Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Münasib Mehdiyev
Mehdiyev Münasib Namaz oğlu — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehdiyev Münasib Namaz oğlu 23.08.1975 Samux rayonu Qovlarsarı kəndində anadan olub19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi Münasib Mehdiyev 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.
Münasib Məmmədov
Məmmədov Münasib Elman oğlu (15 yanvar 1996; Yuxarı Seyfəli, Şəmkir rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Münasib Məmmədov 15 yanvar 1996-cı ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Şəmkir rayon Abbaslı kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailəli idi, bir övladı var idi. == Hərbi xidməti == Münasib Məmmədov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmət zamanı 2016-cı ildə Aprel döyüşlərində də iştirak edərək fərqlənmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönmüşdür. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Münasib Məmmədov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Münasib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir.
Münasib Yusifov
Münasib Mübariz oğlu Yusifov (14 may 2000; Yuxarı Öysüzlü, Tovuz rayonu — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Münasib Yusifov 2000-ci il mayın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Münasib Yusifov 2018-ci ildə müddətli həqiqi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmətə hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Münasib Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Münasib Yusifovun son döyüşü Laçın dəhlizində olub. Noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub.
İnternetdən münasib istifadə siyasəti
İnternetdən münasib istifadə siyasəti (Acceptable Internet Use Policy)− İnternetdən istifadə müddətlərini və şərtlərini, o cümlədən, onlayn davranış və giriş imtiyazlarını təsvir edən yazılı müqavilə. Bu siyasət istifadəçilər tərəfindən imzalanır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
ABŞ–Azərbaycan münasibətləri
Azərbaycan–ABŞ münasibətləri— Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi 1992-ci ilin martında, ABŞ-nin Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Krasnovodskaya küçəsi 8 ünvanında ABŞ-nin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə vitse-konsul Randolf rəhbərlik etmişdir.Azərbaycan Respublikası 1992-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradılmışdır. Hazırda, ABŞ-nin Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-də bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir. == Yüksək səviyyəli qarşılıqlı səfərlər == === Dövlət başçıları === 1997-ci il 29 iyul −1 avqust — Prezident H. Əliyevin rəsmi səfəri 2003-cü il 23–27 fevral — Prezident H. Əliyevin işgüzar səfəri 2006-cı il 25–28 aprel — Prezident İ. Əliyevin rəsmi səfəri === Hökumət başçıları === 1997-ci il 19–23 may — Baş Nazir A. Rasi-zadənin rəsmi səfəri 2003-cü il 25 avqust — Baş Nazir İ. Əliyevin rəsmi səfəri 2008-ci il 3–4 sentyabr — Vitse-Prezident D. Çeyninin rəsmi səfəri === Nazirlər === 1995-ci il aprel — Energetika Naziri H. R. O’Lirinin səfəri 1999-cu il 18 avqust — Energetika Naziri B. Riçardsonun səfəri 2001-ci il 15 dekabr — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2002-ci il 17 sentyabr — Energetika Naziri S. Abrahamın səfəri 2003-cü il 3 dekabr — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2004-cü il 20–26 mart — Müdafiə Naziri S. Əbiyevin səfəri 2004-cü il 19–24 iyul — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2004-cü il 12 avqust — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2004-cü il 1–6 dekabr — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun səfəri 2004-cü il 5–9 dekabr — Milli Təhlükəsizlik naziri E. Mahmudovun işgüzar səfəri 2005-ci il 12 aprel — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2005-ci il 1–3 avqust — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2005-ci il 29 noyabr — Maliyyə Naziri Ə. Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri 2006-cı il 6–7 aprel — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2007-ci il 20–23 mart — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2007-ci il 25 fevral-4 mart — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun səfəri 2008-ci il 11–14 noyabr — Energetika Naziri S. Bodmanın səfəri 2008-ci il 16–18 noyabr — Maliyyə Naziri S. Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri 2009-cu il 5 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2010-cu il 6 iyun — Müdafiə Naziri R. Qeytsın səfəri 2010-cu il 4 iyul — Dövlət Katibi H. Klintonun rəsmi səfəri 2011-ci il 18–27 may — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun işgüzar səfəri 2011-ci il 31may-3 iyun — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 19–28 sentyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 19–25 oktyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 9–23 yanvar — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 2–5 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 18–22 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 6 iyun 2012 — H. Klintonun resmi səfəri 2012-ci il 18–22 sentyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri İlham Əliyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Səməd Seyidov işçi qrupunun rəhbəridir. İşçi qrupa Milli Məclisin 10 üzvü daxildir. ABŞ Konqresində isə "Azərbaycan üzrə İşçi Qrupu" (24 mart 2004-cü ildən) fəaliyyət göstərir. Stiv Şabot (R-OH) və Stiv Koen (D-TN) Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədrləridir.
ABŞ–Ermənistan münasibətləri
ABŞ—Ermənistan münasibətləri — ABŞ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1992-ci ildə ABŞ Sovet İttifaqının dağılmasından qısa müddət sonra Ermənistanla diplomatik əlaqələr qurur. ABŞ Ermənistanla qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlərini yüksək qiymətləndirir. ABŞ siyasəti Ermənistanda demokratik təsisatların daha da inkişaf etdirilməsinə, insan haqlarına və qanunun aliliyinə hörmətlə yanaşı iqtisadi qurumlara da yönəldilmişdir. ABŞ iqtisadi böyüməni, səhiyyə və sosial xidmətləri təmin etmək üçün Ermənistan iqtisadiyyatına investisiya yatırır. İki ölkə yoxsulluğun azaldılmasını, ticarəti və investisiyaları genişləndirmək üçün çalışırlar. ABŞ Ermənistanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq və regional sabitliyi təmin etmək səylərini dəstəkləyir. Erməni lobbisi 1990-cı illərdə Amerika administrasiyası tərəfindən Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbul edilməsinə, o cümlədən İrəvana xeyli vəsait ayrılmasına nail ola bilən ABŞ-nin Zaqafqaziya siyasətinə böyük təsir göstərir. Məsələn: 2000-ci ildə ABŞ-dən Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil etmişdir. 2012 və ya 2013-cü illərdə Amerika Birləşmiş Ştatları və Ermənistan ilk dəfə birgə hərbi təlim keçirməyi planlaşdırmışdırı.
ABŞ–Gürcüstan münasibətləri
Gürcüstan–ABŞ münasibətləri — Gürcüstan Respublikası və ABŞ arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki millət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. 2004–2008-ci illərdə Gürcüstan NATO-ya üzv olmaq istəyir, lakin güclü rus meyilli müxalifəti qarşısında müvəffəq ola bilmir. 2012-ci ilin fevralında ABŞ və Gürcüstanın Azad Ticarət Sazişi üzərində işə başlayacağı bildirir. Bu reallaşacağı təqdirdə Gürcüstan ABŞ-la bu cür müqaviləyə imza atan yeganə Avropa ölkəsi halına gələcək. Gürcüstanı ziyarət edən Amerika vətəndaşlarına hazırda giriş üçün viza tələb edilmir. Vətəndaşlar ölkənin giriş nöqtələrində 90 günlük turizm vizası alaraq daxil ola bilirlər. 2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, gürcülərin 51 %-i ABŞ rəhbərliyini dəstyəkləyir, 15% isə dəstəkləmir. == Tarix == 1991-ci ildə Gürcüstan SSRİ dağıldıqdan sonra müstəqillik qazanır. 1992-ci ildən isə Amerika Birləşmiş Ştatları bu ölkə arasında diplomatik əlaqələr qurulur.
ABŞ–Qazaxıstan münasibətləri
Qazaxıstan-ABŞ əlaqələri — Qazaxıstan və ABŞ arasında iki tərəfli münasibətlər. İki tərəfli əlaqələrin əsası 1991 ildə qoyulmuşdur. == Tarix == 25 dekabr 1991-ci ildə ABŞ Qazaxıstanı müstəqilliyini tanıyan üçüncü ölkədir (Türkiyə və RF). Birləşmiş Ştatlar Qazaxıstanda ilk səfirlik açan ölkə olmuşdur. İlk səfirlik 1992-ci ilin yanvarında Alma-Atada fəaliyyətə başlamışdır. Sonradan səfirlik Astanaya köçürülmüşdür. Müstəqliyin hazır ki, illərində iki ölkə arasında konstruktiv iki tərəfli əlaqələr qurulmuşdur. == Hərbi əlaqələr == 2003-cü ildən Qazaxıstanda «Çöl qartalı» Amerikan-Qazax hərbi təlimləri keçirilir. «Çöl qartalı-2015» təlimində ABŞ, Böyük Britaniya, Qırğızıstan, Tacikistan, həmcinin ilk dəfə olaraq Əfqanıstan, Nepal və Türkiyə belə iştirak etmişdir.2003-cü ildə Qazaxıstan İraqa 27 hərbi mühəndis göndərmişdir. Ümumilikdə isə burada 290 qazax hərbçi qulluq etmişdir.
