SUİ-QƏSD
SUKSESSİYA
OBASTAN VİKİ
Sukkulent
Quraqlıq sahələrdə bitən və gövdəsində topladığı su hesabına həyat fəaliyyəti üçün əlverişli olmayan quraqlıq dövrü keçirən bitkidir.
Sukkulentlər
Sukkulentlər (lat. succulentus - şirəli) – Ətli, şirəli yarpaqlı (aqava, aloye və s.) və ya gövdəli (kaktus, bəzi südləyənlər) çoxillik bitkilər: kserofitlərin xüsusi tipi. Sukkulentlər əsasən Şimali, Mərkəzi və Cənubi Amerikada, Cənubi Afrikada səhra, yarımsəhra və savannalarda bitirlər. Sukkulentlər işıqsevən, gecböyüyən bitkilərdir. Sukkulentlərin bəzisi (kaktus, aloye) dekorativ bitki, aqava isə toxuculuq sənayesi üçün xammal verən bitki kimi becərilir. Bəzi növləri Krımda, Orta Asiya, Azərbaycan Respublikasında introduksiya edilir.

Значение слова в других словарях