TIP-OVER
TIPLORRY
OBASTAN VİKİ
Tip (biologiya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
Euro Truck Simulator 2
Euro Truck Simulator 2 — Yük avtomobili sürücüsü avtosimulyator janrında kompüter oyunu. 2012-ci ildə Çex SCS Software şirkəti tərəfindən hazırlanmışdır. Euro Truck Simulator oyun seriyasının ikinci buraxılışıdır. == Virtual sürücülər == Proqramçılar yollarda süni intellektin hərəkətlərini reallığa maksimum köçürməyə çalışıblar. Yolda hərəkət edən avtomobillər bir çox hallarda gözlənilmədən davranır. Oyun, yol hərəkəti zamanı yol qaydalarını, həm də real həyatdan götürülmüş bir sıra digər üsulları həyata keçirir. Məsələn, bir oyunçu ikinci dərəcəli yol ilə digər avtomobili ötmək istərsə, digər avtomobil sürəti azaldaraq, sizə ötməsinə icazə verər. == Sürət rejimi == Avtomobilinizin surətini seçmək üçün yol kənarlarındaki işarələrə və ya xəritədəki sürət nişanının üzərinə baxa bilərsiniz. Oyundakı bütün yük maşınlarının maksimum sürəti 90 km/saatdır (Oyun parametrlərində, surət məhdudlaşdırıcısı ləğv edilə bilər). Bəzi istisna hallarda, enişlərdə hərəkət edərkən sürət arta və yoxuşları qalxarkən surət daha çox azala bilər, lakin düz yolda sürət maksimum 90 km/saatdır.
Tip (taksonomik kateqoriya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
Tip və Top
"Tip və Top" (alm. Tip und Top‎) — 1974-cü ildə Almaniyada keçirilən FİFA Dünya Kubokunun rəsmi talismanları. == Tarixi == Almaniyalı təşkilatçılar talisman kimi iki yeniyetmə əkizə üstünlük verdilər. Tip və Top düz 10.000 digər namizəd arasından seçilmişdi. biri sarışın və dıgəri qarışın olan qardaşların yanaqlarının hər ikisi də qırmızı idi. Onların üzərlərində yazılan "WM" qısaltması isə almanca "Weltmeisterschaft" sözü demək idi və tərcüməsi Dünya Çempionatı idi. Maraqlıdır ki, almanlar bu talisman üçün 7,5 milyon marka xərcləmişdilər.
Tip 63 yüngül tankı
Type 63 yüngül tankı — Norinco Type 63 Çin istehsalı olan suda-quruda hərəkət edən tankdır. 1963-cü ildə istehsalına başlanılıb. SSRİ istahsalı olan PT-76-nin surətidir. WZ211 olaraq da tanınır.
Tip 95 Ha-Qo yüngül tankı
Tip 95 Ha-Qo yüngül tankı (九五式軽戦車 ハ号, Kyuqo-şiki kei-senşa Ha-Qo) – 1930-cu illərin əvvəllərində Yaponiya ordusu üçün hazırlanmış yüngül tank modeli. Çinlə müharibədə və Sakit okean müharibəsi illərində Yaponiya ordusu üçün yararlı hərbi texnika olduğunu sübut etsə də, ABŞ tankları və antitank silahları ilə müqayisədə geridə qalmışdır. == İstehsal tarixi == Modelin ilk 2 prototipi 1934-cü ildə Mitsubishi şirkəti tərəfindən tamamlanmışdır. 1936-cı ildə kütləvi istehsal olunmağa başlanmışdır. Çində və Yaponiyada sınaqdan keçirildikdən sonra Tip 95 adı ilə standartlaşdırılmışdır. Şirkət modelə Ha-Qo adını versə də, ordu modelə Ke-Qo adını vermişdi. 1943-cü ilə kimi bu tank modelinin 1100-dən çox nümunəsi istehsal olunmuşdur. == Xüsusiyyətləri == Modelin gövdəsi və lüləsi pərçimlənmiş konstruksiyadan ibarət idi və qalınlığı 6–14 millimetr arasında dəyişirdi. Tankı idarə edən şəxs yuxarı hissənin sağında, pulemyotçu isə onun solunda dayanırdı. Pulemyotçu 6,5 millimetrlik və sağa-sola dönmə manevrası 35° olan Tip 91 silahdan istifadə etsə də, bu daha sonra 7,7 millimetrlik Tip 97 ilə əvəz olunmuşdur.