ABŞ–Qırğızıstan münasibətləri
ABŞ–Qırğızıstan münasibətləri — ABŞ ilə Qırğız Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == 1991-ci ildə diplomatik münasibətlər quruldu, o vaxtdan bəri güclü tərəfdaşlıqlar inkişaf etdi. Amerika Birləşmiş Ştatları Qırğızıstanı qanunun aliliyinə və insan hüquqlarına hörmətə əsaslanan demokratik bir cəmiyyətin inkişaf etdirilməsində dəstəkləyir. Qırğızıstanda 2011-ci il prezident seçkiləri postsovet Orta Asiyada ilk dəfə prezident hakimiyyətinin dinc şəkildə ötürülməsi baş tutur. ABŞ hökuməti Qırğızıstana humanitar və müdafiə təyinatlı hərbi yardım, iqtisadi və siyasi islahatları dəstəkləmək üçün digər yardımlar göstərir. Üstəlik Qırğızıstan Respublikasının beynəlxalq təşkilatlardan kömək istəklərini də dəstəkləmişdir. Məsələn: ABŞ 1998-ci ilin dekabrında Qırğızıstan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına dəstək olmuşdur. 11 sentyabr hadisəsindən sonra ABŞ dünyanın bu hissəsinə olan marağını artırdı. ABŞ 11 sentyabr hadisəsindən sonra 2001-ci ilin dekabrında Manasdakı hərbi bazanı kirayələdi. Həm Rusiya, həm də Çin buna bərk naratlığını bildirdi.
ABŞ–Suriya münasibətləri
ABŞ—Suriya münasibətləri — ABŞ və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. 1944-cü ildə ölkələr arasında diplomatik əlaqələr qurulmuşdur. 2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, Suriyadakı Vətəndaş müharibəsi dövründə edilən bir sorğu nəticəsində suriyalıların 29% -i ABŞ liderliyini təsdiqləyir, 40% -i rədd edir və 31% -i qeyri-müəyyən münasibət bildirir. == Tarix == 1967-ci ildə Suriya Ərəb-İsrail müharibəsindən sonra ABŞ ilə diplomatik əlaqələrini kəsir. Münasibətlər 1974-cü ildə bərpa edilir. 1979-cu ildə Suriya Amerikanın terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil edilir, eyni ildə ona qarşı iqtisadi sanksiyalar tətbiq edir. 1990-2001-ci illərdə ABŞ və Suriya bəzi regional mövzularda əməkdaşlıq edir, lakin 2003-cü ildə münasibətlər yenidən pisləşir. ABŞ hökumətini narahat edən Suriya məsələləri: Suriya hökumətinin İraqa gedərkən Suriyadan tranzit bazası kimi istifadə edən xarici döyüşçülərlə döyüşməkdən imtina etməsi; Suriyalıların Səddam Hüseynin keçmiş rejiminin tərəfdaşlarını ölkədən deportasiya etməkdən imtina etməsi; Suriyanın Livanın işlərinə müdaxiləsi; fələstinli xadimlərə dəstək; insan haqları ilə əlaqəli vəziyyət; kütləvi qırğın silahlarına sahib olmaq istəyi. 2009-cu ilin əvvəlində ABŞ Suriyadakı siyasətini ölkədəki və bölgədəki dəyişikliklər fonunda yenidən nəzərdən keçirməyə başlayır və bu da iki ölkənin yenidən regional məsələlərin həllində işbirliyinə başlamasına səbəb olur. 2011-ci ilin mart ayında Dəra şəhərində bir qrup suriyalı tələbə evlərin divarlarında siyasi yazılar yazdıqlarına görə həbs olunurlar.
ABŞ–Türkiyə münasibətləri
Türkiyə–ABŞ münasibətləri — ABŞ və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. == Tarix == 1831-ci ildə Amerika Birləşmiş Ştatları Osmanlı İmperiyası ilə diplomatik əlaqələr qurur. Birinci Dünya müharibəsi bitdikdən sonra, ABŞ 1927-ci ildə Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr qurur. 12 iyul 1947-ci ildə ABŞ-nin Truman Doktrini çərçivəsində Türkiyəyə yardım göstərmə siyasətinin məntiqi davamı olan, Sovet İttifaqının təhdidlərinə qarşı durmağa kömək etmək üçün hazırlanmış İqtisadi və Texniki Əməkdaşlıq Sazişi imzalanır. Sovetlərin genişlənməməsini ehtiva edən ortaq maraq, ABŞ və Türkiyə arasında yaxın qırx il ərzində möhkəm münasibətlərin təməlini qoyur. Türkiyə Soyuq müharibədə ABŞ-nin tərəfini tutur: 1950-ci ildə Koreya müharibəsində iştirak etmək üçün hərbi hissələrini göndərir (1950-1953), 1952-ci ildə NATO-ya qatıldı, 1955-ci ildə Mərkəzi Müqavilə Təşkilatının təşkilatçılarından biri olur və eyni zamanda 1957-ci ildə Eyzenhauer doktrinasının əsaslarını təsdiqləyir. 1950-1960-cı illərdə Türkiyə Sovet İttifaqı siyasətini dəstəkləyən Misir, İraq və Suriyanın təsirini zəyiflətmək üçün Yaxın Şərqdəki digər Amerika müttəfiqləri ilə (İran, İsrail və İordaniya) çalışır. Ancaq zaman zaman ABŞ və Türkiyə arasında münaqişə vəziyyətləri və anlaşılmazlıqlar meydana gəlir. 1974-cü ildə münasibətlərinin ən çətin dövrü Şimali Kiprə Türkiyə qoşun çıxartdıqdan sonra başlayır. Türkiyənin Kiprdəki qarşıdurmaya müdaxiləsinə cavab olaraq, ABŞ bu ölkəyə silah tədarükünü dayandırır.
ABŞ–Türkmənistan münasibətləri
ABŞ–Türkmənistan münasibətləri — Türkmənistan və ABŞ arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və BMT-nın tam hüququlu üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Diplomatik nümayəndəliklər == === Türkmənistan === Vaşinqtonda iqamətgahı olan Türkmənistanın ABŞ-dakı səfirliyi 1994-cü ildə açılmışdır. 2001-ci ilin martından Səfirliyə Türkmənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Mered Orazov rəhbərlik edir. ==== Səfirlər ==== Xəlil Uğur (1994—2001) Mered Orazov (2001—h.h.) === ABŞ === Aşqabadda yerləşən ABŞ-nin Türkmənistandakı səfirliyi 17 mart 1992-ci ildə açılmışdır. Allan Philip Mastard hazırda ABŞ-nin Türkmənistandakı səfiridir. 2015-ci ilin oktyabr ayından etibarən yeni ABŞ səfirliyi üçün bir bina kompleksi inşa edilir. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi də Aşqabadda yerləşir. ==== Səfirlər ==== Cozef Xyulinqs (1992—1995) Maykl Kotter (1995—1998) Stiven Mann (1998—2001) Lora kennedi (2001—2003) Treysi Ceykobson (2003—2007) Riçard Xoqland (2007—2010) müvəqqəti icra edici Robert Potterson (2011—2014) Filipp Mastard (2014—h. h.) == Tarix == 1-7 fevral 1994-cü ildə Prezident Saparmurat Niyazov, tibbi müayinədən keçdiyi Hyuston şəhərinə qeyri-rəsmi bir ziyarət edir.
