya göbələyi tumurcuqlanma yolu ilə sürətlə çoxalır. Bu zaman ana hüceyrə üzərində qabarcıqlar (tumurcuqlar) əmələ gəlir.
Maya sivilizasiyası
Mayya — Qızıldərili Mayya xalqı tərəfindən qurulan Xristofor Kolumbdan əvvəlki Amerika sivilizasiyalarından biridir. Mərkəzi Amerika sivilizasiyası olan Mayya sivilizasiyası, min illər ərzində Meksikanın cənub-şərqindən, Honduras, Salvador və Qvatemalaya qədər uzanan Mezoamerika bölgəsində hökm sürmüşdür. Meksikanın cənub-şərqində beş dövlət qurmuş Mayyalar (Campeche, Chiapas, Quintana Roo, Tabasco və Yucatn), tarixləri boyu yüzlərlə dialekt istehsal etmişlər və bu dialektlərdən bəziləri günümüzdə hələ də danışılan 21–44 Mayya dilinin əmələ gəlməsini təmin etmişdir. Bu sivilizasiya e.ə.600 vasitələrində yüksəlişə keçmiş, b.e. 3-cü əsrdə qızıl dövrünə (klassik dövr, b.e. 250–900-cü illərində addım atmış, kənd-dövlətlərinin siyasi qarışıqlıqlar nəticəsində dağıldığı b.e.900-cü ilə qədər geniş bir sahədə varlığını davam etdirmiş və İspaniya işğalı ilə də, dağılma prosesinə girmişdir. Mayya sivilizasiyası bir çox baxımdan bitmiş olsada, geniş inancın əksinə, Mayyalar yox olmamışlar, hazırda bu ölkələrdə yaşayır və Mayya dillərindən bəzilərini danışırlar. Köhnə Mayyaların (Mayyaların indiki nəsillərinə nisbətən deyilən termin) astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə inkişaf etmiş bir mədəniyyət səviyyəsindədir. Rabinal Achi, Popol-Vuh, Çilam Balam, Mayya ədəbiyyatı bu mədəniyyətin həyatını təsvir edir. İspaniya işğalı 1697-ci ildə Itza Mayya'nın paytaxtı Tayas və Qvatemaladakı Mayyaların paytaxtı Zacpeten'in alınması ilə sona çatdı və son Mayya dövləti 1901-ci ildə paytaxtı Meksika işğalı ilə yox oldu.
Maya Çiburdanidze
Mayya Çiburdanidze (gürc. მაია ჩიბურდანიძე; 17 yanvar 1961, Kutaisi) — Gürcüstanlı şahmat qrosmeysteri, qadınlar arasında 7-ci dünya çempionu (17 yaşında). == Həyatı == 1961-ci il yanvarın 17-də Kutaisidə anadan olan Mayya uşaq yaşlarından şahmatla maraqlanmışdır. 8 yaşında ikən qardaşından bu oyunun sirlərini öyrənmişdi. Mayya Kutaisi pionerlər sarayındakı şahmat dərnəyinə gələrkən, onun şahmat bacarığı məşqçi Çiradzenin nəzərindən yayınmadı və onunla ciddi məşğul olmağa başladı. 1972-ci ildə Tbilisiyə köçəndən sonra, Mayyanın şahmat yaradıcılığında dönüş mərhələsi başlandı. Bir ildən sonra şahmat aləmi yeni ulduzun parlamasından xəbər tutdu. Həmin il Tbilisidə SSRİ-Yuqoslaviya görüşü keçirilirdi. Ölkənin güclü şahmatçıları başqa yarışlarda çıxış etdiyindən Yoqoslaviya çempionuna qarşı oyuna Mayya çıxdı. Beynəlxalq usta, çox təcrübəli V.Kalxbrenner 12 yaşlı Mayyaya məğlub olur.
