1. Hesablanmaq, sayı, ədədi bilinmək. Kitablar sayılıb qurtardı. Siyahılar sayıldı.
2. Hesab edilmək, bilinmək,
…kimi qiymətləndirilmək.
[Rzaquluxan] kəndlilərin içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı.
…Ərə gedib boşanmaq böyük bir qəbahət sayılırdı.
//
…kimi tanınmaq, hesab edilmək.
Sayılırsan vətən övladlarının bir fərdi; Vətən imdadinə iştə çağırır hər fərdi.
Bibiheybət Bakının qədim neft rayonlarından biri sayılırdı.
Oğlan indi evin böyüyü sayılırdı.