ABŞ–Yaponiya münasibətləri
ABŞ–Yaponiya — ABŞ ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Yaponiyanın ən böyük strateji müttəfiqi Amerika Birləşmiş Ştatlarıdır. Yarım əsrdən çoxdur ki, yapon hökumətinin hər bir başçısı belə bir formulanı daim təsdiq edir: “ABŞ ilə münasibətlər yapon xarici siyasətinin təməl daşıdır”. Birləşmiş Ştatlar XX əsrin ikinci yarısından etibarən “Gündoğan ölkənin” əsas müttəfiqi rolunda çıxış edir. Yaponiyanı bu ölkə ilə bağlayan, hər şeydən əvvəl, iki ölkənin qarşılıqlı iqtisadiyyatını yaradan, son dərəcə sıx, çoxtərəfli, genişmiqyaslı iqtisadi və ticarət münasibətləridir. ABŞ və Yaponiyanın qarşılıqlı ticarət əlaqələri həcminə görə dünyada ABŞ-Kanada “cütlüyü”ndən sonra ən iri, mühüm bir “cütlüyü” təmsil edir. Hələ keçən əsrin əllinci illərinin əvvəllərində qanuniləşdirilmiş hərbi-siyasi ittifaq Yaponiyanın milli təhlükəsizliyini təmin edərək, bu ölkəni Asiya-Sakit okean regionunda ABŞ-nin hərbi-siyasi iştirakının əsasında özünün vacib, qlobal müttəfiqinə çevirmişdir. Nyu-Yorkdakı Binqamton Universitetinin tədqiqatçısı Covani Erikin fikrincə, Yaponiyanın güclü sənaye və maliyyə ölkəsinə çevrilməsi ölkənin ABŞ ilə əvvəlki siyasi və iqtisadi münasibətlərindəki vassal münasibətlərini aradan qaldırmışdır. == Soyuq Müharibədən sonra münasibətlər == SSRİ-nin dağılması və “soyuq müharibə”nin sona çatması Yaponiyanın və Yapon-Amerika əməkdaşlığının gələcək taleyi haqqında sual doğururdu. ABŞ-dən fərqli olaraq Yaponiya bu tarixi hadisəyə əhəmiyyətli dərəcədə təmkinlə yanaşdı.
ABŞ–Özbəkistan münasibətləri
ABŞ–Özbəkistan münasibətləri — ABŞ ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. 2002-ci il qlobal bir rəy sorğusuna görə, özbəklərin 85 %-i ABŞ-yə müsbət yanaşır, yalnız 10% -i ABŞ-yə mənfi münasibət bəsləyir. 2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, özbəklər in 40% -i ABŞ rəhbərliyini təsdiqləyir, 22% -i dəstəkləmir və 39% -i isə qeyri-müəyyən münasibət bildirir. == Tarixi == İkitərəfli münasibətlər 19 fevral 1992-ci ildə qurulmuşdur. 1992-ci ildən bəri ABŞ ilə Özbəkistan Sərhəd və Regional Təhlükəsizlik Proqramı, iqtisadi əlaqələr, siyasi və vətəndaş cəmiyyəti məsələləri, habelə Özbəkistan əhalisi üçün ingilis dili təhsili kimi sahələrdə əməkdaşlıq edir. Özbəkistan Orta Asiya bölgəsində sabitlik, firavanlıq və təhlükəsizliyin təmin edilməsində ABŞ-nin vacib bir tərəfdaşıdır və ABŞ bu məqsədləri irəli sürmək üçün Özbəkistana təhlükəsizlik yardımı göstərir. Regional təhdidlərə aşağıdakılar daxildir: narkotik ticarəti, insan alveri, terrorizm və ekstremizm. Özbəkistan NATO-nun Əfqanıstandakı sülhməramlı qüvvələri üçün, ilk növbədə istifadə üçün elektrik və dəmir yolu infrastrukturunun təmin edilməsi yolu ilə əsas tərəfdaşdır. 11 sentyabr 2001-ci il terror hücumlarından və ABŞ-nin himayəsində "qlobal antiterror koalisiyası" yaradıldıqdan sonra Özbəkistan ABŞ-ni antiterror kampaniyasında dəstəklədi və öz ərazisindən istifadə etməsinə icazə verir. Bundan sonra ABŞ və NATO, üsrtəlik Özbəkistanla Qərb arasındakı münasibətlər istiləşir.
ABŞ—Ermənistan münasibətləri
ABŞ—Ermənistan münasibətləri — ABŞ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1992-ci ildə ABŞ Sovet İttifaqının dağılmasından qısa müddət sonra Ermənistanla diplomatik əlaqələr qurur. ABŞ Ermənistanla qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlərini yüksək qiymətləndirir. ABŞ siyasəti Ermənistanda demokratik təsisatların daha da inkişaf etdirilməsinə, insan haqlarına və qanunun aliliyinə hörmətlə yanaşı iqtisadi qurumlara da yönəldilmişdir. ABŞ iqtisadi böyüməni, səhiyyə və sosial xidmətləri təmin etmək üçün Ermənistan iqtisadiyyatına investisiya yatırır. İki ölkə yoxsulluğun azaldılmasını, ticarəti və investisiyaları genişləndirmək üçün çalışırlar. ABŞ Ermənistanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq və regional sabitliyi təmin etmək səylərini dəstəkləyir. Erməni lobbisi 1990-cı illərdə Amerika administrasiyası tərəfindən Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbul edilməsinə, o cümlədən İrəvana xeyli vəsait ayrılmasına nail ola bilən ABŞ-nin Zaqafqaziya siyasətinə böyük təsir göstərir. Məsələn: 2000-ci ildə ABŞ-dən Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil etmişdir. 2012 və ya 2013-cü illərdə Amerika Birləşmiş Ştatları və Ermənistan ilk dəfə birgə hərbi təlim keçirməyi planlaşdırmışdırı.
ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsi
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti (qaz. Абылай хан Қазақ халықаралық қатынастар және әлем тілдері университеті (ҚазХҚжӘТУ)) — Qazaxıstanın ali təhsil müəssisəsi. Xarici dildə və beynəlxalq profildə mütəxəssislər üçün peşə təhsili verir. == Tarixi == Qazaxıstan Dövlət Müəllimlər Xarici Dillər İnstitutu, SSRİ hökumətinin 16 sentyabr 1940-cı il tarixli 1696 saylı qərarı ilə quruldu. 1941-ci ilin yayında institut müəllim qəbul etməyə və tələbələrin ilk qəbuluna hazırlaşmağa başladı. 1941-ci ilin sonunda institutun ilk nizamnaməsi təsdiq edildi, ona görə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiqlənən müstəqil bir təhsil və elmi müəssisə idi. İnstitut üç fakültədən (İngilis, Alman, Fransız) ibarət idi, dekanları bu fakültənin aparıcı fənlərindəki professorlar və ya dosentlər arasından namizəd göstərildi və təkliflə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiq edildi. institut direktorunun. 1941–1942-ci tədris ilinin qəbulu göstərdi ki, respublikanın digər universitetlərində olduğu kimi İnstitutda da Qazax uyruğundan az sayda tələbə var idi, bununla əlaqədar 1 aprel 1942-ci ildən etibarən qazaxlar üçün dörd aylıq təlim kursları universitetlərdə 330 nəfərlik bir kontingentli qızlar təşkil edildi. Qazaxıstan SSR hökuməti 1944-cü ilin avqust ayında 30 nəfərlik bir şərqlə "Şərq dilləri fakültəsinin təşkili haqqında" bir qərar qəbul etdi.
Acarıstan–Naxçıvan münasibətləri
Acarıstan–Naxçıvan münasibətləri — Gürcüstan Respublikasının Acarıstan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Gürcüstan münasibətlərinin tərkib hissəsidir. == Tarixi == Naxçıvan Muxtar Respublikası ilə Gürcüstan Respublikası və onun Acarıstan Muxtar Respublikası arasında tarixən müxtəlif əlaqələr, xüsusən də ticarət, təhsil və mədəniyyət əlaqələri mövcud olmuşdur. XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış "Pələng dərisi geymiş pəhləvan" əsərində mədəniyyət və ticarət mərkəzi kimi Naxçıvandakı Gilan şəhərini göstərilmişdir. === Naxçıvan xanlığı dövrü === Acarıstanla Naxçıvan arasında mövcud olmuş siyasi-mədəni əlaqələr XVIII əsrin ortalarında daha da inkişaf etməyə başlamışdır. Tarixi mənbələrdə qeyd olunur ki, Naxçıvan xanlığının yaradıcısı olan Heydərqulu xan Kəngərli Gürcüstanın Kartli-Kaxetiya çarlığı ilə hərbi münasibətlər qurmuşdur. === Çar Rusiyası dövründə === Tarixçi alim, tədqiqatçı Musa Quliyev qeyd edir ki, 1916-cı ilə aid sənədlərdə naxçıvanlı yazıçı Əli Səbri Qasımovun Batumidə müsəlman-qaçqın cəmiyyətinin üzvü kimi çox fəal iştirakı öz əksini tapmışdır. Hətta yazıçı öz xatirələrində yazır ki, "Batumidən Trabzona qədər ərazidə yaratdığımız xeyriyyə cəmiyyətinin fondundan müsəlman qaçqınlarına müxtəlif yardımlar göstərirdik." Naxçıvanlı digər bir şair – Ələkbər Qərib də bu cəmiyyətdə təmsil olunmuşdur. Araşdırmalardan məlum olur ki, həmin illərdə naxçıvanlı polkovnik İbrahim bəy Qədimov Ərdəhan və Batumidə hərbi fəaliyyət göstərmiş, zorakılığa məruz qalan dinc müsəlmanların mənafeyini qorumuşdur. Eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəllərində naxçıvanlı milyonçu Mirzə Heydər Nəsirbəy­ovun Batumi ilə yaxından ticarət əlaqələri olmuşdur.
