Tiləkənd
Tiləkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Porsova kənd Sovetinin Tiləkənd kəndi Honuba kənd Sovetinin tərkibinə verilmişdir.
== Toponimikası ==
Oykonimin tərkibindəki til komponenti türk dillərində "kənar", "qıraq", "ə" birləşdirici sait, kənd "yaşayış yeri" deməkdir (yəni Tiləkənd – kənar kənd).
== Əhalisi ==
Əhalisi talışlardan ibarətdir.