1. Sərin hava. Sərinlik düşmək.
– Bir az əvvəl yağmış yağışdan sonra havada sərinlik və rütubət hiss olunurdu.
Dənizdən əsən xəfif meh fəhlə qəsəbəsinə xoş bir sərinlik gətirirdi.
2. Sərin yer. Sərinlikdə oturmaq.
– …Hava sərinlikdən xoş bir ətir gətirirdi.
[Yarpaqlar] …sərinlik yaradır.
3. Sərin şeyin halı. Suyun, havanın sərinliyi.
4. məc. Münasibətdə soyuqluq.
Ancaq son zamanlarda Mürsəl ilə mənim aramdakı bu sərinlik birdən-birə gözlənilmədən çəkildi.