Andorra–Azərbaycan münasibətləri
Andorra–Azərbaycan münasibətləri — Andorra Knyazlığı ilə Azərbaycan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin aprel ayının 30-da qurulmuşdur.
Andorra–Yaponiya münasibətləri
Andorra–Yaponiya münasibətləri (kat. Relació entre el Japó i Andorra; yap. 日本とアンドラの関係) — Andorra ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Andorra ilə Yaponiya arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabrında qurulmuşdur. Andorra baş naziri Mark Forne Molne 2005-ci ildə Yaponiyaya səfər etmişdir. Yaponiya siyasətçisi Kentaro Sonoura 2015-ci ildə Andorranı ziyarət etmişdir. == Əhali == 2021-ci ilin oktyabrına olan məlumata əsasən Andorrada 16 Yaponiya vətəndaşı yaşayır.
Anqola–Azərbaycan münasibətləri
Anqola–Azərbaycan münasibətləri — Anqola Respublikası ilə Azərbaycan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 1-də qurulmuşdur. == Viza == Anqolaya gedən bütün Azərbaycan vətəndaşları üçün viza tələb edilir.
Anqola–Türkiyə münasibətləri
Anqola–Türkiyə münasibətləri — Anqola ilə Türkiyə arasında ikitərəfli diplomatik əlaqələr. == Tarixi == Türkiyə Anqolanı 1975-ci ildə müstəqillik qazandıqdan sonra tanıdı. Cənub-Qərbi Afrika Xalqları Təşkilatının (CQAXT) və Anqoladakı Afrika Milli Konqresinin (ANC) Kuba varlığı və əsasları, ABŞ da daxil olmaqla, Qərb dünyasının çox hissəsini belə bir nəticəyə gətirdi. Anqola SSRİ-nin himayə etdiyi dövlətə çevrildi. Anqolanın marksizm-leninizmə olan rəsmi bağlılığına məhəl qoymayan Türkiyə və Avropa İqtisadi Cəmiyyəti, ölkədəki vətəndaş müharibəsi dövründə xarici yardım subsidiyalarını artırdı.Kubanın Anqolada olması və Cənubi Afrika Respublikasının (RSA) Anqolanı işğal etməsi 1980-ci illərdə Anqolanın xarici siyasətini əhəmiyyətli dərəcədə müəyyənləşdirdi. Cənubi Afrikanın Namibiyanın qanunsuz işğalına son qoyulması üçün aparılan danışıqlar əsnasında Türkiyə Namibiyanın müstəqilliyi, Angoladakı Kuba qoşunları və aparteid məsələlərini ayırmağa çalışdı. Cənubi Afrika, müstəqil Namibiyanın Sovet İttifaqı ilə əlaqəli ölkələr üçün mövcud olan ərazini genişləndirəcəyi əsasda Namibiya işğalını davam etdirdi.Neytral mövqe tutmağa çalışan Türkiyə, Anqoladakı Kuba qoşunlarını qınadı, eyni zamanda Cənubi Afrikanın Anqolaya hücumunu da qınadı. Ölkələri bir araya gətirmək üçün Türkiyə, Kuba qoşunlarının Amerika və Türkiyə şirkətlərini ABŞ-dən kömək alan Cənubi Afrika komandolarının hücumlarından qoruduğuna diqqət çəkdi. == Səfərlər == 27 iyul 2018-ci ildə Cənubi Afrikada keçirilən BRICS zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Anqola Prezidenti Juan Lorensu arasında ikitərəfli görüş keçirildi. 11-12 iyul 2017 tarixlərində, Türkiyənin Sənaye və Ticarət Naziri Bülent Tufenkci və Anqolanın Ədliyyə və İnsan Haqları Naziri Ruy Xorxenin həmsədrliyi ilə Türkiyə-Anqola Birgə İqtisadi Komissiyasının ilk iclası Luandada keçirildi.
Argentina–Azərbaycan münasibətləri
Argentina–Azərbaycan münasibətləri — Azərbaycan Respublikası ilə Argentina Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == İki ölkənin xalqları arasındakı münasibətlər hələ SSRİ dönəmində də mövcud olmuşdur. Argentina 9 mart 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Elə həmin vaxtdan etibarən iki ölkə arasında dostluq əlaqələrinin və əməkdaşlığın əsası qoyulmuşdur. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin noyabrın 8-də qurulmuşdur. === Səfirliklər === 25 may 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Argentinanın paytaxtı Buenos Ayres şəhərində Azərbaycan səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının Argentinadakı səfirliyi 2010-cu ildə açılmışdır.28 fevral 2012-ci ildə Argentina prezidenti Kristina Fernandes de Kirşner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalamışdır. 2012-ci ilin mart ayında isə Argentina Milli Konqresinin yuxarı palatası olan Senat "Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina Səfirliyinin təsis edilməsinə məmnunluğun ifadə edilməsinə dair bəyanat" adlı sənəd qəbul etmişdir. 2013-cü ildə isə Argentinanın Bakıda səfirliyi açılmışdır. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Argentina–Ermənistan münasibətləri
Argentina—Ermənistan münasibətləri — Argentina və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Argentinadakı erməni diasporası Latın Amerikasındakı ən böyüyük diasporasıdır. Burada təxminən 120.000 nəfər erməni yaşayır. == Tarix == 1892-ci ildə Erməni köçkünlərinin ilk dalğası Argentinaya, əsasən Misir və Suriyadan gəlir. Birinci Dünya müharibəsi dövründə Argentinaya bir neçə min erməni mühacirət edir. 1918-ci ilin mayında Ermənistan Respublikası adı altında qurulan dövlət Rusiya İmperiyasından müstəqilliyini elan edir. 1920-ci ildə Argentina Ermənistanın müstəqilliyini tanıyır və ölkələr arasında diplomatik münasibətlər qurulur. 1920-ci ilin dekabrında Qırmızı ordu Ermənistan ərazisinə daxil olur və ölkə Sovet İttifaqına daxil edilir. 1962-ci ildə Buenos-Ayres vilayətinin erməni icmasının futbol klubu qurulur. 26 dekabr 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan müstəqilliyini bərpa edir.
Argentina–Türkiyə münasibətləri
Argentina—Türkiyə münasibətləri — Argentina ilə Türkiyə arasındakı ikitərəfli diplomatik əlaqələr. == Tarixi == 1982-ci ildə, Türkiyənin Argentina ilə Folklend müharibəsi dövründə İngiltərənin hərəkətlərinə tam siyasi dəstək verməsi ilə ölkələr arasındakı münasibətlər kəskinləşdi. 1992-ci ildə Argentina Prezidenti Karlos Menem, Cənubi Amerikadan Türkiyəyə rəsmi səfərə gələn ilk dövlət başçısı oldu. 24 aprel 2007-ci ildə Argentina Milli Konqresi, Türkiyə tərəfinin diplomatik təzyiqlərinə baxmayaraq Osmanlı İmperiyası qüvvələri tərəfindən Erməni Soyqırımı faktını tanıdı. Türkiyə, Argentinanın erməni soyqırımı faktını tanımasına görə təəssüfləndi və bu da Ankara Xarici İşlər Nazirliyinin binasında mövcud Argentina-Türkiyə münasibətlərini təhlil etmək üçün Buenos-Ayresdən səfirin geri çağırılmasına səbəb oldu. Argentina Milli Konqresi tərəfindən erməni soyqırımı faktının tanınmasından əvvəl, Türkiyə ilə münasibətlər kifayət qədər yaxşı səviyyədə idi, ölkələr BMT gündəmindəki beynəlxalq məsələlərin əksəriyyətində oxşar fikirdə idilər. İngilis mətbuatı, Türkiyənin Buenos-Ayresdə yerləşən səfirliyinin işinin o qədər də təsirli olmadığını, bunun Latın Amerikasının digər ölkələrində əlaqələrin daha da yaxşılaşdırılması və nüfuzun genişləndirilməsi imkanlarına kömək etmədiyini qeyd etdi. Argentinada yerləşən Argentina-Türkiyə Dostluq Vəqfi, millətlər arasında mədəni mübadiləni təşviq edir, Türk mətbəxi dərsləri, Türk dili seminarları keçirir və bəzən kasıblara yemək paylayır. == Ticarət əlaqələri == Ölkələr ticarət-iqtisadi əməkdaşlıq haqqında bir müqavilə imzaladılar. 2008-ci ildə Türkiyənin Argentinaya ihracatı 35 milyon ABŞ dolları, Argentinanın Türkiyəyə ixracatı 221 milyon ABŞ dolları oldu.
