SÜLƏNMƏK

f. Daima yemək ardınca düşmək, yemək axtarmaq, yemək olan yerə getmək; sümsünmək (əsasən it haqqında, ya da təhqir, söyüş mənasında adam haqqında).
[Mayor:] Sən Məhəmməd yüzbaşının oğlu deyilsənmi ki, mənim qapımda dünənəcən sülənirdin? N.Vəzirov.
[Şeyda qarovulçuya:] De görüm, gecə sümsük it kimi harada sülənirdin? Hanı bu taxtalar? A.Şaiq.

Синонимы

  • SÜLƏNMƏK sülənmək bax veyllənmək
  • SÜLƏNMƏK veyillənmək — avaralanmaq

Этимология

  • SÜLƏNMƏK Kökü su sözü ilə bağlıdır, ilkin mənası “hər tərəfə meyil göstərmək”, “su kimi hər tərəfə axmaq” demək olub
SÜLƏNMƏ
SÜLH

Значение слова в других словарях