SADƏLƏŞDİRMƏK

f. Sadə şəklə salmaq, bəsitləşdirmək, asanlaşdırmaq. Sxemi sadələşdirmək. Maşının konstruksiyasını sadələşdirmək. Orfoqrafiyanı sadələşdirmək.
– Məşədibəy izahını daha da sadələşdirdi. M.Hüseyn.

// məc. Bəsitləşdirmək, bayağılaşdırmaq, məzmunsuzlaşdırmaq, dayazlaşdırmaq, lorulaşdırmaq. Hadisələrin mənasını sadələşdirmək.
– Tərlanov məsələni həddindən artıq sadələşdirir. H.Seyidbəyli.

SADƏLƏŞDİRMƏ
SADƏLƏŞMƏ

Значение слова в других словарях