Avropa İttifaqı–Azərbaycan münasibətləri
24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti "Xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 3 fevral 1995-ci ildə AŞPA bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətlərinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etmişdir. 13 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası Baş Katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir. 11 sentyabr 1996-cı ildə AŞ Nizami-İntizam Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olmasını, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakim dairələri ilə danışıqların intensivləşdirilməsini, əməkdaşlıq proqramı çərçivəsində yardımın edilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edilmişdir. 22 aprel 1997-ci ildə Strasburqda AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq, sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflərin qarşılıqlı danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsipin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir. 25 aprel 1997-ci ildə Azərbaycan Respublikası Avropa Mədəniyyətlər Konvensiyasına qoşulmuşdur. 3 fevral 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisində respublika prezidentinin təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edilmişdir. 1993-cü ildən ölüm hökmünün icrasına faktiki olaraq moratorium qoyulmuşdur. 16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.
Avstraliya–Azərbaycan münasibətləri
Avstraliya–Azərbaycan münasibətləri — Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 19-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində "Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri İmamverdi İsmayılov olmuşdur. 4 mart 2016-cı il tarixindən Xanlar Fətiyev işçi qrupunun rəhbəridir.
Avstraliya–Qazaxıstan münasibətləri
Avstraliya–Qazaxıstan münasibətləri ― Avstraliya ilə Qazaxıstan arasındakı xarici əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 22 iyun 1992-ci ildə qurulmuşdur. Avstraliya Qazaxıstana diplomatik nümayəndəsini Rusiyanın paytaxtı şəhəri Moskvada yerləşən səfirlik vasitəsi ilə təqdim edir. Qazaxıstan Avstraliyaya diplomatik nümayəndəsini Sinqapurdaki səfirlik vasitəsi ilə təqdim edir və Sidney şəhərində baş konsulluğu yerləşir. == Siyasi münasibətlər == Avstraliya 1991-ci ildə Qazaxıstanın müstəqilliyini tanıyan Yeni Zelandiyadan sonra ikinci Okeaniya ölkəsidir. Qazaxıstanda Avstraliya səfirliyi 1995-ci ildə Almatı şəhərində açılsa da, büdcə məhdudiyyətləri üzündən 1999-cu ildə məcbur bağlandı. Qazaxıstanın Avstraliyadakı səfiri Sinqapurda yaşayır. 2015-ci ildə Qazaxıstan Sidney şəhərində baş konsulluq açdı. Avstraliya ilə Qazaxıstan arasında bir sıra yüksək səviyyəli səfərlər baş tutmuşdur. Qazaxıstanın keçmiş baş naziri Sergey Tereşenko 1993-cü ildə Avstraliyanı ziyarət etmişdir.
Avstraliya–Türkiyə münasibətləri
Avstraliya–Türkiyə münasibətləri — Avstraliya Birliyi ilə Türkiyə Respublikası arasında beynəlxalq əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1967-ci ildə qurulmuşdur. 1968-ci ildən Avstraliyanın Ankarada səfirliyi, İstanbulda baş konsulluğu və Çanaqqalada konsulluğu vardır. 1967-ci ildən bəri Türkiyənin Kanberrada səfirliyi və Melburn və Sidneydə iki baş konsulluğu var. == Tarixi == Türkiyə ilə Avstraliya arasında ilk görüş Çanaqqala döyüş meydanlarında baş tutdu. İngilis İmperatorluğu, Fransa və Rusiyadan olan müttəfiq qüvvələr Çanaqqala boğazından keçməyi təmin etmək üçün Geliboluya enərək Rusiyaya, Müttəfiq Qüvvələrə dəniz yolu təqdim etdi. Bu döyüş Türkiyə ilə Avstraliya arasında qarşılıqlı hörmət, heyranlıq və dostluq bağları yaratdı. İki ölkənin tarixi bütün sahələrdə əlaqələrini daha da gücləndirmək və dərinləşdirmək üçün möhkəm bir zəmin yaradır. Türk və Avstraliya xalqları arasındakı isti münasibət, Mustafa Kamal Atatürkün 1934 -cü ildə Avstraliya və Yeni Zelandiyadan olan analara göndərdiyi bir mesajda göstərildi: “Qanını tökən və həyatını itirən qəhrəmanlar ... indi yalan danışırsan.
Mühasib
Mühasib — qüvvədə olan qanunvericiliyə uyğun olaraq mühasibat sistemi üzərində işləyən mühasibat mütəxəssisi."Mühasib" sözü — kitab sahibi orta əsrlərin sonunda yaranmışdır. 1498-ci ildə alman millətinin Müqəddəs Roma İmparatoru I Maksimilian Xristof Ştexer "mühasib" təyin etdi. == Tarixi == Tarixçilərdə mühasibat uçotunun meydana gəldiyi və insanların bu fəaliyyət sahəsi ilə peşəkarlıqla məşğul olmağa başladıqları zamanın birmənalı sübutları yoxdur. Orta əsr fərziyyəsinə görə, mühasibat XIII əsrin sonu və XIV əsrin əvvəllərində Şimali İtaliyada ortaya çıxdı. Digərləri mühasibat uçotunun Qədim Roma dövründən başladığına inanırlar. Şimali İtaliyadakı ticarət və bank şirkətlərində cüt mühasibat aparılırdı. İlk mühasiblərin təsadüfən mühasibat icad etdiyi orta əsr tacirləri olduğuna inanılır. Cenoa tacirləri ilk növbədə ikili mühasibat aparırdılar. Digər bir fərziyyə mühasibat uçotunun Cenova, Venesiya, Florensiyada 1250–1350-ci illər arasında meydana çıxmasıdır. == Millətlər Birliyi == 1997-ci ildən əvvəl Birləşmiş Krallıq, Kanada, Avstraliya, Yeni Zelandiya, Honq Konq və digər bir çox dövləti əhatə edən Millətlər Birliyində ümumiyyətlə tanınan mühasibat keyfiyyətləri Sertifikatlı Mühasib (ACCA), İcazəli Mühasib (CA və ya ACA), Sifarişli Mühasib (ACMA) və Beynəlxalq Mühasib (AAIA).
Munasip (Baymak)
Monasip (başq. Монасип, rus. Мунасипово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Semenovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 8 km, kənd sovetliyindən (Semenovka): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 49 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (91%) üstünlük təşkil edir.
Monasit
Monasit — mineral, (Se, La)[PO4]. Qatışıqları (%): ThO2- 28-dək; SiO2- 6-dək; CaO- 2-dək; V2O5 — 5-dək və b. == Haqqında == Monasit — monoklinik. Kristalları {100} üzrə yastılaşmış, prizmatik, izometrik, pazabənzər. Ayrılması {100Mi} üzrə mükəmməl, {010} üzrə qeyri-mükəmməl. Rəngi qəhvəyi, sarı; bəzən yaşılımtıl. Parıltısı qatranı. Sərtliyi 5–5,5. Xüsusi çəkisi 4,9–5,5. Çox vaxt radioaktivdir.
Mütənasib
Mütənasib - iki kəmiyyətdən birinin artması (azalması) ilə o biri kəmiyyətində eyni dərəcədə artması (azalması). Mütənasib ölçülərin dəyişməz münasibəti mütənasiblik əmsalı adlanır. '∝' riyazi simvolu iki ölçünün mütənasibliyinin göstərilməsi üçün istifadə olunur. Nümunə, A ∝ B. Yunikod kodlaşdırılmasında simvolun qısayol keçidi: U+221D. == Düz mütənasiblik == Düz mütənasiblik — arqumentin (x) neçə dəfə artması ilə funksiyanında (y) bir o qədər artmasının funksional asılığıdır. Riyaziyyatda düz mütənasiblik ifadəsi aşağıdakı düstur şəklində yazılır: f ( x ) = k x , k = c o n s t {\displaystyle f(x)=kx,k=const} == Tərs mütənasiblik == Tərs mütənasiblik — arqumentin neçə dəfə artması ilə funksiyanın bir o qədər azalmasının funksional asılılığıdır. y = k x , x ≠ 0 , k ≠ 0 {\displaystyle y={\frac {k}{x}},x\neq 0,k\neq 0} Funksiyanın xüsusiyyətləri: Təyin oblastı D ( y ) = ( − ∞ ; 0 ) ∪ ( 0 ; + ∞ ) {\displaystyle D(y)=(-\infty ;0)\cup (0;+\infty )} Qiymətlər oblastı E ( y ) = ( − ∞ ; 0 ) ∪ ( 0 ; + ∞ ) {\displaystyle E(y)=(-\infty ;0)\cup (0;+\infty )} Funksiya təkdir, çünki f ( − x ) = k − x = − k x = − f ( x ) {\displaystyle f(-x)={\frac {k}{-x}}=-{\frac {k}{x}}=-f(x)} Funksiya k>0 olduqda ( − ∞ ; 0 ) {\displaystyle (-\infty ;0)} aralığında azalır və ( 0 ; + ∞ ) {\displaystyle (0;+\infty )} artır (k<0 olduqda əks proses).
