SAÇLAMAQ

f. Saçından tutub dartmaq.
Kərbəlayı Həsən yerindən sıçrayıb arvadı saçladı və baş-göz deməyib, hər yerinə yumruqdan döşədi. Çəmənzəminli.
Şahpəri sözünün dalını gətirməmiş, qarı yaşına yaraşmayan bir cəldliklə yerindən oynayıb onu saçladı. B.Bayramov.

Синонимы

  • SAÇLAMAQ SAÇLAMAQ (dalaşarkən saçdan yapışmaq) Kərbəlayı Həsən yerindən sıçrayıb, arvadı saçladı və baş-göz deməyib, hər yerinə yumruqla döşədi (Çəmənzəminli);
SAÇLAMA
SAÇLANMA

Значение слова в других словарях