SULUQ

is.
1. İçi maye ilə dolu qabarcıq; qabartı, uçuq.
[Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.
[Sitarənin] əllərinin içi qabar-qabar olmuşdu.
Bir yerdən isə suluq atmışdı. Ə.Abbasquliyev.

2. məh. Qoyunun ilk südündən hazırlanan pendirəoxşar ağartı.
Güllü qarı uşaqların hərəsinə bir parça suluq verdi. İ.Əfəndiyev.

Синонимы

  • SULUQ qabar — uçuq — sudur

Этимология

  • SULUQ Su sözü ilə bağlıdır. Qabarcıq yaranır və içi su (maye) ilə dolu olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SULUF
SULUQLAMA
OBASTAN VİKİ
Suluqlugöl
Suluqlugöl (fars. سولوگلي گل‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (28 ailə).
Suluqun
Suluqun Xan - türk və altay mifologiyasında yeraltı padşahı. Sülükün Xan olaraq da bilinər. İlk insanın oğlu kimi qəbul edilir. Ruhu yeraltına gedib oradakı dənizi idarə etməyə başlamışdır. Sular altındakı səltənətə hökm edər. Saysız sürüsü vardır. Yeniyılda (Novruzda) yer üzünə çıxar. Gələcək ildə nələr olacağını bilər. İnsana bənzər, qısa boylu və qaşsızdır. Özünə bağlı, Suluqunlar adı verilən ruhlar vardır.

Значение слова в других словарях