Maya Şibutani
Maya Şibutani (ing. Maia Shibutani; 20 iyul 1994, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika Birləşmiş Ştatları təmsil edən fiqurçu. Maya Şibutani, Aleks Şibutani ilə birgə 2008-ci ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Şibutani cütlüyü, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında 2 dəfə bürünc medalın sahib olub.Şibutani cütlüyü, həm də 2011-ci və 2017-ci illərdə baş tutan Dünya Çempionatlarının bürünc, 2016-cı ildə baş tutan çempionatın isə gümüş medalına sahib olub, 2 dəfə (2016–2017 və 2017–2018) ISU Qran-Pri Finalında bürünc medala, 2009-cu ildə gənclər arasında Dünya Çempionatında gümüş medala, habelə 8 dəfə (2011, 2012, 2015 və 2018-ci illərdə gümüş, 2013 və 2014-cü illərdə gümüş, 2016 və 2017-ci illərdə isə qızıl) isə ABŞ Çempionatının medallarına sahib olub. Karyerası ərzində 55 yarışa qatılan Şibutani cütlüyü, onların 14-də qızıl medal, 14-də gümüş medal, 14-də isə bürünc medal qazanıb. == Həyatı == Maya Harumi Şibutani 1994-cü il iyulun 20-də Birləşmiş Ştatların Nyu-York ştatının Nyu-York şəhərində anadan olub. Onun atası Kris Şibutani və anası Naomi Şibutani milliyyətcə yapondurlar. O və qardaşı Aleks Şibutani, 1998-ci ildə Köhnə Qrinuiç rayonunda idmanla məşğul olmağa başladılar. Onlar, 2005-ci ildən Kolorado ştatının Kolorado Sprinqs şəhərində, 2008-ci ildən isə Miçiqan ştatının Ann-Arbor şəhərində yaşamağa başladılar. O və qardaşı, Miçiqan Universitetinin məzunlarıdır.
Maya Şöne
Maya Şöne (alm. Maja Schöne‎; 1976, Ştutqart) — alman aktrisa. == Bioqrafiya == Şöne 1 yanvar 1976-cı ildə Ştutqartda anadan oldu. Özündən böyük bir qardaşı var. 1997-ci ildə aktrisa olmağa qərar verdi və 2001-ci ildə Westphalian Drama School-da təhsil almağa başladı. Şöne 2001-ci ilin fevral ayında Hamburqa köçdü.2004-cü ildə Cowgirl filmi ilə film karyerası başladı. 2008-ci ildən 2013-cü ilə qədər Tatort serialında rol aldı. 2011-ci ildə The Brand filmində rol aldı. O, 2017-ci ildə Neu in unserer Familie adlı miniserialda rol aldı. Həmin il Netflix-in elmi fantastika və dram janrında olan serialı Dark-da rol aldı.Şöne almaniyalı aktyor Karlo Lyubek ilə evlidir.
Passos Maya
Passos Maya (port. Passos Maia) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5900 nəfərdir. Ərazisi 614,432 кm²-dir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Çılpaq Maya
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir.Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır. Qoyyanın bu təsviri rəssamın xəyal dünyasında aşağı təbəqədən olan qadınlarla əlaqədar utancaq bir günah işləmə tabusu olması şəklində şərh olunur.
Maya Qurci
Maya Qurci (ukr. Майя Михайлівна Гурджі; 25 may 1946, Simferopol – iyun 1992, Simferopol) — Sovet və Ukrayna musiqişünası və müəllimi. Ukrayna Bəstəkarlar İttifaqının üzvü. == Bioqrafiya == 25 may 1946-cı ildə Simferopolda krımçak ailəsində anadan olub. Simferopol Musiqi Kollecinin məzunudur. 1971-ci ildə Qnessinlər adına Dövlət Musiqi və Pedaqoji İnstitutunun (Moskva) tarix, nəzəriyyə və bəstəkarlıq fakültəsini bitirmişdir. 1971-ci ildən Simferopol 1 saylı Uşaq Musiqi Məktəbində dərs deyirdi, 1975-ci ildən rayon radiosunda musiqi şərhçisi kimi fəaliyyət göstərmişdir. 1978-ci ildə Ukrayna Bəstəkarlar İttifaqının üzvü olur. Jurnal və qəzetlərdə məqalələrin, mühazirələrin, radio və televiziya proqramlarının müəllifidir. O, bəstəkar A. S. Karamanovun əsərlərinin təbliği ilə məşğul olmuş, onun haqqında bir sıra məqalələr yazmışdır.