Döşlə münasibət
Döşlə münasibət — kişinin cinsiyyət orqanını qadının döşünün və ya toraksının arasına qoyaraq stimullaşdırmaqla baş verən cinsi münasibət növü. Bu cinsi əlaqə növündə HİV-ə yoluxma riski çox aşağıdır. Klifford Allen tərəfindən azğınlıq kimi müəyyən edilən bu münasibət növü Freyd tərəfindən normal seksin hüdudlarında təsnif edilmişdir. Qadınlarda olduğu kimi kişilərdə də orqazma səbəb ola bilər. == Tətbiqi == Ereksiya vəziyyətində olan penis qadının döşləri arasına yerləşdirilir və itələnməyə başlanılır. Bundan əlavə, qadın da öz növbəsində döşlərini yuxarı-aşağı hərəkət etdirərək əlaqəni idarə edə bilər. Döşlə münasibət kişi boşalana qədər davam etdirilə bilər. == Slenq terminlər == Bu münasibət növünün bir sıra slenq adları da mövcuddur: Yaponiyada Paizuri ABŞ-da Titty-fucking, titjob yaxud da titfuck Böyük Britaniyada Tit wank yaxud da French fuck – sonuncu adlandırma 1930-cu illərdən meydana gəlmişdir. Daha zarafatcıl ekvivalenti isə məmə zolağından aşağı səyahətdir (trip down mammary lane) == Əlavə ədəbiyyat == Bacarr, Jina. The Japanese art of sex: how to tease, seduce, & pleasure the samurai in your bedroom (illustrated).
Müharib Mirzəyev
Müharib Abbas oğlu Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid. == Həyatı == 27 aprel 1945-ci ildə Səfərəliyev rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə regional mülki müdafiə qərargahının rəsi olub. 1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları zərərsizləşdirərkən güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra 5 may 1995-ci ildə dünyasını dəyişir. Bu səbəbdən ona şəhid statusu verilir. Bir sıra dövlət mükafatları ilə təltif edilmişdi. Ailəli idi, üç övladı var.
Münasibət (psixologiya)
Psixologiyada münasibət bir insana xas olan və ya onu xarakterizə edən psixoloji konstruksiya, psixi və emosional mücərrəd varlıqdır.Münasibət insanların, obyektlərin, hadisələrin, fəaliyyətlərin və ideyaların müsbət və ya mənfi qiymətləndirilməsi ola bilər. Bu konkret və ya mücərrəd olan bir şey haqqında ola bilər. Bununla belə, münasibətin dəqiq tərifi haqqında mübahisələr var. Məsələn, Eagly və Chaiken, münasibəti "müəyyən bir varlığın müəyyən dərəcədə müsbət və ya mənfi cəhətlərlə qiymətləndirilməsi ilə ifadə olunan psixoloji meyl" kimi təyin edirlər. Bəzən münasibəti obyektə təsir kimi təyin etmək adi hal olsa da, affekt (yəni, diskret emosiyalar və ya ümumi oyanış) ümumiyyətlə münasibət obyektini formalaşdırmaq üçün istifadə edilən qiymətləndirmə strukturu kimi başa düşülür. Münasibət münasibət obyektlərinə diqqətə, məlumatın kodlaşdırılması üçün kateqoriyalardan istifadəyə və münasibətə aid məlumatın şərhinə, mühakiməsinə və xatırlanmasına təsir göstərə bilər. Bu təsirlər əlçatan olan və mükəmməl dəstəkləyici bilik strukturuna əsaslanan güclü münasibətlər üçün daha güclü olur. Təsirin davamlılığı və təsiri evristikanın ardıcıllığından yaranan gücdən asılıdır. Münasibətlər, hətta şəxs əlaqəsiz məqsədlər güdürsə belə, məlumat, diqqət və davranışların kodlaşdırılmasına rəhbərlik edə bilər. == Təriflər == Münasibət-sosial psixologiyada münasibət son dərəcə mənfidən son dərəcə müsbətə doğru dəyişən münasibət obyektinin qiymətləndirilməsidir.
Mütalib Mitarov
Mütalib Mitaroviç Mitarov (23 fevral 1920 - 11 mart 2011) - Tabasaran şairi və yazıçısı, Dağıstanın xalq şairi. 2005-ci ildə “Sətirlərdə ömür” kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı. == Həyatı == Mütalib Mitarov 1920-ci ildə Dağıstan Respublikasının Xiv rayonunun Kondik kəndində anadan olub. Baqautdin Mitarov Mütalib Mitarovun kiçik qardaşıdır. Mitarov Böyük Vətən müharibəsində iştirak edib, Şimal cəbhəsində vuruşub. Müharibədə əlil olaraq vətəninə qayıdır. Mütalib Mitarov Pedaqoji Texnikumu və Ali Partiya Məktəbini bitirmiş, daha sonra o, müxtəlif partiya və sovet vəzifələrində çalışmışdır. O, “Bilik” cəmiyyətində Xiv rayon komsomol komitəsinin birinci katibi, Sov.İKP Tabasaran rayon komitəsinin birinci katibi, respublikanın məişət xidməti naziri, Dağucpəqızın direktoru, o cümlədən Respublika Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində çalışmışdır. Mütalib Mitarovun ilk nəşri 1937-ci ildə “Qırmızı Tabasaran” qəzetində çap olunub. Mitarovun ilk şeirlər kitabı “Xoşbəxtlik” adlanır.
Mütalib Xudiyev
Mütalib Ələsgər oğlu Xudiyev (3 mart 1993; Bəydövül, Göyçay rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Mütalib Xudiyev 3 mart 1993-cü ildə Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Subay idi. Mütalib Xudiyev orta təhsilini aldıqdan sonra 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki işlərdə çalışmışdır. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Mütalib Xudiyev 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mütalib Xudiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mütalib Xudiyev 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mütalib Xudiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Riskə münasibət
Riskə münasibət — zəmanətli nəticə ilə risklə əlaqəli nəticə arasında seçim edərkən onun davranışını xarakterizə edən iqtisadi agentin üstünlüklərinin xüsusiyyəti. Riskdən qaçan şəxs eyni gözlənilən gəliri nəzərə alaraq, riskə əsaslanan (ing. risk-aversed) gəlirdən daha çox müəyyən sabit gəlirə üstünlük verir. Riskli neytral olan şəxs eyni gözlənilən dəyərə malik müəyyən və qeyri-müəyyən gəlir arasında seçimə biganədir. Riski sevən insan, qeyri-müəyyən gəlirin gözlənilən dəyəri müəyyən gəlirdən az olsa belə, müəyyən gəlirdən qeyri-müəyyən gəlirə üstünlük verir. == Tərifi == Riskə münasibət müəyyən bir ehtimalla qazanc və ya itki baş verdikdə qeyri-müəyyənlik şəraitində agentin davranışını xarakterizə edir. Neoklassik iqtisadiyyatda risk və qeyri-müəyyənlik anlayışları eynidir. Bütün mümkün nəticələrin və onların baş vermə ehtimallarının əvvəlcədən məlum olduğu güman edilir. Nəticələr toplusu onların baş vermə ehtimalı ilə birlikdə lotereya adlanır. Əgər vahid ehtimalla hansısa nəticə baş verirsə (əmin), o zaman o, həm də zəmanətli uduşlu degenerativ lotereya hesab edilə bilər.
