Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nişangah
Nişangah, nişanalma vasitələri — odlu silahları və ya raket silahlarını hədəfə tuşlamaq üçün cihaz və mexanizmlər. Nişangah vasitəsilə silah lüləsinin oxuna fəzada lazımi üfüqi və şaquli tuşlama bucaqlarda verilir. Nişangahın mexaniki, optik, elektron-optik və s. növləri var. Avtomatik və qeyri-avtomatik nişangahlar olur. Müasir silahların əksəriyyəti gecə atəş açmaq üçün xüsusi nişangahla təmin olunur. Birbaşa və vasitəli tuşlama prosesi üçün iki nişangahlı müasir silahlar daha geniş yayılmışdır.
Nişanqaya (İğdır)
Nişanqaya — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il qaynaqlarında Kellohamo olaraq keçməkdədir. Kəndin güneyində andezitdən formalaşan böyük bir qaya vardır. Kənd adını 1960-cı ildə bu qayadan almışdır. == Coğrafiyası == İğdırdan 13 km uzaqlıqdadır.