RƏNGSİZ

sif.
1. Rəngi getmiş, rəngi solmuş; ağarmış, bozarmış. Rəngsiz jaket. Rəngsiz paltar.
2. Rəng çəkilməmiş, rəng vurulmamış; boyasız. Rəngsiz pəncərə.
– Bir qədər irəlidə hisli-paslı iki kiçik pəncərə arasında alçaq, rəngsiz bir qapı vardı. A.Şaiq.

3. Heç bir rəngi olmayan; şəffaf. Distillə edilmiş su rəngsiz və şəffaf olmalıdır.

Синонимы

  • RƏNGSİZ boyasız — bəzəksiz
  • RƏNGSİZ solğun — sönük
RƏNGSAZLIQ
RƏNGSİZLƏŞDİRMƏ

Значение слова в других словарях