Maya Erskin
Maya Erskin (ing. Maya Erskine; 7 may 1987, Los-Anceles, Kaliforniya) — amerikalı aktrisa, yazıçı. "Man Seeking Woman" və "Betas" seriallarındakı rolları ilə tanınır. O, Anna Konkl ilə birlikdə "PEN15" serialını yaradıb, ikisi burada 13 yaşlı əsas personajları ifa etmişdir. == Həyatı == Maya Erskin ABŞ-nin Los-Anceles şəhərində dünyaya gəlib. O, Mutsuko Niqatava və caz təbilçisi Piter Erskinin övladıdır. Anası Tokiodan olan yapondur, atası isə Nyu-Cersi ştatından olan ağ dərili amerikalıdır. Anası "PEN15" serialında personajın anasını ifa edib.Erskin Santa-Monikadakı Crossroads School for Arts & Sciences özəl məktəbində oxuyub, daha sonra Los Angeles County High School for the Arts mətkəbini bitirib. Maya bunun ardınca Nyu-York Universitetinə daxil olub, daha sonra Universitetin təşkil etdiyi təhsil proqramı üçün Amsterdama səfər edib, o, burada oxuyarkən ən yaxşı dostu Anna Konkl ilə tanış olub.
Maya Soetoro-Ng
Maya Kassandra Soetoro-Ng ing. Maya Kassandra Soetoro-Ng - 15 avqust 1970-ci ildə Cakartada (İndoneziya) anadan olub.) ABŞ-nin 44-cü Przezidenti Barak Obamanın ana bir, ata ayrı bacısıdır. Əvvələr orta məktəbdə tarix müəllimi idi, hal-hazırda Havay Universitetinin müəllimidir. == Uşaqlığı == Maya Sotero İndoneziyada yerli biznesmen Lolo Soetoro ilə amerikalı antropoloq Stanley Enn Dunhamin ailəsində anadan olub. Onun böyük qardaşı Barak Obama Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidentidir. O bildirir ki, ona ABŞ şairəsi Maya Anjelunun adı verilib .Maya və Barak bir neçə il birlikdə İndoneziyada və Havay adalarında yaşamış, sonradan anası Barakı Havay adalarında ata-anasının yanında qoyaraq Maya ilə birlikdə İndoneziyaya getmişdir. 1980-ci ildə onun valideynləri ayrıldıqdan sonra atası ikinci dəfə ailə qurur. Onun o ailədən Yusuf Aci Soetoro (1981) adlı qardaşı və Rahayu Nurmaida Soetoro (1984) adlı ögey bacısı vardır.İndoneziyada o ilk əvvəl evdə anasından təhsil alır, sonra 1981-1984-cü illərdə Cakarta beynəlxalq məktəbinə gedir Havaya qayıtdıqdan sonra Honoluludakı Punahou məktəbinə gedir və oranı 1988-ci ildə bitirir. O Nyu-Yorkdakı Barnard Kollecinin məzunudur. Həmçinin Nyu-York Universitetinin dil tədqiqatı və ingilis dili üzrə magistridir.
Çılpaq Maya (şəkil)
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir.Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır. Qoyyanın bu təsviri rəssamın xəyal dünyasında aşağı təbəqədən olan qadınlarla əlaqədar utancaq bir günah işləmə tabusu olması şəklində şərh olunur.
1 №-li Mayak
1 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki 1 №-li Mayak qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə 1 №-li Mayak kəndi adlandırılmışdır. == Toponimikası == 1 №-li Mayak kəndi əvvəllər Neftçala rayonunun Bankə qəsəbə inzibati ərazi dairəsi tərkibində qəsəbə statusuna malik olmuşdur. Yaşayış məntəqəsi Bankə Balıq Kombinatının əsas vətəgəsi yerləşən 1 №-li Mayak yaxınlığında 1966-cı ildə salındığı üçün belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd cənub-şərqi Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 1015 nəfərdir. == Təhsil == Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Neftçala rayonunun 1 №-li Mayak kəndində 100 şagird yerlik məktəb inşa edilmiş və məktəb binası yerli icra hakimiyyəti orqanının balansına verilmişdir.
2 №-li Mayak
2 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun Kürkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Kürkənd kənd inzibati ərazi dairəsi tərkibindəki 2 №-li Mayak qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə 2 №-li Mayak kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 2 №-li Mayak vətəgəsi yanında salındığına görə belə adlandırılmışdır. == Tarixi == Kənd 1 sentyabr 2004-cü ilə qədər qəsəbə statusu daşımışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Təhsil == Kənddə Mahir Sadıqov adına 1 saylı orta ümumtəhsil məktəbi və Asif Səlimov adına 2 saylı ümumtəhsil məktəbi yerləşir.
