TOXUMLUQ

is.
1. Toxum kimi əkilmək üçün ayrılmış dən; tumluq.
Mirzə Valeh arpadan … ayırıb, gələcək toxumluq üçün saxladı. S.Rəhimov.
Səriyyə isə buğdaları yoxlayıb, gələn il üçün toxumluq ayırırdı. M.Hüseyn.

// Sif. mənasında. Əkmək üçün yararlı, əkilmək üçün ayrılmış; tumluq. Toxumluq qarğıdalı.
// Toxum almaq üçün əkilmiş sahə.
…Tarla və bostanların toxumluqları belə çalınmışdı. Çəmənzəminli.

2. fiziol. Erkək cinsiyyət vəzisi. Erkəklərin toxumluq adlanan çoxalma üzvləri də qoşa olur.
Toxumluqlar içərisində spermatozoid adlanan toxum hüceyrələri əmələ gəlir. Zoologiya”.

// bot. Çiçəyin toxum əmələ gələn hissəsi. Çiçəyin toxumluğu yuxarıda çox vaxt 3 yuvalı, bəzi hallarda isə 4 və ya 6 yuvalı olur. “Çay bitkisi”.
TOXUMLAMAQ
TOXUMSƏPƏN

Значение слова в других словарях

анали́тик дораста́ние патрули́роваться равнёхонек хронометри́роваться заво́дчица загущённо канцерофо́бный куда́хтанье льсте́ц мо́псик приумно́жить суховерши́нный ничком омяга талреп -ance bodyguard light-vessel loneliness smarmy арбитражный высунуться коробиться смело