Ustanın dili daha söz tutmurdu, ayaq üstə durmağa taqəti yox idi.
Qışın taqəti yoxdur; Döyüşməyə baharla.
□ Taqət qalmamaq – bax taqətdən düşmək.
Artıq [Qurbanın] dizlərində taqət, vücudunda qüvvət qalmamışdı.
[Səriyyə:] Mənim dəxi səbir etməyə taqətim qalmadı.
Taqətdən düşmək – gücdən düşmək, daha taqəti qalmamaq, üzülmək.
Qəribin getməsindən düz altı ay yarım keçmişdi, Qəribin anası da taqətdən düşmüşdü. “ ”.
[Sevinc:] Az qala taqətdən düşüb yolda qalmışdı.
Taqətdən salmaq – əldən salmaq, üzmək. Saldı məni taqətdən ol afəti-dövranım. Heyran xanım.
Aclıq, zəiflik bir tərəfdən, yorğunluq və qorxu digər tərəfdən zavallı uşağı taqətdən salmışdı.
Taqəti kəsilmək – bax taqətdən düşmək.
[Səriyyə:] Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir!
[Yaşlı kişi:] Taqətim tamamilə kəsildiyi üçün paltarımı soyunmadan yatağa sərildim.