Abşeron mayakı
Abşeron mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Azərbaycandakı yerli mayaklardan ən irisidir. == Tarixi == 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda tikilmişdir. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == === Quruluşu === Mayak 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır. === İşıqlandırılması === İstifadəyə verildiyi vaxtdan etibarən işığın 38 km uzaqlıqdan görünməsinə malik olmuş, gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. 1912-ci ilə qədər mayak kerosin lampası ilə işıqlandırılırdı. 1912-ci ildən mayakın işıqlandırılması kerosin-kürə qurğusu, 1956-cı ildən isə elektrikləşmə ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.
Adi mayasarmaşığı
Ageratina mayajana
Amburan mayakı
Amburan mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Amburan mayakına həsr olunmuşdur.
Astara mayakı
Astara mayakı — Azərbaycanın Astara şəhərinin ərazisində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 25 m olan bir dəmir konsrtruksiyasının üzərində quraşdırılmışdır. Astara mayakı Astara çayının sağ sahilində, Azərbaycan-İran dövlət sərhəddindən sərhədi 400 m (1/4 mil) şimalda, Xəzər dənizi sahilindən isə 250 m (820 ft) aralıda yerləşir. 1900-cü ildə Astara reydini və ora girişi göstərmək üçün işıqlanan stvor nişanlar quraşdırılıb. Hər iki nişan 2,5 mil məsafədə daimi qırmızı işıq ilə işıqlanır. Stvor nişanları şərq-qərb istiqamətində yerləşir.
Azərbaycan Respublikasının mayakları (film, 2006)
Azərbaycan Respublikasının mayakları qısametrajlı sənədli televiziya filmi rejissor Leyla Səfərova tərəfindən 2006-cı ildə çəkilmişdir. Lider televiziyasında istehsal edilmişdir. Filmdə Xəzər dənizinin Azərbaycan sahilində tikilən mayaklardan danışılır. == Məzmun == Filmdə Xəzər dənizinin Azərbaycan sahilində tikilən mayaklardan danışılır. Burada Amburan, Şüvəlan, Abşeron, Böyük Zirə, Səngi Muğan, Lənkəran, Astara mayakları və onların tarixi göstərilir.
Azərbaycan mayakları (film, 2015)
Azərbaycan mayakları qısametrajlı sənədli televiziya filmi rejissor Elməddin Alıyev tərəfindən 2015-ci ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir.Film gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili olan mayaklardan-Azərbaycan mayaklarından bəhs edir. == Məzmun == Film gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili olan mayaklardan-Azərbaycan mayaklarından bəhs edir.
Azərbaycandakı mayakların siyahısı
== Mayaklar ==
Aşağı Mayan (Təbriz)
Aşağı Mayan (fars. مايان سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7,083 nəfər yaşayır (1,694 ailə).
Bizim Mayaklar (1961)
Bizim mayaklar qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. == Məzmun == Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. Filmdə Qax rayonunda dağlar qoynunda yerləşmiş Sarıbaş kəndinin timsalında kənd zəhmətkeşlərinin həyatı və əmək fəaliyyəti, qayğıları öz geniş əksini tapmışdır.Müəlliflər burada bir neçə qabaqcıl adamın portretini yaratmışlar. Bunlar tanınmış sağıcılar Kəklik İsmayılova və Minayə Quliyeva, təcrübəli qarğıdalı yetişdirən Məmmədtağı İsmayılov, çobanlar-Nəcməddin və Şəmsəddin Sofiyev qardaşları, kolxoz sədri Həsən Mirzəyev və 107 yaşlı çoban Fətəlidir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Bizim mayaklar (film, 1961)
