serblər

serblər
serbcə
serenada
OBASTAN VİKİ
Serblər
Serblər — Avropada xalq.
Makedoniya Respublikasında serblər
Makedoniya Respublikasında serblər Makedoniya Respublikasında köklü xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2002-ci il siyahıya alınmağa görə Makedoniyada 39 939 nəfər serb yaşayır. Bu isə ümumi əhalinin 1,78 %-ni təşkil edir. Serblər Makedoniyanın siyası və mədəni həyatında böyük rol oynayırlar. Onları iki partiyası vardır: Makedoniya Serblərinin Demokrat Partiyası və Makedoniya Serblərinin Radikal Partiyası Serblərin müasir Makedoniyanın ərazisi ilə əlaqəsi qədimlərə gedir. Makedoniyanın şimalı Skopye ilə birlikdə Raşkanın tərkibində Stefan Nemanyanın hakimiyyəti illərində daxil edilmişdir. Ancaq Makedoniyanın bütün ərazisi Qədim Serbiyanın tərkibinə II Stefan Uraşın hakimiyyəti illərində keçmişdir. Osmanlı imperiyasının bölgəni uzun zaman nəzarətdə saxlaması ilə hər iki ölkə bir dövlətin tərkibində daxil idi. Osmanlı imperiyasının hakimiyyətinin sonlarına yaxın provaslav xristiyanların yaşayış sərhədləri müəyyənləşmişdi.
Slovenlər, Xorvatlar və Serblər dövləti
Slovenlər, Xorvatlar və Serblər dövləti (serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov) — Avstriya-Macarıstan dağılmasından sonra Balkan yarımadasında meydana gələn dövlət quruluşu. 1918-ci il oktyabrın 29-da Xorvatiya və Slavoniya Krallığının, Dalmasiya Krallığının, Bosniya və Herseqovina və Krayna hersoqluğunun vahid bir dövlətə birləşdirilməsi nəticəsində yarandı. O, heç bir dövlət tərəfindən tanınmadı. Həmin il dekabrın 1-də dövlət Serbiya krallığı ilə birləşdi və bununla Serblər, Xorvatlar və Slovenlər Krallığını (1929-cu ildən Yuqoslaviya Krallığı) yarandı. Serbiya kralı I Pyotr Karageorgiyeviç dövlət başçısı elan edildi. Ölkə əhalinin mütləq əksəriyyətini təşkil edən üç cənubi slavyan xalqının (slovenlər, xorvatlar və serblər) şərəfinə aldlandırıldı. Eyni zamanda, boşnaklar ayrı millət sayılmırdılar. Dövlət rəsmi olaraq 1918-ci il oktyabrın 29-da quruldu.
Venesuela serbləri
Venesuela serbləri — Cənubi Amerika qitəsinin şimal hissəsində yerləşən Venesuelada məskunlaşmış serb əsilli əhali. Venesuela serblərinin sayı 1.500–2.000 nəfərdir.Venesuelada serb icmasının yaranması və formalaşması İkinci dünya müharibəsindən sonraya təsadüf edir. Müharibədən sonra Yuqoslaviya Sosialist Federativ Respublikasında yaranmış vəziyyətə görə bir siyasi mühacirlərin əhəmiyyətli hissəsi Venesuelaya mühacirət etmişdir. Müasir icma üzvləri həmin mühacirlərin törəməliridir. 1955-ci ildə Karakas şəhərində Serb Ortodoks Xristian İcması yaradılır. 1966-cı ildə icma tərəfindən paytaxtda Serb Ortodoks Kilsəsinə məxsus kilsə fəaliyyətə başlayır. 1965-ci ildə Araqua şəhərində yaradılan Serb Sosial Klubu serb xalqının milli adətlərininin və mətbəxinin tanıdılması sahəsində fəaliyyət göstərməkdədir. Tanınmış Venesuela serblərindən Major Beyzbol Liqasında mübarizə aparan St. Louis Cardinalsın oyuncusu Migel Sokoloviçi misal göstərmək olar.