ÇAL
ÇALA
OBASTAN VİKİ
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Nəhəng çala
Nəhəng çala - (rus. исполиновы котлы, ing. kettle holes) evorzion çuxur- eni bir neçə metrə bərabər olan təbii yarımdairəvi çuxur, içərisində daş aparan suyun fırlanma hərəkəti nəticəsində bərk süxurlarda əmələ gəlir. Buzlağın yatağında, şəlalənin dibində, dar tənginin yanlarında, dəniz sahil­lərində yaranır.
Çala (Əlburz)
Çala (Əlburz) (fars. چاله‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 237 nəfər (80 ailə) yaşayır.
Çala gölü
Çala gölü – Bəndovan Dövlət Təbiət Yasaqlığının və Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşir. Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 metrə çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişdir. Gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır. Göl Qızılqaz, Flaminqo gölü olaraq da adlanır. Böyük və Kiçik Çala (Qızılqaz) gölləri XX əsrin 50-ci illərində Salyan su toplayıcı kanalının yaranması nəticəsində əmələ gəlmişdir. Göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri sufərəsi, adi təqibçi, kiçik təqibçi, cırtdan təqibçi və qamışlıq fərəsidir. Azərbaycanın bir çox gölü kimi bu göl də kanal suyu ilə (Şirvan kanalının) qidalanır. Susevər bitkilərin, xüsusilə də pambığın əkin sahələrinin kiçilməsi səbəbindən irriqasiya kanallarının suyunun səviyyəsi kəskin surətdə aşağı düşmüş, buna görə də gölə axan sular azalmışdır. 1990-cı illərin əvəllərindən Salyan su toplayıcı (Yenikənd) kanalına suyun vurulmasının dayandırılması ilə əlaqədar olaraq göllərə su daxil olmamış və 1999-cu ilin yayında sahəsi 4 min hektardan çox olan göllər qurumuşdur.
Afrika kəkilli çalağanı
Afrika kəkilli çalağanı (lat. Aviceda cuculoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Ağ halqalı çalağan
Ağ halqalı çalağan (lat. Leptodon forbesi) — leptodon cinsinə aid heyvan növü.
Ağquyruq çalağan
Ağquyruq çalağan (lat. Elanus leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Boz başlı çalağan
Boz başlı çalağan (lat. Leptodon cayanensis) — leptodon cinsinə aid heyvan növü.
Boz çalağan
Boz çalağan (lat. Elanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Boz çalağanlar
Boz çalağanlar (lat. Elaninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi. == Cins və növləri == Boz çalağan (Elanus) Bozumtul çalağan (Elanus caeruleus) Qara çiyinli çalağan (Elanus axillaris) Ağquyruq çalağan (Elanus leucurus) Yazılı çalağan (Elanus scriptus) Chelictinia Qayçıquyruq çalağan (Chelictinia riocourii) Macheiramphus Macheiramphus alcinus Gampsonyx İnci çalağan (Gampsonyx swainsonii) Elanoides Haçaquyruq çalağan (Elanoides forficatus)Azərbaycanda yaşayan növü yoxdur.
Bozumtul çalağan
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Bozun 50 çaları
Bozun Əlli Çaları (ing. Fifty Shades of Grey) — Britaniyalı yazıçı E.L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanı. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar. == Qısa məzmunu == Erotik məzmunlu "Bozun Əlli Çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.
Bozun çalarları
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bozun əlli çaları
Bozun Əlli Çaları (ing. Fifty Shades of Grey) — Britaniyalı yazıçı E.L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanı. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar. == Qısa məzmunu == Erotik məzmunlu "Bozun Əlli Çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.