Bizim mayaklar qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. == Məzmun == Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. Filmdə Qax rayonunda dağlar qoynunda yerləşmiş Sarıbaş kəndinin timsalında kənd zəhmətkeşlərinin həyatı və əmək fəaliyyəti, qayğıları öz geniş əksini tapmışdır.Müəlliflər burada bir neçə qabaqcıl adamın portretini yaratmışlar. Bunlar tanınmış sağıcılar Kəklik İsmayılova və Minayə Quliyeva, təcrübəli qarğıdalı yetişdirən Məmmədtağı İsmayılov, çobanlar-Nəcməddin və Şəmsəddin Sofiyev qardaşları, kolxoz sədri Həsən Mirzəyev və 107 yaşlı çoban Fətəlidir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Böyük Zirə mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Tarixi == Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır.Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. == Göstəriciləri == Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır.Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Dərbənd mayakı
Dərbənd mayakı — Rusiya Federasiyasının ən cənub mayakıdır. Mayak Dağıstanın Dərbənd şəhərində yerləşir. Mayak Rusiyanın qorunan abidələri və UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Dərbənd qədim zamanlarlar liman şəhəri olmasına baxmayaraq, burada XIX əsrə qədər limanların əsas atributlarından sayılan mayakın olması barədə məlumat yoxdur. Rusiya imperiyasına məxsus gəmilər Dərbənd qalası rayonuna XVI əsrin 60-cı illərində yan almışlar. Bu zaman ruslar Xəzər dənizinin qərb sahillərinə gərbi yürüşlər təşkil edirdilər. I Pyotr Xəzər dənizində Rusiyanın təsir dairəsini artırmaq və Baltik-Xəzər dəniz yolunu inkişaf etdirməklə Avropa-Şərq arasında ticarət əlaqələrini qurmaq məqsədi ilə 1722—1723-cü illərdə Rusiya imperator donanamasının köməyi ilə Xəzəryanı bölgələrə hərbi yürüşünü təşkil etmişdir. Bunun nəticəsində Dərbənd və Bakı kimi tratüji əhəmiyyəti olan şəhərlər ələ keçirilir. 1826—1828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi sonrası Rusiya Xəzər dənizində yeganə hərbi gücə çevrildi. rus və fars ticarət gəmiləri isə dənizdə sərbəst dolaşma hüququ əldə etdi.
Ekstrakorporal mayalanma
== İn vitro (orqanizmdən kənar İVF) mayalandırma == İn vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur. Hormonal müalicə və ya stimulyasiya Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Follikulların stimulyasiyası hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır.
Frying Pan üzən mayakı
Frying Pan (Frayin Pen kimi tələffüz olunur) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonundaki Pirs 66a-da quraşdırılan üzən mayak. O, 30 il ərzində Şimali Karolinadaki Keyp-Fir dili tərəfdə yerləşən eyni adlı barda istifadə olunmuşdur. == Konstruksiyası və xüsusiyyətləri == Üzən mayak 1929-1930-cu illərdə "Charleston Dry Dock & Machine" şirkəti tərəfindən 274.434 dollarlıq müqavilə qiymətinə istehsal edilmişdir. Onun kili 30 yanvar 1929-cu ildə, suya endirilməsi 30 avqustda və təchiz olunması 8 aprel 1830-cu ildə baş tutmuşdur. İşıq, səs və zəngdən başqa tikiliyə inşaat zamanı radiomayak və sualtı gəmi üçün siqnal zəngi quraşdırılmışdır. == Əyləncə yeri == Frying Pan tədbirlər üçün icarəyə götürülə bilər. O, Nyu-Yorkda əyləncə mərkəzi olaraq tanınır.
Genuya mayakı
Genuya mayakı (it. faro di Genova, ancaq sadəcə Lanterna adlandırılır)— Genuya limanının əsas mayaklarından biri. Ətraf ərazilərdə gecə dənizçiliyi üçün mühüm yardımı olmaqla yanaşı, mayak Genuya şəhərinin tarixi simvolu rolunu oynayır. 76 metr hündürlüyə malik olan bu mayak dünyanın beşinci ən hündür mayakı olmaqla bərabər, daş hörgüsü ilə tikilmiş ikinci ən hündür mayakdır. 1902-ci ildə İle Viergedə mayakın tikilməsinə qədər 1543-cü ildən bəri dünyada ən hündür mayak idi. Üzərində inşa edildiyi təbii qaya ilə birlikdə ümumi hündürlüyü 117 metrdir. Mayak hər biri terraslarla bağlanmış iki kvadrat hissədən inşa edilib. Bütün bu struktur işıq saçan fənərlə tamamlanır . Keçmiş mayakın 1543-cü ildə dəyişdirilməsi ilə özünün indiki formasında yenidən qurulub və İspaniyanın La Korunya şəhərində yerləşən Herkules qülləsi və Estoniyanın Hiyumaa adasında yerləşən Kıpu mayakından sonra dünyanın ən qədim üçüncü mayakıdır.