Müasir Müsavat
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. == Seçkilərdə == === Bələdiyyə seçkiləri === == Partiya qərargahı == 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müasir beşnövçülük
Müasir beşnövçülük — eyni gün ərzində atıcılıq, qılıncoynatma, sərbəst üzmə, ata minmə və sonda 3000 metrlik qaçışdan ibarət olan idman növüdür. Bu idman növü Union Internationale de Pentathlon Moderne (UIPM) (Beynəlxalq Müasir beşnövçülük federasiyası) tərəfindən idarə olunur. == Tarixi == Bu idman növü müasir olimpiya oyunlarının qurucusu olan Pierre de Kubert tərəfindən yaranmışdır. Oyunun adı yunanca 5 mənasını verən penta sözündən törəyib. İdman ilk dəfə 1912-ci ildə Yay Olimpiya oyunlarında oynandı və oyunun ilk qalibi İsveçli atlet Gösta Lilliehöök oldu. Qadın beşnövçülər isə bu idman növündə 2000-ci ildən keçirilən Yay Olimpiya oyunlarında iştirak etdilər. == Oyun qaydaları == Ümumiyyətlə, beşnövçülüyün qaydası onu təşkil edən idman növlərinin qaydası ilə tam eynidir, lakin at ilə maneələrdən keçmədə idmançılar minəcəkləri atı təyin etmələri üçün püşk atırdılar. İdmançılar turnirdən əvvəl atla 20 dəqiqə ərzində 5 maneədən keçirlər ki, atlarını tanısınlar.
Müasir buzlaşma
== Müasir buzlaşma == Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. === Bazardüzü buzlağı === Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. === Bazaryurd buzlağı === Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. == Bu dövrdə baş verən hadisələr == === Siyasi hadisələr === Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin “freydizmi” , Ogüst Kontun “ pozitivizmi” , Ralf Uold Emersonun “Transsendentalizmi” kimi fikirlərlə yanaşı “Postanarxizm” və “SSRİ fəlsəfəsi” kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir. == Freydizm == Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z.Freyd (1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, şüurlu «mən» iki obyektiv qüvvənin– «o» ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. «Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. «Moisey və monoteizm» əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. == Əhatə dairəsi == Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir.Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır. Londonda Müasir İncəsənət Cəmiyyətinin əsası 1910-cu ildə tənqidçi Rocer Fray tərəfindən, ictimai muzeylərin yerinə sənət əsərlərini alan şəxsi cəmiyyət kimi qoyulmuşdur.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Müasir tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. == Dövrləşmə == Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Kunaşir
Kunaşir adası (aynu. Кунашири — Чёрный остров, yap. 国後島) — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinin ən cənub adası. Federal bölgüyə görə Saxalin vilayəti Yujno-Kuril şəhər dairəsinə daxildir (Rusiya). Ancaq adaya Yaponiya iddia edərək onu Hokkaydo prefekturasının Nemuro dairəsi ərazisi hesab edir. Aynca adanın adı Kunaşiri yəni Qara ada mənasını verir. Bu onun təbiətinə görə deyilmiş addır. Belə ki, tünd sıx meşələr və Tyatya vulkanı və üstəlik üç fəaliyyətdə olan digər vulkanların püskürdüyü küll ona bu adın verilməsinə səbəb olmuşdur. == Tarixi == Adada ilk yaşayış əlamətlərinin yaşı ən azı 5 min il olaraq qiymətləndirilir. Kunaşirin yerli əhalisi aynlar olmuşdur.
Manaşid
Mənəşli (əvvəlki adı: Manaşid) — Azərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Manaşid kəndi Mənəşli kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Mənəşli kəndi dağətəyiə ərazidədir. XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra burada Türkiyənin Qars vilayətindən və Gürcüstandan gəlmə ermənilər yerləşdirilmiş və kənd bir müddət Manaşid adlandırılmışdır. 1992-ci ildən Mənəşli kimi rəsmiləşdirilmişdir. Mənəş türk dillərində "gözal surət, görünüş, mənzərə" deməkdir. Oykonim "mənzərəli", "gözəl görünüşlü" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır.
Musasir
Musasir — Urartu və Assur mixi yazılarında tez-tez adı xatırlanan müqəddəs bir şəhərdir. Urartu dövründə Haldi məbədi, İspuini və Menuanın ortaq krallıqları dövründə inşa edilmişdir. Assur kralı II Sarqon e.ə.714-cü ildə Xaldi məbədini ələ keçirmiş və qənimətlərin siyahısını tutmuşdu. Bu siyahıya görə ən gözəl əsərlərdən biri, Urartu kralı İşpuininin oğlu Sardurinin heykəli, məbədə hədiyyə edilmiş bir buğa və buzov heykəlidir. Aşşur şəhəri Dur Sarqonda tapılmış bir qabartmada, Musasir şəhəri və Haldi məbədi detalları ilə təsvir edilmişdir. XIX əsrdə Flandin, indi harada olduğu bilinməyən bu məşhur qabartma şəkilininin sürətini köçürmüşdür.Qabartmada məbəd və yanındakı çoxmərtəbəli strukturların bəzisi üçbucaq bəzisi isə dördbucaqlı şəkildədir. Evlər yastı damlı göstərilmişdir.
Mübaşir
Mübaşir — İranda vergi və mükəlləfiyyətləri toplayan xan müvəkkili. == Tarix == Mübaşirlər Osmanlı imperiyasında və Türkiyə dövlətində hüquqi vəzifə yerinə yetirirdilər.
Müsahib Mustafa Paşa
Müsahib Mustafa Paşa (ö. sentyabr 1686) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Şair Süleyman ağanın oğludur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından qapı ağası, 1663-cü ildə isə padşah müsahibliyinə gətirilmişdir. 1666-cı ilin avqustunda vəzir rütbəsi alaraq divanın ikinci vəziri oldu. Bu vəzifədə ikən 1675-ci ildə Sultan Mehmedin qızlarından Xədicə Sultanla nigahlandı. Toy mərasimi kiçik qardaşı Şahzadə Əhmədin sünnət mərasimi ilə birlikdə keçirildi. Ədirnədə 14 gün boyunca davam edən bu toy mərasimi o qədər təntənəli keçmişdi ki, Xədicə Sultanın cehizi 86 qatırla daşınmışdı. 11 il davam edən bu evlilikdən Sultanzadə Mehmed Bəy, 7 yaşında vəfat edən Həsən Bəy və kiçik yaşlarında vəfat edən digər övladları dünyaya gəldi. 1683-cü ilin dekabrında padşah müsahibliyindən alınaraq kaptan-ı dərya təyin edildi.
Muraşi
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Muraşı
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Müasir Monetar Nəzəriyyə
Müasir monetar məzəriyyə və ya Müasir pul məzəriyyəsi (MMN) — valyutanı dövlət inhisarı və işsizliyi bir valyuta inhisarının vergiləri ödəmək və əmanətləri təmin etmək üçün lazım olan maliyyə aktivlərinin təklifini həddən artıq məhdudlaşdırdığının sübutu kimi təsvir edən qeyri-adi bir makroiqtisadi nəzəriyyədir. MMN əsas makroiqtisadi nəzəriyyəyə alternativdir. Tanınmış iqtisadçılar tərəfindən tənqid olundu, lakin tərəfdarları, 2007-2009-cu illərin Böyük tənəzzülündən sonrakı illərdə dünya iqtisadiyyatını təsvir etməkdə daha təsirli olduğunu iddia edirlər. MMN, hökumətlərin maliyyə siyasəti yolu ilə yeni pullar yaratdığını iddia edir. Müdafiəçilərə görə, bir iqtisadiyyatın tam məşğulluğa çatdığı zaman başlıca risk, özəl sektorun alıcılıq qabiliyyətini azaltmaq üçün vergi yığmaqla mübarizə edilə bilən inflyasiyadır. MMN nəzəri bütövlüyü, tərəfdarlarının siyasət tövsiyələrinin əhəmiyyəti və ortodoksal makroiqtisadiyotdan nə dərəcədə uzaqlaşdığı barədə fəal dialoqla müzakirə olunur . == Prinsipləri == MMN-nin əsas prinsipləri, öz kağız pullarını verən bir hökumətin: Mallar, xidmətlər və maliyyə aktivlərini vergi şəklində pul toplamağa və ya belə satınalmalardan əvvəl borc verməyə ehtiyac olmadan ödəyə bilər; Öz valyutasında göstərilən borcunu ödəmək məcburiyyətində qala bilməz; Yalnız inflyasiya yolu ilə pulun yaradılması və alınmasında məhdudlaşır ki, bu da iqtisadiyyatın real resurslarından (əmək, kapital və təbii ehtiyatlar) tam məşğulluq şəraitində istifadə edildikdə sürətlənir; Artıq pulu dövriyyədən kənarlaşdıran vergi ilə tələb inflyasiyasına nəzarət edə bilər (buna baxmayaraq siyasi iradə həmişə olmaya bilər); İstiqraz buraxaraq cüzi qənaət üçün özəl sektorla rəqabət etmir.Bu prinsiplər dövlət xərclərinin vergi və borc verilməsi yolu ilə maliyyələşdirildiyi barədə ümumi qəbul edilmiş iqtisadi baxışa meydan oxuyur. MMN-nin ilk dörd prinsipi pul yaratma və inflyasiyanın necə işlədiyinə dair ənənəvi iqtisadi konsepsiyalarla ziddiyyət təşkil etmir. Məsələn, keçmiş Federal Rezerv Başçısı Alan Greenspan'ın dediyi kimi, “Amerika hər hansı bir borcu ödəyə bilər, çünki bunu etmək üçün hər zaman pul yazdıra bilərik. Beləliklə, defolt ehtimalı sıfıra bərabərdir ”.