Bozun əlli çaları (film)
Bozun əlli çaları (ing. Fifty Shades of Grey) — 2015-ci ildə Kelli Marselin Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən erotik-romantik dram janrında çəkilmiş Britaniya-Amerika filmidir. Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar. İlk dəfə 11 fevral 2015-ci ildə 65-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilən filmin kinoteatr çıxışı “Universal Pictures” təqdimatında 13 fevral 2015-ci ildə baş tutmuşdur. Tənqidçilərin qarışıq rəylərinə baxmayaraq böyük kassa uğuru əldə edən film, gəlir göstəricilərinə görə bir neçə rekord qırmış və ümumilikdə $569 milyon gəlir gətirmişdir. Hazırda film, 2015-ci ilin dördüncü ən çox gəlirli filmidir. Filmin davamı olacaq “Zülmətin Əlli Çaları” və “Azadlığın Əlli Çaları” filmlərinin müvafiq olaraq 10 fevral 2017-ci il və 9 fevral 2018-ci ildə təqdim ediləcəyi gözlənilir. == Məzmun == 21 yaşlı Anasteyşa “Ana” Stil Vaşinqton Ştat Universitetinin Vankuver, Vaşinqton yaxınlığında yerləşən kampusunda ədəbiyyat üzrə təhsil alır. Otaq yoldaşı Keyt Kavana xəstələndiyi üçün 27 yaşlı biznesmen Kristian Qreylə müsahibəyə Ana getməli olur. Bu müsahibədə Kristian Ana ilə maraqlanır və bir müddət sonra onun dərsdən sonra çalışdığı tikinti materialları dükanına gəlir.
Bozun əlli çaları (film, 2015)
Bozun əlli çaları (ing. Fifty Shades of Grey) — 2015-ci ildə Kelli Marselin Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən erotik-romantik dram janrında çəkilmiş Britaniya-Amerika filmidir. Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar. İlk dəfə 11 fevral 2015-ci ildə 65-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilən filmin kinoteatr çıxışı “Universal Pictures” təqdimatında 13 fevral 2015-ci ildə baş tutmuşdur. Tənqidçilərin qarışıq rəylərinə baxmayaraq böyük kassa uğuru əldə edən film, gəlir göstəricilərinə görə bir neçə rekord qırmış və ümumilikdə $569 milyon gəlir gətirmişdir. Hazırda film, 2015-ci ilin dördüncü ən çox gəlirli filmidir. Filmin davamı olacaq “Zülmətin Əlli Çaları” və “Azadlığın Əlli Çaları” filmlərinin müvafiq olaraq 10 fevral 2017-ci il və 9 fevral 2018-ci ildə təqdim ediləcəyi gözlənilir. == Məzmun == 21 yaşlı Anasteyşa “Ana” Stil Vaşinqton Ştat Universitetinin Vankuver, Vaşinqton yaxınlığında yerləşən kampusunda ədəbiyyat üzrə təhsil alır. Otaq yoldaşı Keyt Kavana xəstələndiyi üçün 27 yaşlı biznesmen Kristian Qreylə müsahibəyə Ana getməli olur. Bu müsahibədə Kristian Ana ilə maraqlanır və bir müddət sonra onun dərsdən sonra çalışdığı tikinti materialları dükanına gəlir.
Bozun əlli çaları (film musiqisi)
“Fifty Shades of Grey: Original Motion Picture Soundtrack” E.L. Ceymsin eyni adlı romanı əsasında 2015-ci ildə istehsal edilmiş “Bozun 50 çaları” filminin “Republic Records” tərəfindən 10 fevral 2015-ci ildə çıxarılmış film musiqisi albomudur. == Hazırlanması == Albom haqqında danışıqlara çıxış tarixindən iki il əvvəl, filmin çəkiləcəyi elan edildiyi vaxtdan başlanmışdı. Universal studiyasının film musiqisi və yayımı üzrə prezidenti Mayk Knoblox deyir: “Biz həqiqətən də, musiqinin filmin özəyi olmasını istəyirdik. Planlaşdırırdıq ki, mümkün qədər original material yaradaq, film musiqiləri həm sözləri həm də musiqiləri ilə kitabın məzmununu ifadə etsin.” Beyonse filmlə maraqlanan ilk musiqiçilərdən biri olmuşdur. Knoblox deyir: “O, fikirləşirdi ki, karyerasında nəsə gözəl bir addım ata bilər və ya öz brendi üçün irəliləyiş edə bilər.” Sia Knoblox və musiqi rəhbəri Dano Dano tərəfindən filmdə işə cəlb edilmişdi: “İki əsas qəhrəman arasında ilk dəfə intim yaxınlaşmanın baş verdiyi səhnə filmin ən mühüm anlarından biridir. Sia bizim üçün mahnını ifa etdi və biz dedik ki: “Bu çox yaxşıdı, lakin, bundan daha yaxşısı və ya daha güclü nəsə etmək mümkündürmü?” Sonda biz işi onun öhdəsinə buraxaraq film üçün yaxşı mahnı yazmasını xahiş etdik.” “The Weeknd” layihənin lap əvvəlindən ona qoşulmuş musiqiçilərdən biridir. “Republic Records”un meneceri Tom Makkey qeyd edir ki, “O, müxtəlif səhnələr üçün bir neçə mahnı üzərində işləyirdi. Bəziləri üzərində iş davam etdirildi, bəziləri üzərində isə yox. Lakin o işə davam etdi və sonda “Earned It” mahnısını yazdı ki, bu da onun yaradıcılığında həmin vaxta kimi yazılmış ən böyük mahnı idi. Bu, filmdə iki dəfə istifadə olunmuş yeganə mahnıdır.”12 yanvar 2015-ci ildə E.L.Ceyms film musiqisi albomunun 10 fevral 2015-ci ildə çıxarılacağını elan etmişdi.
