Saburtalo Tbilisi FK
Saburtalo Tbilisi FK (gürc. საბურთალო) — Gürcüstanın Tbilisi şəhərini təmsil edən Gürcüstan futbol klubudur. Hal-hazırda klub Gürcüstan Milli Futbol Çempionatında mübarizə aparır və öz ev oyunlarını Bendela stadionunda keçirir.
== Tarixi ==
Saburtalo 20 avqust 1999-cu ildə Tbilisidə yaradılmışdır. 2005-ci ildə klubu Iberia Business Group ("Iberia Biznes Qrup") və onun sahibi – sonradan Gürcüstanın İdman və Gənclərlə İş üzrə Nazir olmuş Tariel Xeçikaşvili alıb.
Saburtalo ölkənin ən yaxşı futbol akademiyalarından birinə malikdir. Klubun 1800 tamaşaçı tutumuna malik Bendela adlı tam ölçülü stadionu var.
2016-cı ilin martında Manolo Hierro klubun idman direktoru təyin edilib.