TOUCH-ME-NOT
TOUCHABLE
OBASTAN VİKİ
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. == Kaver versiyalar == 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.