Jerdon kəkilli çalağanı
Jerdon kəkilli çalağanı (lat. Aviceda jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Kəkilli çalağan
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Madaqaskar kəkilli çalağanı
Madaqaskar kəkilli çalağanı (lat. Aviceda madagascariensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Qara kəkilli çalağan
Qara kəkilli çalağan (lat. Aviceda leuphotes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Qara çalağan
Qara çalağan (lat. Milvus migrans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycan Respublikasının qırmızı kitabına düşmüşdür. Meşədə və hündür qovaq, palıd, tut, qarağac, vələs kimi ağaclar olan bağlarda nəsil verir, yem üçün isə əsasən açıq sahəyə uçur. Azərbaycanda nəsil verən populyasiyası mart ayında gəlir, dekabrda köçüb gedir. Apreldə hündür ağacda (10–20 m) yuva tikir, 2 - 3 ədəd qonur xalları və cizgiləri olan ağ rəngli yumurta verir. Birinci yumurtadan dişi quş kürt düşür, 30 gündən sonra balalar çıxır. Onlar 40 - 42 gün yuvada bəslənilir. Adətən axırıncı bala ölür, 1 - 2 bala pərvazlanır. Çalağanın yem spektri genişdir: meyvə, tərəvəz, cücü, kərtənkələ, ilan, siçan, leş, ərzaq tullantısı və s.
Qırmızı çalağan
Qırmızı çalağan (lat. Milvus milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Təxminən 60 - 66 sm ölçüdə quşdur. Rəngi qırmızımtıl-qəhvəyidir. Quyruğu uzundur və haçalanmışdır. == Yayılması == Qərbi Palearktikanın endem növüdür. Avropanın əksər hissələrində yayılmışdır. Afrikada yuvalaması və qışlaması öyrənilməmişdir.
Sakit okean kəkilli çalağanı
Sakit okean kəkilli çalağanı (lat. Aviceda subcristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Tatyana Çaladze
Tatyana Yevqenyevna Çaladze (19 fevral 1959, Latviya SSR – 2 dekabr 2017, Bakı) — Latviya və Azərbaycan jurnalisti. == Həyatı == Latviyada anadan olmuş və böyümüş Tatyana Çaladze vaxtilə "Baltiyskoe vremya", "Atmoda" və "Latviyas layks" qəzetlərində işləyib. 1992-ci ilin sonlarında Qarabağ müharibəsini işıqlandırmaq üçün Azərbaycana gəlib. Döyüşlərin gedişində iştirak edib, qəlpə yarası alıb. O, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan tarixi haqqında bir çox məqalələrin müəllifidir. Azərbaycan prezidentinin sərəncamı ilə 21 iyul 2010-cu ildə Tatyana Çaladzeyə Əməkdar jurnalist adı verilib. İslam dinini qəbul etmişdi.O, 2017-ci il dekabrın 2-də vəfat edib. Dekabrın 3-ü Bakının Yasamal rayonunda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib. == Biblioqrafiya == === Əsərləri === Qarabağ: müharibə üzlərdə: 1992-1994: cəbhə albomu (2004) Qarabağ: Onlar dürüst öldülər (rus. Карабахская Отечественная: они умирали честно) (2014) Həmdərd (rus.

Значение слова в других словарях

берёзовка высева́ть на четвере́ньки нога́ец огроми́ть прираба́тывание распылённость прола́мывать те́рмы фрондёрский я́сный барабанский личина bottom grass broken-winded dead-space delectation harshen heartwood quintic soya stateroom слонёнок травление филигранный