Hamiqot mayakı
Hamiqot mayakı (kor. 호미곶등대) — Cənubi Koreyanın Pohanq şəhərində yerləşən və hal-hazırda da fəaliyyət göstərən mayak. 26,4 metr hündürlüyü ilə Cənubi Koreyanın ən hündür mayakıdır. == Tarixi == 1901-ci ildə Yaponiyaya məxsus gəminin yaxınlıqda batmasından sonra 1903-cü ildə tikilib. Cənubi Koreyanın ən hündür mayakı fransız memar tərəfindən layihə edilib, Çin podratçıları tərəfindən tikilib və 1903 -cü ilin dekabrında tamamlanıb. Hündürlüyünə baxmayaraq, mayak armaturdan istifadə olunmayaraq, kərpicdən tikilmişdir. Daxildən altı-mərtəbəyə bölünüb və hər bir tavan Coson sülaləsinin şərəfinə armud ağacının çiçəyi ilə bəzədilib. Mayak hal-hazırda da fəaliyyətini davam etdirir.
Kür dili mayakı
Kür dili mayakı — Azərbaycanın Neftçala rayonu ərazisində yerləşən mayak. Kür deltasından təxminən 50 km (30 mil) cənubda, Kür dili adasının cənub-şərq sahilində yerləşir. Mayak 1911-ci ildə istifadəyə verilmişdir. 1966-cı ildən fəaliyyətsizdir.
Küçük Mayak (Uçalı)
Küçük Mayak (başq. Көсөк-Маяҡ, rus. Кучуково-Маяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 71 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 11 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 41 km.
Lənkəran mayakı
Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir. == Tarixi == 1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə hazır ki, mayakda fəaliyyət göstərək türmə ləğv edilir. Binanın başına fanar qoymaqla mayak kimi istifadə edilməyə başlanılır. Mayan Rusiya İmperiyasının Xəzər dəniz donanmasına verilir. 1957-ci ildə mayak binası təmir edilmişdir.
Mahaçqala mayakı
Mahaçqala mayakı və ya Petrovski mayakı — Dağıstan Respublikasının paytaxtı Mahaçqalada fəaliyyət göstərən mayak. Mayak binası 1862-ci ildə istismara verilmişdir.Hazırda mayak Kirovski rayonu, Əmirxanova küçəsi, 20 ünvanında yerləşir. Mayakın binası şəhərin ən görməli binalarında sayılır. Bina Rusiya Federasiyası xalqlarının regional əhəmiyyətli mədəni irs obyekti olaraq qorunur. }}</ref> == Tarixi == Xəzərdə mayakların inşasının təşəbbüskarı Qafqaz canişini Mixail Vorontsov olmuşdur.Petrovski qalasındakı ilk mayak, 1852-ci ildə Tarkovskaya Gorada da, əfsanəyə görə, Rusiya imperatoru I Pyotrun Port-Petrovsk qalasının təməlinə ilk daşı qoyduğu yerdə inşa edilmişdir. Mayak əvvəlcə ağ bir qüllə idi. O, dəniz səviyyəsindən 75 metr yüksəklikdə yerləşirdi. Onun üzərində səkkiz lampanın işığını reflektorlar tərəfindən gücləndirilərək, işığın görünmə məsafəsini 18 milə çatdıran müxanizm qurulmuşdu. == Yeni qüllə == Şəhərin və limanın inkişafı ilə mayak şəhərin ən görkəmli və diqqət çəkən binası olmağı dayandırdı və 1866-cı ildə Xəzər Donanmasının Hidroqrafik hissəsinin nəzarəti altında yeni, daha uğurlu bir yerdə Anji-Arka dağında yenidən quruldu.Yeni qüllənin hündürlüyü 27 metr (dəniz səthindən təxminən 80 metr yüksəklikdə), mayak işığının görünürlüyü 15 mil idi. 1895-ci ildə mayakın parlaqlığı artırıldı, mayak işığı daha yüksək yerdə quruldu.

Значение слова в других словарях

бара́ночница нарцисси́зм подтвержда́ть приче́лина пыря́ние сотови́дный техно́лог черк люмпенизи́роваться небо с овчи́нку показалось смыслово́й таи́нственно лядвенец contestable half-witted in abstracto pubic teosinte tycoon башибузук вприкуску идеализирование обиться унты утеря