THREE-FIELD

adj k.t. üçtarlalı; ~ system üçtarlalı əkin sistemi

THREE-DIMENSIONAL
THREE-LEGGED
OBASTAN VİKİ
Crossing Field
"Crossing Field" (クロッシング・フィールド, azərb. "Kəsişmə sahəsi"‎) — Yaponiya pop müğənnisi və mahnı yazıçısı LiSA-nın 2-ci sinqlı. Sinql Aniplex tərəfindən 8 avqust 2012-ci ildə CD formatında, 21 avqust 2012-ci ildə isə mini-albom formatında buraxılmışdır. Sinql Oricon-un həftəlik çartlarında 5-ci yerə qədər yüksəlmiş, daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır. Mahnının rəsmi ingilis versiyasına LiSA-nın 7-ci sinqlı olan "Shirushi" daxil edilmişdir. "Crossing Field" "Sword Art Online" anime serialının 2-14-cü seriyalarının açılış mahnısı, 1-ci və 25-ci seriyalarının isə bağlanış mahnısı olmuşdur.
Three Days Grace
Three Days Grace – Kanada rok musiqi qrupu. == Haqqında == 1992-ci ildə Ontario, Kanadada yaradılmışdır. Qrupun ilk adı Groundswell olsa da, daha sonra 1995-ci ildə qrupa gitaraçı və vokalçı Adam Qontier, zərb alətləri və köməkçi vokalçı Nil Sanderson və bas gitara Bred Uolst qrupa üzv oldu. 1997-ci ildə isə qrup adını dəyişərək Three Days Grace etdi. Daha sonra qrupun gitaristi Berri Stok gələrək qrup tamamlanmış oldu. Alternativ rok/metal, hard-rok üslubun da ifa etməyə başladı. Qrupun ilk studio albomu 2003-cü ildə "Three Days Grace" adlı albomu olmuşdur. Albomdan sonra qrup həmən ildə iki "I Hate Everything About You" və "Just Like You" sinqllarını çıxartdı. == Dəyişiklik haqqında == Qrupun əsas vokalisti olan Adam Qontier, 2013-cü ildə qrupdan ayrılmaq istədiyini bildirmişdir. O bunu onun sağlamlığı ilə əlaqədar olduğu üçün etmişdir.
Webb's First Deep Field
Webb's First Deep Field ("Vebbin ilk dərin sahəsi") — "Ceyms Vebb" kosmik teleskopunun çəkdiyi ilk fotoşəkil. 11 iyul 2022-ci ildə ictimaiyyətə yayımlanmışdır. Fotoşəkil 4,6 milyard işıq ili məsafəsində yerləşən SMACS 0723 qalaktik klasterini göstərir. "Ceyms Vebb" yaxın infraqırmızı kamera ilə çəkilmiş kompozit şəkil Cənub yarımkürəsinin səmasının təqribən qum dənəciyi ölçüsündə bir sahəsini göstərir. Şəkildə minlərlə qalaktika göstərilir. Bu, kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. == Əhəmiyyəti == Şəkil kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. Şəklin ictimaiyyətə təqdimatı 11 iyul 2022-ci ildə Ağ Evdə baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Webb's First Deep Field "James Webb Space Telescope" veb saytında.