temposkopiya
tendensioz
OBASTAN VİKİ
Lui-Jak Tenar
Lui-Jak Tenar (fr. Louis Jacques Thénard; 4 may 1777[…] – 21 iyun 1857[…], Paris) fransız kimyaçısı, Paris Elmlər Akademiyasının prezidenti == Həyatı == Lui-Jak Tenar 1777-ci il mayın 4-də La Luptyeredə (Nojan-sür-Sen yaxınlığında) anadan olmuşdu. 1798-ci ildə Parisdəki Politexnik Məktəbini bitirərək elə orada işləməyə başlamışdı. 1804–1840-cı illərdə Kollej de Fransın, eyni zamanda 1810-cu ildən Paris Universiteti və Politexnik Məktəbinin professoru kimi fəaliyyət göstərmişdi. 1810-cu ildən Paris Elmlər Akademiyasının üzvü və 1823-cü ildə onun prezidenti olmuşdu. == Elmi maraq sahəsi == Tenarın elmi maraq sahəsi, əsasən, qeyri-üzvi kimya idi. O, tədqiqatlarını, əsasən, Gey-Lyüssakla birgə aparırdı. Onlar kalium və natrium hidroksidlərinin istiliyin təsiri ilə dəmirlə reduksiyası vasitəsilə bu metalların alınma üsulunu işləmişlər. 1808-ci ildə o, kaliumun bor oksidinə təsiri nəticəsində bor almış, 1809-cu idə xlorun hidrogenlə reaksiyasına işığın təsirini aşkar etmiş, 1810-cu ildə üzvi birləşmələrin analizi üsullarını təklif etmişdi. O, natrium, kalium, yod və xlorun kimyəvi element olduğunu, xlorid və yodid turşularının tərkibində oksigenin olmadığını sübut etmişdi.
Tenararo
Tenararo (fr. Tenararo) — Tuamotu arxipelaqına, Akteon adaları qrupuna daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 225 km məsafədə yerləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Tarixi == Tenararo ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Tenaron burnu
Tenaron (yun. Ακρωτήριο Ταίναρο) və ya Matapan burnu — Peloponnes yarımadasının cənub qutaracağında yerləşən burun. Yunanıntanın materik hissəsinin ən cənub nöqtəsidir. Mani yarımadasının ucunda yerləşir və Messiniakos körfəzini Lakonikos körfəzindən ayırır. Burada ehtimal ki, Tenaron burnunda Poseydonun məbədi var idi. Əvvəllər bura sığınacaq rolunu oynayırdı. Yaxınlıqdakı bir mağarada, yer kürəsinin girişi hesab olunan bir uçurum var idi. Antik dövrdə Tenaron burnunda həm fərdi əsgərləri, həm də bütün dəstələri komandirləri ilə işə götürmək mümkün olan böyük bir muzdlu bazar var idi. 27 mart - 29 mart 1941-ci il tarixində burun yaxınlığında İngilis donanması İtalyan donanmasına qarşı vuruşur. Döyüş İtalyanın əhəmiyyətli bir məğlubiyyəti ilə başa çatır.
Tenarunqa
Tenarunqa (fr. Tenarunqa) — Tuamotu arxipelaqına, Akteon adaları qrupuna daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 2,2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 225 km məsafədə yerləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Tarixi == Tenarunqa ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.