Müasir Müsavat Partiyası
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. == Seçkilərdə == === Bələdiyyə seçkiləri === == Partiya qərargahı == 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Kunaşir boğazı
Kunaşir boğazı (yap. 根室海峡) — Sakit okeanına daxil olan Kunaşir adasını Hokkoyda adasındasından ayırır. Oxot dənizini Xəyanət boğazı ilə birləşdirir. Uzunluğu 74 km, eni şimalda 24 km, cənubda isə 43 km təşkil edir. Dərinliyi 2500 km-dir. Sahilləri yüksəkdir. Burada Znamenka, Alexina, İvanovskiy burunları vardır. Boğaza Asin, Valentina, Alexina, Ozernaya, Krivonojka, Temnaya, Tyoryoy-Qava, Kotanuki-Qava çayları tökülür. Sahillərində sualtı və suüstü qayalı daşlara rast gəlinir. Şərqində Alexina buxtası yerləşir.
Mənasız mutasiya
Mənasız mutasiya — Genetikada nöqtə mənasız mutasiya, transkripsiyada olan m-RNT-da və kəsilmiş, natamam və ümumiyyətlə funksional olmayan bir protein məhsulunda vaxtından əvvəl dayanma kodonu və ya nöqtə cəfəng kodonu ilə nəticələnən bir DNT ardıcıllığındakı bir nöqtə mutasiyadır. Məsələn, bir nöqtə mənasız mutasiyasının təsiri nöqtə cəfəng mutasiyasının orijinal dayanma kodonuna yaxınlığından və zülalın funksional alt domenlərinə təsir dərəcəsindən asılıdır. Mənasız nöqtə mutasiyası, bir nukleotidin dəyişdirilərək başqa bir amin turşusunun əvəzlənməsinə səbəb olduğu bir nokta mutasiyasından fərqli bir missens mutasiyasından fərqlidir. Mənasız mutasiya da davamlı mutasiyadan fərqlənir ki, davamlı mutasiya dayanma kodunu silir və mənasız mutasiya onu yaradır. Talassemiya və kistik fibroz kimi bəzi genetik xəstəliklər cəfəng nöqtə mutasiyalarının nəticəsidir. == Sadə bir nümunə == DNT: 5' — ATQ AST SAS SQA QSQ SQA AQS TQA — 3' 3' — TAS TQA QTQ QST SQS QST TSQ AST — 5' mRNA: 5' — AUQ ASU SAS ASQ QSQ SQA AQS UQA — 3' Protein: Met Thr His Arg Ala Arg Ser StopDNT ardıcıllığının dördüncü üçlüyünə (SQA) bir nöqtə cəfəng mutasiya gətirildiyini, bunun sayəsində sitozinin timinlə əvəz edildiyini, DNT ardıcıllığında TQA və tamamlayıcı zəncirdə AST meydana gəldiyini düşünək. AST UQA kimi köçürüldüyündən və daha sonra tərcümə olunduğundan, nəticədə transkript və protein məhsulu aşağıdakılar olacaqdır: DNT: 5' — ATQ AST SAS TQA QSQ SQA AQS TQA — 3' 3' — TAS TQA QTQ AST SQS QST TSQ AST — 5' mRNA:5' — AUQ ASU SAS UQA QCQ SQU AGC UGA — 3' Protein: Met Thr His StopM-RNT kodonlarının qalan hissəsi aminoproteinlərə çevrilmir, çünki tərcümə zamanı dayandırma kodonuna vaxtından əvvəl çatılır. Bu, çox vaxt normal mutant olmayan bir zülalın funksionallığından məhrum olan kəsilmiş (yəni qısaldılmış) bir protein məhsulu. == Nöqtə mənasız mutasiya vasitəçiliyi ilə m-RNT çürüməsi == Erkən bitirmə kodonlarının kəsilmiş polipeptid məhsulları istehsal etmək üçün gözlənilən meylinə baxmayaraq, əslində kəsilmiş zülalların əmələ gəlməsi şəraitdə baş vermir. İnsanlar və maya göbəliyi kimi aşağı növlər də daxil olmaqla bir çox orqanizm, mənasız nöqtə mutasiyaları olan m-RNT-lərı qeyri-funksional polipeptidlərə çevrilmədən əvvəl məhv edən mənasız vasitəçiliyi olan bir m-RNT parçalanma yolu istifadə edirlər.
Dəniz minası
Dəniz minası - dənizdə istifadə üçün nəzərdə tutulmuş silahdır. Gəmilərin, sualtı qayıqların və digər obyektlərin partladılması üçün nəzərdə tutulmuşdur.
Həyatın mənası
Fəlsəfi bir sual olan “Həyatın mənası nədir?” sualı fərqli insanlar tərəfindən fərqli şəkildə qəbul edilə bilər və “məna” sözünün qeyri-müəyyənliyi fərqli açıqlamalara səbəb olur: “Həyatın mənşəyi nədir?”, “Kainatın və həyatın təbiəti nədir?”, “Həyatı dəyərli edən nədir?”, “İnsan həyatının məqsədi nədir?” Bu suallara elmi nəzəriyyələrdən tutmuş fəlsəfi, teoloji və mənəvi dəlillərə qədər müxtəlif yollarla cavab verilir. Başqa bir nəzəriyyəyə görə, “həyatın mənası” problemi yalnız ölümlə başa çatır, cavablandırıla bilər. Fəlsəfi baxımdan nəticə qaçılmaz ölümdür. Həyatından asılı olmayaraq (varlı, kasıb, ağıllı, axmaq, gözəl, çirkin) hər bir insan ölür və bu problem sona çatır. Mövzuya dair fikirləri aşağıda ümumiləşdirmək olar. == Məşhur fikirlər == Bir çox insan müəyyən bir dövrdə özlərinə “həyatın mənası nədir?” sualını verir və sonrada öz suallarına özləri cavab verirlər. Həmin sualların cavablarının ən populyarları aşağıdakılardır: Həyatın davamlılığı və maddi/müvəqqəti uğurlar ... gəlirlərin artması və sosial statusun yüksəldilməsi. ... başqaları ilə rəqabət etmək və ya tərəfdaş olmaq ...
Miyamoto Musaşi
Miyamoto Musaşi (yap. 宮本 武蔵; mart 1583 – 19 may 1645) — gənclik dönəmlərində Miyamoto Bennosuke və ya Miyamoto Musana adları ilə tanınan məşhur yapon qılınc ustası. Tarixdə ən məşhur qılınc ustalarından hesab olunur. Gənc yaşlarından etibarən iştirak etməyə başladığı qılınc duelləri nəticəsində bir çox məşhur rəqibini məğlub etmişdir. Hiyoho Niten İçi-riyu döyüş stilinin atası sayılır. Miyamoto Musaşi fəlsəfi və taktiki fikirlərinin yazıldığı və günü bu gündə geniş şəkildə istifadə olunan Beş çevrə kitabının müəllifidir. == Həyatı == Miyamoto Musaşinin həyatı ilə bağlı tarixi mənbələrdə bir çox faktlar olsa da, onun həyatının bütün dövrləri məlum deyil. Tarixçilər tərəfindən qəbul edilmiş, ümumi fikir belədir ki; böyük qardaşı Sirota (1578-1660) və Musaşi, Mimasaka əyalətinin Miyamoto kəndində yaşayan, Hiratalar olaraq adlandırılan varlı samuray nəslindəndir. Digər bir ehtimala görə isə Miyamoto həmin əyalətdə yerləşən Bansu kəndində dünyaya gəlmişdir. Musaşi ailəsi Şinmen boyuna mənsub idi.