Ruqiyə Sultan (IV Muradın qızı)
Ruqiyə Sultan (1639, Topqapı sarayı – 1716, Konstantinopol) — 17. Osmanlı sultanı IV Muradın qızı.
== Həyatı ==
Ruqiyə Sultan 1639-cu ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 1 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Ruqiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1663-cü ildə vəzir Mələk İbrahim Paşayla nigahlanan Ruqiyə Sultanın bu nigahdan 2 qızı dünyaya gəldi.
Ərinin 1685-ci ilin dekabrında edam edilməsinin ardından çox yaşamayan Ruqiyə Sultan 1696-cı ilin martında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu.
== Övladları ==
Ayşə xanım Sultan (ö. 1717)
Fatma xanım Sultan (ö. 1727) — 1698-ci ildə Şam bəylərbəyi Bığlı Mehmed Paşayla nigahlandı.